HİDDƏTLƏNMƏK Ata qızının hiddətləndiyini görüncə yavaş-yavaş səsini alçaldıb özünü toxdadı... (S.Rəhimov); ACIĞI TUTMAQ Uşaqlar içinə düşər gülüşmək; Sənin do acığın tutar, ağlarsan (M.P.Vaqif); ACIQLANMAQ (dan.) [Qəndab:] Qönçə üzümə baxmadan acıqlandı... (B.Bayramov); AĞZI KÖPÜKLƏNMƏK (fr.v.) Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi (M.İbrahimov); COŞMAQ (məc.) Bayaq pəncərənin qabağında dayanarkən onun Fərruxun ürəyini bir tikəyə döndərən qəzəb yenidən coşdu (İ.Məlikzadə); CİN ATINA MİNMƏK (fr.v.) Lakin Mina xanım daha da qızışdı, lap cin atına mindi (M.İbrahimov); CİNİ TUTMAQ Hacı Mehdi: Onun hərdənbir cini tutur (Ə.Haqverdiyev); CİNLƏNMƏK (bərk hirslənmək) Əllaf elə cinlənmişdi ki, səsi bazarı tutmuşdu (Mir Cəlal); BAŞINDAN TÜSTÜ ÇIXMAQ (fr.v.) Kiçikxanımı görəndə, Nərimanın vücuduna od düşdü, başından tüstü çıxdı (Mir Cəlal); DARILMAQ Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (H.Cavid); HİKKƏLƏNMƏK Nə var, qaban? – Alo əmi hikkələndi (S.Rəhimov); HİRSLƏNMƏK Cövdət Əzizdən artıq hirsləndi, heyrət və qəzəbdən dişini dişinə sıxdı (H.Abbaszadə); İTƏ DÖNMƏK (fr.v.) Mən tapdaram uşaqları, arvad dönər itə (M.Ə.Möcüz); KÖPÜRMƏK (məc.) Şakro: Bizi məhv etdirəcəksən bir gün; Duysa knyaz köpürüb çıldıracaq (H.Cavid); QEYZƏ GƏLMƏK Ağalar elə bir qeyzə gəldilər ki, pulları çırpdılar biçarə Yusif əminin üzünə... (C.Məmmədquluzadə); QEYZLƏNMƏK Kəndlilər qızışıb qeyzlənərək; Qarılar, qocalar qiyamət edər (S.Vurğun); QƏZƏBİ TUTMAQ Axı bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur (M.F.Axundzadə); QƏZƏBLƏNMƏK Bu sözlərdən professor doğrudan da qəzəbləndi (M.Hüseyn); QƏZƏBNAK OLMAQ Bu ittifaqdan sərxoş ağa artıq dərəcədə qəzəbnak olaraq, ikinci dəfə nökəri göndərdi ki, qızı yerdən qaldırıb gətirsin (S.S.Axundov); QIZIŞMAQ Heç qızışma, qışqırma da (M.S.Ordubadi); QIZMAQ (məc.) Vahid: Yaman qızıb gəlib üstümə, bilmirəm nə təhər başımdan eləyim (M.İbrahimov); ÖZÜNDƏN ÇIXMAQ (fr.v.) Dilarə: Çıxma özündən sən allah (Anar); ÖFKƏLƏNMƏK (dan.)