Halde
Halfter
OBASTAN VİKİ
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır. Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.
The Half
The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 martdan başladıqları yolu 2021-ci il 9 iyulda sonlandırmışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur. "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazov da qrupa vokalist kimi qoşulmuşdur. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Musiqi qrupu 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdi. Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft.
Half-Life: Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Half-Life (seriya)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2
Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2, qısaldılmış HL2) — Valve tərəfindən 2004-cü ildə yaradılan, özləri və Sierra Entertainment tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. Half-Life oyununun sikvelidir. Seriyanın ilk oyunu olan Half-Life kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar. Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür. İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizika və kölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb.
Half-Life: Delta
Half-Life: Delta - hal-hazırda 2023-cü ilin iyul ayından etibarən Delta Particles kimi rebrendinq edilmiş, rusiyalı tərtibatçı Yuri "XF-Alien" Epifantsev tərəfindən yaradılmış və 29 oktyabr 2021-ci ildə buraxılmış Half-Life oyun modifikasiyasıdır. Mod on iki ildir inkişafda idi, 2009-cu ilin avqust ayına təsadüf edən Epifantsev, Delta-nın onların "ən böyük və ən qədim layihəsi" olduğunu və "inkişafı bitirməkdən xoşbəxt olduğunu" bildirdi. Delta, baş qəhrəman Nik Farrelin Qara Mesa Tədqiqat Müəssisəsində rezonans kaskadının təsirlərini yaşadığı Delta Bazasında yerləşir və dörd fəsildən və 31 xəritədən ibarətdir. == Oyun və süjet == Delta tam çevirmə rejimidir; Bu o deməkdir ki, Half-Life hadisələri ilə eyni vaxtda baş verməsinə baxmayaraq, oyun əsas oyunda istifadə olunan resursların bir qədərini və ya demək olar ki, heç birini istifadə etmir. Oyun generator mühəndisi Nik Farrellin generatorları saxlamaq üçün işlədiyi Nyu Meksikoda Qara Mesa Tədqiqat təsisi yaxınlığındakı yeraltı baza olan Delta Base-də qurulur. Delta qurğusu, Black Mesa-nın əməkdaşı Qordon Frimanın səhv getdiyi təcrübədə təsadüfən əsas obyektdə rezonans şəlaləsinə səbəb olmasından sonra rezonans şəlaləsinin təsirlərini yaşayır. Otis adlı mühafizəçi Farrellin obyektdən qaçmasına kömək edir. == Steam buraxılışı == Epifantsev hazırda Steam video oyun rəqəmsal paylama xidmətində modifikasiyanı buraxmaq prosesindədir, lakin oradakı dəstək komandası ondan modifikasiyanın başlığında "Half-Life" ifadəsini istifadə etməməyi xahiş edib, çünki o, ticarət nişanıdır. Dəyişiklik buraxıldıqda Delta Particles adlanacaq.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. == Oyun prosesi == Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Half-Life (oyun seriyası)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2: Deathmatch
Half-Life 2: Deathmatch — Valve tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan multipleyerli videooyun. Deathmatch 30 noyabr 2004-cü ildə buraxılıb. "Half-Life 2" oyununun multipleyer versiyasıdır. Oyun rəqəmsal distributer olan Steam sistemi vasitəsilə yayımlanır və bir neçə kolleksiya qutularına daxildir. Deathmatch həmçinin The Orange Box yığımında da var. Müəyyən dövrlərdə xüsusi promo-aksiyalar keçirilirdi ki, bunun sayəsində ATI, sonradan isə nVidia istifadəçiləri oyunu pulsuz əldə edirdilər. == Geympley == === Deathmatch === Deathmatch rejimi Quake, Doom və ya Unreal Tournament daxil olmaqla bu tip müxtəlif oyunlara xas özündə çoxlu xüsusiyyətlər birləşdirir. Bu xüsusiyyətlər arasında ən əsaslarına daxildir: ani respawn, silahda konkret nöqtəlik, fəzada sürətlə hərəkət və xüsusi ləvazimatlar (sprint, fənər və bu kimi başqa alətlər). Deathmatch-da hədəf sadədir: oyunçu digər oyunçuları öldürməli və bununla da maksimum xal qazanmalıdır. Bu zaman oyunçu özü-özünü təsadüfən öldürdükdə xal itirir.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Halfdan Hvitserk
Halfdan Hvitserk — Raqnar Lodbrokun oğullarından biri, Yorvik krallığının qurucusu. == Həyatı == Öncəki həyatı haqqında az şey məlumdur. 865-ci ildə Şərqi Anqliya krallığını işğal etmiş, qardaşları ilə birlikdə York şəhərini tutmuşdur. Ridinqin ələ keçirilməsində müstəsna rol oynamış, Böyük Alfredi məğlub etmişdir. Lakin 4 gün sonra Ashdown döyüşündə məğlub olmuşdur. 871-872-ci illərdə London şəhərini ələ keçirən Halfdan öz adından pul tökdürməyə başlamışdı. 875-ci ildə Nortumbriya krallığını işğal etmiş, onun yerinə Yorvik krallığını qurmuşdur. Həddən artıq qəddar olması onun əhali tərəfindən sürgün edilməsinə şərait yaratmışdır. 877-ci ildə bir döyüşdə öldürülmüşdür.

Digər lüğətlərdə