hauptvaxt
hav-hav 2021
OBASTAN VİKİ
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
101-ci Hava-Desant Diviziyası
101-ci Hava-Desant Diviziyası (ing: 101st Airborne Division, Screaming Eagles “Qıyvuran qartallar”) — ABŞ Quru Qoşunlarının Hava-Desant məqsədli yüngül piyada diviziyasıdır. Bölmə, İkinci Dünya Müharibəsi zamanı Normandiya əməliyyatı və Ardenn hücumu ilə məşhurlaşmış və daha sonra Vyetnam müharibəsində və son vaxtlara qədər Əfqanıstan (Əfqanıstan müharibəsi) və İraqda (İraq müharibəsi) xidmət etmişdir. Bölmənin qərargahı Fort Kampbelldə yerləşir.
2017 Aeroqaviota Hava yolları An-26 qəzası
2017 Aeroqaviota Hava yolları An-26 qəzası, 29 aprel, 2017-ci il tarixində Kubada baş vermiş və 8 nəfərin ölümü ilə nəticələnən aviasiya olayı. == Təyyarə == Qəzaya uğramış təyyarənin növü Antonov An-26. == Qəza == Qustavo Rizo, Havanadan Pinar-del-Rio vilayətinə uçan təyyarə havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. Daha sonra radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub. İlkin məlumatlarda təyyarənin sərnişin daşıdığı və ekipaj üzvləri ilə birlikdə 39 nəfərin olduğu bildirilsədə, daha sonra təyyarənin hərbi təyyarə olduğu və 8 nəfər heyəti olduğu təsdiqləndi. Təyyarədə olan 8 nəfərin hamısı qəza zamanı həlak olmuşdur. == Araşdırma == Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyi tərəfindən qəzanı araşdırmaq üçün komissiya yaradılıb.
ABŞ Hərbi Hava Qüvvələri
Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri (ing. United States Air Force; abr: USAF) ABŞ-nin hərbi təşkilatlanmasının ən böyük qollarından biridir. Hava müharibələri hava hücumundan müdafiə və hərbi kosmik araşdırmaların inkişafı ilə məşğuldur. Ayrıca digər hərbi şöbələrə hava dəstəyi və xidmətlər göstərir. 1941-ci ildə Hərbi Hava Qüvvələri olaraq Quru Qoşunları daxilində muxtar bir komandanlığa çevrilmiş və 1947-ci il Milli Təhlükəsizlik Qanunu ilə müstəqil ABŞ Hərbi Hava Qüvvələri yaradılmışdır.
ABŞ Hərbi Hava Qüvvələri Pararescue
Pararescue, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri Komandanlığında şəxsi heyətin müharibə şəraitində xilas edilməsi və tibbi müalicə alması üçün məsuliyyət daşıyan bölmədir. İkinci Dünya Müharibəsində vurulmuş təyyarələrdəki pilotlar başda olmaqla şəxsi heyətin müalicəsi və tez bir zamanda xilas edilməsi zərurəti meydana çıxmışdır. Qruplar qurulandan sonra əməliyyatlardakı uğurları ilə ön plana çıxdılar. Təxminən 2 il davam edən məşqlərdən keçirlər. Dalğıc, sağ qalma, paramedik tibb, paraşüt hazırlığı, təcili tibbi müdaxilə, alpinizm, müharibə taktikası kimi bir çox təlimdən keçirdilirlər.
ABŞ Ordusu Hava Korpusu
Amerika Birləşmiş Ştatları Ordusu Hava Qüvvələri (ing: United States Army Air Force; abr: USAAF) 1941–1947-ci illərdə ABŞ-nin hərbi hava qüvvəsi idi. Amerika Birləşmiş Ştatları Ordusu Hərbi Hava Qüvvələri 20 iyul 1941-ci ildə Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri Korpusundan (United States Army Air Corps) formalaşdırılmışdır. İkinci Dünya müharibəsində Qərb müttəfiqlərinin qələbə qazanmasında USAAF böyük təsir göstərdi. 26 iyun 1947-ci ildə Birləşmiş Ştatlar Ordusunun Hava Qüvvələrindən (United States Army Air Forces) Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF) yaradıldı.
ABŞ hava limanları
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
ABŞ hava limanları siyahısı
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
ABŞ hava limanlarının siyahısı
Qalın mətnABŞ-dakı hava limanlarının siyahısı.
ATA Hava Yolları
ATA Hava Yolları (az-əbcəd. آتا هاوا یوْل‌لارؽ‎, fars. هواپیمایی آتا‎, ing. ATA Airlines) — Təbriz şəhərində fəaliyyət göstərən aviaşirkət.
Abadan Beynəlxalq Hava Limanı
Abadan Beynəlxalq Hava Limanı (IATA: ABD, ICAO: OIAA) İranın Abadan şəhərindən 12 kilometr məsafədə yerləşən beynəlxalq hava limanıdır.
Abkayk Hava Limanı
Abkayk Hava Limanı (ərəb. مطار بقيق‎; ‎ (ICAO: OEBQ) — Səudiyyə Ərəbistanının şərqində yerləşən Abkayk neft yatağından 10 km məsafədə kiçik özəl hava limanı. Təxminən 0,35 km2 ərazini əhatə edir, təsərrüfatlar və səhra ilə əhatə olunmuşdur. Hava limanı regionun ən böyük şəhəri olan Dammamdan 65 km məsafədə yerləşir. Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" hava limanının sahibidir. Kral Fəhd Hava Beynəlxalq Limanı tikilənə qədər krallıq daxilində uçuşlar üçün istifadə edilirdi və şirkətin təyyarələri burada hərəkət edirdi. Hal-hazırda Abkayk Hava Limanından istifadə edilmir. Hava limanının uzunluğu 1,851 metr və eni 34 metr olan bir uçuş-enmə zolağı var. Orta ölçülü təyyarələr üçün iki dayanacaq yeri də var.
Adnan Menderes Hava Limanı
Adnan Menderes Hava Limanı (türk. Adnan Menderes Havalimanı) — Türkiyənin İzmir ilinə xidmət verən beynəlxalq havalımanı. Şəhər mərkəzindən 14 km (8.7 mil) cənubda, Qaziemir ilçəsi sərhədlərindədir. Adını 1950-1960-cı illər arasında baş nazir işləyən Adnan Menderesdən (1899-1961) alır. Hava limanının sahibi Dövlət Hava Limanları İdarəsidir, operator TAV Hava limanlarıdır. 2018-ci ildə 13.410.378 sərnişin və 91.447 təyyarə qəbul edən Adnan Menderes Hava limanı, ölkənin ən məşğul beşinci hava limanıdır. Yük daşınması baxımından 11,889 ton ilə ölkənin hava limanları arasında üçüncü yeri tutur. == Tarixçəsi == Əvvəlki adı Cüməovası Hava Limanı olan bu hava limanı inşa edilməmişdən öncə, İzmirdə bütün mülki uçuşlar Çiğli Hava Limanında həyata keçirilirdi. Çiğli Hava Limanı təmirə girəndə Cüməovası Hava limanı istifadəyə verildi. Lakin texniki çatışmazlıqlar səbəbindən gecə uçuşları həyata keçirilmədi və böyük təyyarələr uçuş zolağına enə bilmədi.
Aeroflot Hava Yolları reys 6502
Aeroflot Hava Yolları reys 6502 (rus. Катастрофа Ту-134 в Куйбышеве) — 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirən Tupolev Tu-134 A tipli təyyarənin qəzaya uğraması ilə nəticələnmiş hadisə. Təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərindən Çeçenistanın paytaxtə Qroznı şəhəri istiqamətindəki uşuşu həyata keçirən zaman qəzaya uğramış və hadisə nəticəsində təyyarədə olan 7 nəfəri uçuş heyəti üzvü olmaqla, ümumilikdə 94 nəfərdən 70 nəfəri, o cümlədən 66 sərnişin və 4 heyət üzvü həlak olmuş, 24 nəfər isə sağ qalmışdır. Qəzanın baş verməsinə təyyarə kapitanı Aleksandr Klyuyevin kobud səhlənkarlığı və ikinci pilot Gennadi Jirnov ilə yerə baxmadan təyyarəni gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur. Hadisədən sonra keçirilmiş məhkəmənin qərarı ilə pilot qəzanın səbəbkarı kimi göstərilmiş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. == Uçuş məlumatı == 1979-cu ildə SSRİ-də istehsal olunmuş Tupolev Tu-134 A tipli təyyarə 62327 qeydiyyat nömrəsi ilə əsasən ölkədaxili uçuşları həyata keçirmişdir. Hadisə baş verən zaman heyət kapitan Aleksandr Klyuyev, ikinci pilot Gennadi Jirnov, naviqasiya operatoru İvan Moxonko, uçuş mühəndisi Kyuri Xamzatov və digər üç nəfərdən ibarət olmuşdur. Uşuş planlaşdırmasına əsasən təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinin hava limanından Qroznıya uçmalı, yolüstü Kuybışev Hava Limanında enməli idi. Samara şəhəri SSRİ dövründə Kuybışev adlandırıldığından qəza SSRİ xronikasında Kuybışev təyyarə qəzası olaraq qalmışdır. == Qəza == Qəza, təyyarənin Kuybışev Hava Limanına yaxınlaşması zamanı baş vermişdir.
Ageratina havanensis
Ageratina havanensis (lat. Ageratina havanensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
AirAsia Hava Yolları reys 8501
AirAsia Hava Yolları reys 8501 — 2014-cü ilin 28 dekabr tarixində İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru uçan AirAsia Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarə reysi. Təyyarə havada olduğu zaman radarlardan itmişdir.
Aktau Beynəlxalq Hava Limanı
Aktau Beynəlxalq Hava Limanı (qaz. Ақтау халықаралық әуежайы) (IATA: SCO, ICAO: UATE) — Qazaxıstanın Aktau şəhərində yerləşən hava limanı. 1993-cü ildə tikilib. Sovet dövründə Şevçenko-Mərkəz adlanırdı.
Alabama hava limanlarının siyahısı
Bu siyahı ABŞ-nin Alabama ştatında yerləşən havalimanlarının növünə və yerinə görə siyahısıdır. Bu siyahıda ictimai və hərbi hava limanları var. FAA tərəfindən kommersiya uçuşları qeydə alınmış və ya BHNA kodu təyin edilmiş bəzi əhəmiyyətli şəxsi və əvvəllər ictimai istifadə də olan keçmiş hava limanları da buraya daxil edilib. == Hava limanları == Bu siyahıya aşağıdakı məlumatlar toplanmışdır: Şəhər – Hava limanın aid olduğu və Federal Aviasiya Administrasiyası baş qeydlərində göstərilən şəhər. Bu həmişə faktiki yerdən fərli ola bilər, çünki bəzi hava limanları xidmət etdiyi şəhərin ətrafında yerləşən daha kiçik qəsəbədə yerləşir. FAA – Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən təyin edilən yer identifikatoru. BHNA – Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) tərəfindən təyin edilən hava limanı kodu. FAA kodu ilə eyni olmadıqda qalın şəkildə verilir. BMAT – Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) tərəfindən təyin edilən hava limanı kodu. Adı – Hava limanının rəsmi adı.
Alangium havilandii
Alangium havilandii (lat. Alangium havilandii) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Almatı Beynəlxalq Hava Limanı
Almatı Beynəlxalq Hava Limanı (qaz. Халықаралық Алматы Әуежайы) (IATA: ALA, ICAO: UAAA) — Qazaxıstanın ən böyük beynəlxalq hava limanı. Aeroport, Qazaxıstanın ən böyük şəhəri və ticarət paytaxtı olan Almatının təxminən 15 km şimal-şərqində yerləşir. Almatı Beynəlxalq Hava Limanı, Qazaxıstanın sərnişin gediş-gəlişinin yarısına və yük gediş-gəlişinin 68%-ə sahibdir. 2012-ci ildə hava limanında, 4,003,004 sərnişin var idi. Bunların 1,997,570-i hava limanına gələn, 2,005,434-ü isə hava limanını tərk edən idi. == Tarixi == === İlk illəri === Hava limanı 1935-ci ildə bütün kiçik mülki və hərbi uçan gəmiləri üçün tikilmişdir. 1990-cı ilə qədər Qazaxıstan Mülki Aviasiya Şöbəsinin tərkibində olmuş və 1991-ci ildə "Alma-Ata Hava Limanı"-na çevrilmişdir. 1993-cü ildən bü günə qədər müstəqil biznes vahidi kimi işləyir. 1994-cü ildə "Almatı Hava Limanı ASC"-ə çevrilmişdir və daha sonra "Almatı Beynəlxalq Hava Limanı" adlandırılmışdır.
Ambrolauri Hava Limanı
Ambrolauri Hava Limanı (gürc. ამბროლაურის აეროპორტი) – Gürcüstanın Raça-Leçxumi və Aşağı Svaneti ərazisində yerləşən Ambrolauri şəhərinə xidmət edən kiçik bir hava limanıdır. 2017-ci ildən etibarən, hava limanı 30-50 sərnişin daşıya bilən təyyarə ilə xidmət göstərir.Hava limanını daha da genişləndirmək planı var. == Tarixi == Ambrolauri hava limanının tikintisi 2016-cı ilin avqustunda başlanıb və bu tikinti cəmi 4 ay müddətində davam etmişdir. İlk terminal 2017-ci ilin yanvar ayında açıldı. Aerodromun uzunluğu 1,1 kilometr, eni isə 30 metrdir. Terminal sahəsi 600 kvadratmetrdir və eyni vaxtda 50 sərnişini qəbul edə bilər. "Bu hava limanı yalnız hava limanı deyil, bu, ölkəmizdə həyata keçirilməsi planlaşdırdığımız böyük planlarımızın çox vacib bir hissəsidir", -Giorgi Kvirikaşvili yeni sərnişin terminalının açılış mərasimində bildirmişdi və bunun, yalnız bir başlanğıc olduğunu qeyd etmişdi. Baş nazir, Yeni hava limanını, Raça-Leçxumi bölgəsinə qapı adlandırmışdı. Hava limanı sayəsində bölgədə hər bir ailənin rifahına təsir göstərəcək turistlərin sayı artacaq.
Amerika Hava Yolları reys 11
Amerika Hava Yolları reys 11 — 11 sentyabr 2001-ci ildə 11 sentyabr terror aktı zamanı qaçırılan ilk təyyarə . Təyyarə Dünya Ticarət Mərkəzinin Şimal qülləsi ilə toqquşmuşdu. Amerikan Hava yollarına məxsus Boeing 767 təyyarəsi Bostondakı Loqan Beynəlxalq Havalimanından Los-Anceles Beynəlxalq Havalimanına yola düşmüşdü. Təyyarə qalxdıqdan əlli dəqiqə sonra pilotluq təhsilli olan terrorçular zorla kokpitə daxil olmuş və təyyarənin idarəsini ələ keçirərək şimal qülləsinə istiqamətləndirmişdi. Toqquşmada səksən bir nəfər sərnişin (5 terrorçu da daxil olmaqla), on bir ekipaj üzvü olmaqla 92 insan həyatını itirmişdir. Toqquşma amerika saatı (şərq saat qurşağı) ilə 8:46-da meydana gəlmişdi. O əsnada küçədə olanların çoxu toqquşmanı açıq şəkildə görmüşdülər. Toqquşma mindən çox adamın ölməsinə və yaralanmasına səbəb olmuşdu. == Uçuş == Amerika Hava Yollarının 11 səfər saylı uçuşu zamanı təyyarə modeli Boeing 767 olan təyyarə 158 sərnişin tutmuna malik olmasına baxmayaraq 11 sentyabr günü təyyarədə yalnız səksən bir sərnişin və on bir ekipaj üzvü olmuşdur. Təyyarənin pilotları Con Oqonovski və birinci məmur Tomas McGinnes, təyyarənin kabin məmurları isə Barbara Arestegi, Cefri Kollman, Sara Lou, Karen Martin, Kathlin Nikosia, Betti Ong, Cin Rocer, Dianni Snayder və Mədlin Svini olmuşdur.
Amerika Hava Yolları reys 1549
Amerika Hava Yolları reys 1549 Amerikada başvermiş Aviasiya olayıdır. 15 yanvar 2009-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində LaGuardia Havalımanından Şimali Karolina əyalətindəki Şarlott Duqlas Beynəlxalq hava limanına getmək üzrə 5 ekipaj və 150 sərnişin ilə havalanan Amerika Havayollarının TWE1549 səfər sayılı Airbus A320-214 model təyyarəsinin havaya yüksəlməsindən yarım dəqiqə sonra hər iki mühərrikinə dəyən quşlar səbəbiylə mühərriklərinin dayanması nəticəsində Nyu-Yorkdakı Hudson çayına qəzalı eniş etmişdir.
Amerika Hava Yolları reys 77
Amerika Hava Yolları reys 77, 11 sentyabr hadisəsinin bir parçası olaraq 11 sentyabr 2001-ci il tarixində Amerika Hava Yollarına məxsus Boeing 757-223 tipli təyyarənin Əl-Qaidə üzvü olan beş nəfər hava piratı tərəfindən qaçırılması və Pentaqona toqquşması ilə nəticələnən daxili reysidir. Təyyarə, Virciniyada yerləşən Pentaqon binası ilə toqquşmuşdur. Toqquşma nəticəsində təyyarədə olan beş terrorçu və altı ekipaj üzvü ilə birlikdə 64 adam və bundan əlavə Pentaqon binasındakı 125 adam həyatını itirmişdir. == Təyyarədə olan insanların milliyətləri == Qeyd: Təyyarədə olan 5 nəfər terrorçu bu siyahıya daxil deyil.
Antalya Hava Limanı
Antalya Hava Limanı ((türk. Antalya Havalimanı, ИАТА: AYT, ИКАО: LTAI) — Antalyanın mərkəzindən 10 km şərqdə yerləşən Türkiyənin beynəlxalq hava limanı. Turistlərin ölkənin Aralıq dənizi sahillərinə, yəni Kəmər (Tekirova, Camyuva, Kiriş, Göynuk, Beldibi), Lara, Bələk, Side, Manavqat, Alanya bölgələrində yerləşən kurortlarına çatdırılması baxımından əhəmiyyətə malikdir. Xidmət göstərilən sərnişinlərin sayına görə ölkədə 3-cü, Avropada isə 15-ci yerdədir. 2015-ci ildə hava limanı 27 milyondan çox sərnişinə xidmət göstərmişdir. Bu Corendon Airlines, Pegasus Airlines və SunExpress üçün mərkəz hava limanıdır. Hava limanının ən yüksək sərnişin axını turistik yay mövsümünə əsasən Avropanın, o cümlədən Rusiyadakı demək olar ki, bütün böyük hava limanlarından çarter reysləri ilə gəlir. Mövsümdənkənar dövrdə nəqliyyatın həcmi və uçuşların sayı kəskin azalır, əsasən müntəzəm daşınmalar həyata keçirilir. Hava limanında bir daxili və iki beynəlxalq terminal var. Hava limanının inşası 2 il çəkmiş və 1998-ci ildə ilk sərnişinləri qəbul etmişdir.
Astana Beynəlxalq Hava Limanı
Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı (qaz. Astana Xalıqaralıq Äwejaýı) (IATA: NQZ, ICAO: UACC) — Astana şəhərindən 16,7 km cənub-şərqdə yerləşən beynəlxalq hava limanı. == Tarixi == Astananın ilk hava limanı 1931-ci ildə şəhərin kənarında tikilmişdir və İkinci Dünya müharibəsindən sonra daha da inkişaf edilmişdir. Ancaq Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanına çevrilən yeni hava limanı, şəhərin cənubundan 11 kilometr məsafədə inşa edilmiş və noyabr 1963-cü ildə açılmışdır. Aeroflot və onun yerli müdirliyi tərəfindən böyük ölçüdə istifadə edilmişdir. 1997-ci ilin dekabrında Almatıdan Astanaya paylamanın ardından hava limanı bir sıra böyük təkmilləşdirmələrə məruz qaldı. Yaponiya memarı Kişo Kurokava tərəfindən hazırlanan yeni sərnişin terminalı 2005-ci ilin fevral ayında açılıb. Digər təkmilləşdirmə isə 2017-ci ildə Expo 2017-də ikinci bir terminalın açılması ilə baş verdi - bütün beynəlxalq uçuşlar bu yeni terminala köçdü. 2015-ci il ərzində sərnişin sayı 3,366,560-a çatıb. == Terminallar == Yerli və beynəlxalq uçuşlar üçün ayrı terminal binaları mövcuddur.

Digər lüğətlərdə