HEYBƏTLİ
HEYF
OBASTAN VİKİ
Start heyət (futbol)
Start heyət və ya ilk 11-lik — futbol klubunun əsas komandasını təşkil edən on bir qabaqcıl futbolçu. Start heyətdə çıxış edən futbolçu oynadığı mövqedə komandasının ən yaxşısı hesab edilir. Məsələn, bir futbol klubunun bombardiri demək olar ki, həmişə bacarığı və komandaya verdiyi töhfə sayəsində start heyətdə çıxış etmək üçün seçiləcəkdir.
Cavad Heyət
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır. == Həyatı == Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən hesab olunur. Həm Cənubi Azərbaycanda, həm də Şimali Azərbaycanda yüksək səviyyədə tanınır. Türkologiya, tibb elmi və digər sahələrdə əvəzedilməz xidmətləri olmuşdur. 2014-cü ilin avqustun 12-də Bakı şəhərində vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir. O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilirdi. Beş qızı, beş nəvəsi vardı.
Alatoran filmlər seriyasının aktyor heyətinin siyahısı
Alatoran Saqa filmlər seriyasının aktyor heyətinin siyahısı — Stefani Mayerin eyni adlı romanlar seriyası əsasında çəkilmiş filmlərdə iştirak etmiş aktyorların siyahısıdır. Filmlərin əsas ulduzları, Bella Svon rolunda çəkilmiş Kristen Stüart, Edvard Kallen rolunda çəkilmiş Robert Pattinson və Ceykob Blek rolunda çəkilmiş Teylor Lotnerdir. 2008-ci ildə New York Times bestselleri olan roman (2005) əsasında çəkilmiş "Alatoran" filminin rejissoru Ketrin Hardvikdir. İkinci film olan "Alatoran: Yeni Ay" (2009) Kris Vetzin rejissorluğu ilə, birinci romanın davamı olan roman (2006) əsasında çəkilmişdir. Üçüncü film olan "Alatoran: Tutulma" (2010) filmi kitablar seriyasından üçüncü roman (2007) əsasında Devid Sleydin rejissorluğu ilə ekranlaşdırılmışdır. Pattinson və Eşli Qrin qeyd edirlər ki, Sübh (2008) romanının ekranlaşdırılmasına 2010-cu ildən başlanacağı gözlənilirdi. Çəkilişlər 1 noyabr 2010-cu ildə başlamışdır. Alatoran: Sübh. Hissə 1 18 noyabr 2011-ci ildə izləyicilərə təqdim edilmiş , 11 fevral 2012-ci ildə ABŞ-də DVD şəklində satışa çıxarılmışdır. Ümumilikdə film $712 milyon gəlir gətirmişdi.
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri (film, 1925)
Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfəri sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən bəhs edilir. == Məzmun == Filmdə Almaniya fəhlə nümayəndə heyətinin Bakıya səfərindən, onların Azərbaycanda yeni sosialist sənayesinin təşkili və iş prosesi, fəhlələrin həyat və məişəti ilə yaxından tanış olmalarından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
FİFA Klublararası Dünya Çempionatı heyəti 2000
FİFA Klublararası Dünya Çempionatı 2000 turnirində iştirak edən klubların heyəti.
SSRİ Ali Soveti Rəyasət Heyəti
SSRİ Ali Soveti (rus. Верхо́вный Сове́т СССР) — 1936–1989-cu illərdə SSRİ-nin konstitusiya ilə birbaşa, bərabər və gizli seçilən ali hakimiyyət orqanı. 1989–1991-ci illərdə SSRİ xalq deputatları qurultayı vasitəsilə seçilən daimi fəaliyyət göstərən parlamenti. İki bərabərhüquqlu palatadan — İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət idi. 1936-cı il SSRİ Konstitusiyasına görə səlahiyyət müddəti 4 il, 1977-ci il SSRİ Konstitusiyasına görə isə 5 il idi. 1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikalar əhali sayından asılı oımayaraq hər biri 750 yerlik Millətlər Sovetində 32 yerə malik idilər. Muxtar respublikalar, muxtar vilayətlər və muxtar dairələr müvafiq olaraq 11, 5 və 1 yerə malik idilər. İttifaq Sovetində isə 750 yerlik palataya əhali sayına görə deputat seçilirdi.
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri
SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri — 1936 - 1989-cu illərdə SSRİ-də dövlət başçısı. Rəyasət Heyətinin Sədri SSRİ Ali Sovetinin birgə iclasında seçilirdi.
UEFA Avro 1960 (heyətlər)
6–10 iyul 1960-cı ildə Fransada keçirilən Futbol üzrə 1-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1964 (heyətlər)
17–21 iyun 1964-cü ildə İspaniyada keçirilən Futbol üzrə 2-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1968 (heyətlər)
5-10 iyun 1968-ci ildə İtaliyada keçirilən Futbol üzrə 3-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri. Komandaların heyətinə bir legoner belə təmsil olunmamışdır.
UEFA Avro 1972 (heyətlər)
14-18 iyun 1972-ci ildə Belçikada keçirilən Futbol üzrə 4-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri.
İngiltərə Parlamenti nümayəndə heyəti Bakıda (film, 1925)
Filmdə İngiltərə parlamenti nümayəndə heyətinin Bakıda olmasından, respublikada seçki sistemi ilə tanışlığından, eləcə də Bakı zəhmətkeşlərinin mədəni məişəti ilə maraqlandıqlarından söhbət açılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Bosniya və Herseqovina Rəyasət Heyəti
Bosniya və Herseqovina Rəyasət Heyəti (serb-xorv. Predsjedništvo Bosne i Hercegovine / Предсједништво Босне и Херцеговине) — Bosniya və Herseqovinada dövlət başçısı vəzifəsinə bənzər kollektiv ali icra hakimiyyəti orqanı. == Tərkibi == Konstitusiyanın V maddəsinə əsasən, rəyasət heyəti eyni vaxtda dörd il müddətinə (2000-ci ilə qədər iki il müddətinə) seçilən üç üzvdən ibarətdir: Bosniya və Herseqovina Federasiyasından bir boşnak və bir xorvat; Serb Respublikasından bir serb. == Rəyasət Heyətinin sədri == Rəyasət Heyətinə seçkilərdən sonra hər 8 aydan bir növbəti rotasiya ilə ən çox səslə Rəyasət Heyətinə üzv olan Rəyasət Heyətinin sədri rəhbərlik edir. Rotasiya prinsipi 1998-ci ildə yaradılmışdır. == Qərarvermə proseduru == Rəyasət Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilir, lakin onun hər bir üzvü veto hüququna malikdir. Bunun üçün o, 3 gün müddətində mübahisəli məsələ ilə bağlı rəyini təmsil etdiyi respublikanın parlamentinə təqdim etməli və orada deputatların 2/3-nin dəstəyini almalıdır.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti (azərb-kiril. Азәрбајҹан ССР Али Советинин Рәјасәт Һеј’әти) — 1937–1990-cı illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali orqanı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin işini təşkil edən orqana çevrilmişdir. == Tarixi == 14 mart 1937-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmış və onun əsasında Azərbaycan SSR Ali Soveti yaradılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1938-ci ildə fəaliyyətə başlamış və ilk illərdə Azərbaycan SSR Baş Sovetinin Prezidiumu adlanmışdır. Rəyasət Heyətinin tərkibinə Ali Sovetin deputatları arasından seçilmiş sədr, 2 müavin, katib və 15 üzv daxil idi. Həmin tərkib Azərbaycan SSR Ali Sovetinin hər çağırışının ilk iclasında seçilirdi. == Səlahiyyətləri == === 1990-cı ilədək === 1990-cı ilədək Rəyasət Heyətinin səlahiyyətləri geniş olmuşdur. Onlardan bir qismi hazırda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri ilə üst-üstə düşür. Azərbaycan SSR Konstitusiyasına (1978) əsasən Rəyasət Heyətinin səlahiyyətlərinə aşağıdakılar daxil olmuşdur: Azərbaycan SSR Ali Sovetinin sessiyalarının çağırılması, daimi komissiyalarının fəaliyyətinin əlaqələndirilməsi; Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə, habelə rayon (şəhər) xalq məhkəmələrinə seçkilərin təyin edilməsi; Azərbaycan SSR Konstitusiyasına əməl olunmasına nəzarət edilməsi, eləcə də Naxçıvan MSSR Konstitusiyasının və qanunlarının Azərbaycan SSR Konstitusiyasına və qanunlarına uyğun olmasını təmin edilməsi; Yerli xalq deputatları sovetlərinin fəaliyyətinə rəhbərlik edilməsi; İnzibati ərazi quruluşu məsələlərinin həlli qaydasının müəyyənləşdirilməsi, inzibati-ərazi vahidlərinin tabeliyinin müəyyən edilməsi, yaşayış məntəqələri adlarının dəyişdirilməsi; Respublikanın qüvvədə olan qanunlarını şərh edilməsi; Ümumxalq səsverməsinin (referendum) keçirilməsi; Azərbaycan SSR Nazirlər Sovetinin, Naxçıvan MSSR Nazirlər Sovetinin, rayon və şəhər xalq (zəhmətkeş) deputatları sovetlərinin qərar və sərəncamlarının qanunamüvafiq olmadıqda ləğv edilməsi; Azərbaycan SSR fəxri adlarının təsis edilməsi və verilməsi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmə, habelə həmin mükafatlardan məhrum edilmə; Azərbaycan SSR vətəndaşlığına qəbul edilmə və sığınacaq vermə məsələlərinin həll edilməsi; Amnistiya haqqında aktların qəbul edilməsi, məhkəmə orqanları tərəfindən məhkum edilmiş vətəndaşların bağışlanma hüququnun həyata keçirilməsi; Azərbaycan SSR-in xarici dövlətlərdə və beynəlxalq təşkilatlar nəzdində olan diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması; Azərbaycan SSR Dövlət himninin təsdiq edilməsi; Müxtəlif məsələlər üzrə fərmanların verilməsi; Azərbaycan SSR Konstitusiyasının və qanunlarının müəyyən etdiyi başqa səlahiyyəti həyata keçirilməsi.
UEFA Avro 1960 heyətləri
6–10 iyul 1960-cı ildə Fransada keçirilən Futbol üzrə 1-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1964 heyətləri
17–21 iyun 1964-cü ildə İspaniyada keçirilən Futbol üzrə 2-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1968 heyətləri
5-10 iyun 1968-ci ildə İtaliyada keçirilən Futbol üzrə 3-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri. == İngiltərə == == İtaliya == == SSRİ == == Yuqoslaviya == == Maraqlı faktlar == Komandaların heyətinə bir legoner belə təmsil olunmamışdır.
UEFA Avro 1972 heyətləri
14-18 iyun 1972-ci ildə Belçikada keçirilən Futbol üzrə 4-cü Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1976 heyətləri
16–20 iyun 1976-cı ildə Yuqoslaviyada keçirilən Futbol üzrə 5-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1980 heyətləri
11–22 iyun 1980-ci ildə İtaliyada keçirilən Futbol üzrə 6-cı Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1984 heyətləri
12-27 iyun 1984-cü ildə Fransada keçirilən Futbol üzrə 7-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri.
UEFA Avro 1988 heyətləri
10–25 iyun 1988-ci ildə AFR-də keçirilən Futbol üzrə 8-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 20. Oyunçuların təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 1988) təvəllüdləridir.
UEFA Avro 1992 heyətləri
10–26 iyun 1992-ci ildə İsveçdə keçirilən Futbol üzrə 9-cu Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 20 (2 qapıçı da daxil). Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 1992) təvəllüdləridir.
UEFA Avro 1996 heyətləri
8-30 iyun 1996-cı ildə İngiltərədə keçirilən Futbol üzrə 10-cu Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 22. Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (8 iyun 1996) təvəllüdləridir. == A qrupu == === İngiltərə === === Niderland === Frank de Bur zədə aldığı üçün heyətdən çıxarılmışdır. Onun yerinə heyətə Yap Stam daxil edilmişdir. === Şotlandiya === === İsveçrə === == B qrupu == === Fransa === Bir topu Lüboslav Penev (Bolqarıstan) öz qapısına vurub. === İspaniya === === Bolqarıstan === === Rumıniya === == C qrupu == === Almaniya === === Çexiya === === İtaliya === === Rusiya === == D qrupu == === Portuqaliya === === Xorvatiya === === Danimarka === === Türkiyə === == Xarici keçidlər == UEFA Avro 1996 final mərhələsinin ətraflı statistikası RSSSF saytında (ing.) Avropa çempionatlarının tarixi. 1996.
UEFA Avro 2000 heyətləri
10 iyun-2 iyul 2000-ci ildə Belçika və Niderlandda keçirilən Futbol üzrə 11-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Ərizədə icazə verilən maksimal futbolçu sayı — 22. Oyunçuların və məşqçilərin təvəllüdləri turnir başlayan tarixdəki (10 iyun 2000) təvəllüdləridir. == A qrupu == === Portuqaliya === === Rumıniya === === İngiltərə === === Almaniya === == B qrupu == === İtaliya === === Türkiyə === === Belçika === === İsveç === == C qrupu == === İspaniya === === Yuqoslaviya FR === === Norveç === === Sloveniya === == D qrupu == === Niderland === === Fransa === === Çexiya === === Danimarka === == Xarici keçidlər == UEFA Avro 2000 final mərhələsinin ətraflı statistikası RSSSF saytında (ing.) Avropa çempionatlarının tarixi. 2000. Belçika.
UEFA Avro 2004 heyətləri
12 iyun-4 iyul 2004-cü ildə Portuqaliyada keçirilən Futbol üzrə 12-ci Avropa çempionatında iştirak edən komandaların heyətləri. Komandalar heyətlərini 2004-cü il 2 iyun tarixinə qədər açıqlamışlar. İlk oyunlarına qədər onlar zədəli futbolçularını dəyişmək hüququna malik olmuşlar. Heyətdə 3-ü qapıçı olmaq şərtilə ümumilikdə 23 oyunçu təmsil oluna bilərdi. == A qrupu == === Yunanıstan === Heyət 23 may tarixində elan edilmişdir. === İspaniya === Heyət 17 may tarixində elan edilmişdir. Zədəli bir oyunçu əvəzlənmişdir. === Portuqaliya === Heyət 18 may tarixində elan edilmişdir. === Rusiya === Heyət 2 iyun tarixində elan edilmişdir. == B qrupu == === İngiltərə === Heyət 17 may tarixində elan edilmişdir.

Digər lüğətlərdə