1. Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib. Redaksiya heyəti. Komissiyanın heyətində dəyişiklik.
– [Çingiz gənclərə:] Müsamirə düzəltmək üçün ayrıca bir heyət seçməlidir.
2. Xidmətinə, ixtisasına və s. görə bir qrup təşkil edən adamlar. Rəhbərlik edən heyət (rəhbərlər). Komanda heyəti (komandirlər). Müəllim heyəti (müəllimlər).
– [Sədr:] Məhkəmə heyəti müttəhim Baxışın da qiyamçılar hərəkatı ilə əlaqəsi olduğunu təsdiq edir.
3. klas. Görkəm, görünüş, şəkil, surət, qiyafət.
Xubani-hərəm [hökmdarı] bu heyətdə görəndə az qaldılar qəhqəhə etsinlər.
[Münəvvər:] Ana, mənim təqsirim nədir ki, bu libaslar ilə məni insanlıq heyətindən çıxartdın?