Hrsg.
Hubraum
OBASTAN VİKİ
Airline hub
Sci-Hub
Sci-Hub — müxtəlif yollarla naşirlərin ödəniş divarlarından yan keçərək milyonlarla tədqiqat məqaləsinə və kitaba müəllif hüququ olmadan pulsuz girişi təmin edən kölgə kitabxana veb saytıdır. Sci-Hub 2011-ci ildə Qazaxıstanda Aleksandra Elbakyan tərəfindən tədqiqat işlərinin yüksək qiymətinə cavab olaraq təsis edilib. Sayt bütün dünyada geniş istifadə olunur. 2019-cu ilin sentyabr ayında saytın sahibləri onun gündə təxminən 400.000 sorğuya xidmət etdiyini açıqlanıb. Sci-Hub-ın verilmiş DOI nömrələri ilə bütün elmi nəşrlərin 95%-ni ehtiva etdiyi təxmin edilir. Sci-Hub 15 iyul 2022-ci ildə onun kolleksiyasının 88.343.822 fayldan ibarət olduğunu bildirdi. Sci-Hub və Elbakyan 2015 və 2017-ci illərdə ABŞ-da müəllif hüquqlarının pozulmasına görə iki dəfə məhkəməyə verilib, hər iki işi uduzub və bəzi internet domen adlarını itiriblər. Sayt o vaxtdan bəri müxtəlif domen adları ilə dövr edir. Sci-Hub adətən vergi ödəyiciləri (dövlət qrantları) tərəfindən maliyyələşdirilən və müəlliflərə sıfır qonorar ödənilməklə elmi ictimaiyyət tərəfindən yaradılan biliklərə çıxışı təmin etdiyinə görə elmi, akademik və nəşriyyat icmaları tərəfindən rəğbətlə qarşılanır. Bununla belə, nəşriyyatçılar onu müəllif hüquqlarını pozduğuna, naşirlərin gəlirlərini azaltdığına və potensial olaraq universitetlərin şəbəkə təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərlə əlaqələndirilməsinə görə tənqid olunur.
Azerbaijan Digital Hub
Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır. "Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb. "Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir. "Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq. Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Proqram 3 mərhələdən ibarətdir: Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur. Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way) formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur..
Azerbaijan Digital Hub Proqramı
Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır. "Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb. "Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir. "Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq. Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. Proqram 3 mərhələdən ibarətdir: Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur. Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way) formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur..
Achillea huber-morathii
Achillea huber-morathii (lat. Achillea huber-morathii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Avena fatua var. hubrida
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Huberopappus
Huberopappus (lat. Huberopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Huberopappus maigualidae
Huberopappus (lat. Huberopappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Hubert Minnis
Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri. 2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu. Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir. 1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı. Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub. Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.
Hubertia
Hubertia (lat. Hubertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Hubey əyaləti
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Leo Huberman
Leo Huberman (17 Oktyabr 1903 - 9 Noyabr 1968) Amerikalı sosialist yazıçı. Joseph və Fannie Kramerman Hubermanın on bir uşağının ən kiçiyi olaraq Nyuark, Nyu Cersidə dünyaya gəlmişdir. On bir yaşından etibarən həm oxumuş, həm də fabriklərdə, bir elektrik işçisinin yanında və poçtda işləmişdir. Nyuark Dövlət məktəbini bitirdikdən sonra 1926-cı ildən etibarən Greenwich Villageda özəl bir məktəbdə müəllimlik etmiş, 1932-ci ildə ilk kitabı We the People (“Biz insanlar”)I çap etdirdikdən sonra Londona gedərək London İqtisad Məktəbində bakalavr təhsilinə başlamışdır. Daha sonra Nyu-York Universitetini dərəcə ilə bitirmiş və 1937-ci ildə magistraturanı bitirmişdir. Kolumbiya Universitetində social elmlər fakültəsində sədr vəzifəsinə təyin edilmişdir. 1940-cı ildən etibarən U. S. Week adlı jurnalda redaktor və köşə yazarı kimi işləmişdir. 1949-cu ildə Paul Sweezyilə birgə “Monthly Review” adlı jurnalı yaratmış və burada işləmişdir. İqtisadiyyat və tarixin harmoniyası şəklində qələmə aldığı Orta əsrlərdən bu günə istehsal üsullarını araşdıran Man's Worldly Goods (“İnsanın dünyəvi mülkü”) adlı kitabı çap olunmuşdur. Man’s Worldly Goods: The Story of The Wealth of Nations (“İnsanın dünyəvi mülkü: Xalqları sərvəti tarixi”) və We The People(“Biz insanlar”) ilkin olaraq gənc insanlar üçün yazılsa da, sonralar yetkin insanlar üçün yenidən gözdən keçirilmişdir.
Novumbra hubbsi
Novumbra hubbsi (lat. Novumbra hubbsi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinin novumbra cinsinə aid heyvan növü.
Nura Bazdul-Hubiyar
Nura Bazdul-Hubiyar ( bosn. Nura Bazdulj-Hubijar , 20 Avqust 1951-ci ildə Foçada anadan olub) Bosniya yazıçısı, şair, dramaturq. Foka əsilli olan Hubiyar Sarayevo Məktəbində və Tibb Kollecində təhsil almış, sonraTravnikə köçmüşdür. İxtisasca mikrobioloqdur. Bir çox hekayə, povest və roman, habelə şeir və dramatik əsərlər toplusunun müəllifi kimi tanınır. Uşaq jurnallarında dərc edilir. Ja, slavni Ja, uşaqlar üçün şeirlər ("Drugari", Sarayevo, 1988) Ruža, yeniyetmələr üçün povest ("Veselin Masleša", Saraybosna, 1990) Ljubav je sihirbaz babo ("Svjetlosti", Sarayevo, 1994) Naše međutim je rat ("Bosanska knjiga", Saraybosna, 1995) Rosa canina ("Međunarodni centar za mir", Saraybosna, 1996) Okrutnost raja (Društvo pisaca BH, 1997) Braća, dram ("Mizanscen", 1998) Amanet ( "Šahinpašić" Sarayevo, 1999) Baš mi je žao, 2.
Rəhim Hubnəqi
Rəhim Hubnəqi (d. 1960, Urmiya, İran) — 2014-cü ildən Urmiya Universitetinin rektoru. Rəhim Hubnəqi 1960-cı ildə İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində anadan olmuşdur. Urmiya şəhərində orta təhsil aldıqdan sonra, ali təhsilini veterinar ixtisası üzrə Tehran Universitetində almışdır. 1997-2001-ci illərdə Urmiya Universitetinin rektoru olmuş Hubnəqi, 2014-cü ildən yenidən bu ali təhsil ocağına rəhbərlik edir.
Xristofor Hubçev
Xristofor Hubçev (Bolqarca: Христофор Хубчев; 24 noyabr 1995, Bolqarıstan) — Yunanıstan təmsilçilərindən olan AEL klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. 22 iyun 2014-cü ildə Hubçev Montana klubu ilə müqavilə imzalamışdır. 18 iyun 2016-cı ildə isə o, Beroe Stara Zaqora klubu ilə müqavilə imzalamışdır. Lakin Hubçev 2 dekabr 2016-ci il tarixinə qədər liqa oyunlarında meydana çıxmamışdır. 14 yanvar 2018-ci il məlumatlarına əsasən.
Robert Huber
Robert Huber – (20 fevral 1937[…], Münxen, Almaniya Federativ Respublikası) — alman biokimyaçısı, 1988-ci ildə kimya üzrə Nobel mükafatı laureatı. Leopoldina (1990 il) və Accademia dei Lincei-nin üzvü, ABŞ Milli Elmlər Akademiyasının (1995 il) və London Kral Cəmiyyətinin (1999 il) xarici üzvü. 1960-cı ildə Münhen Texniki Liseyinin kimya fakültəsini bitirmiş, sonra orada üzvi birləşmələrin kristalloqrafik tədqiqatlarını aparmışdır. 1971-ci ildə Maks Plank Cəmiyyətinin Biokimya İnstitutuna rəhbərlik etdi və zülal kristalloqrafiyasına keçdi. O, 2005-ci ilə qədər institutun direktoru olub, bütün bu illər ərzində almamaterdə kristalloqrafiyadan dərs deyib, həm də 2013-cü ildə fəxri adını qazanıb. Robert Huber, ali bitkilərdə fotosintez mexanizmini başa düşməkdə daha da irəliləyiş təmin edən bənövşəyi kükürd olmayan Rhodopseudomonas viridis bakteriyasının fotosintezində iştirak edən reaksiya mərkəzinin membran zülalının kristal quruluşunun ilk tədqiqi üçün Mişel Hartmut və Yohan Dayzenhoferlə birlikdə 1988-ci ildə kimya üzrə Nobel mükafatı aldılar. Nobel mükafatı (1988 il) Bavariya Elmlər Akademiyasının üzvü (1988 il), Avropa Akademiyasının üzvü (1990 il), Hindistan Milli Elmlər Akademiyasının üzvü , Avropa Elmlər və İncəsənət Akademiyasının üzvü, Vilnüs Universitetinin fəxri doktoru (2011 il), Yagelloniya Universitetinin fəxri doktoru (2014 il). 2016-cı ildə o, Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı. Resenziyalı elmi jurnallarda 800-dən çox məqalənin müəllifi və həmmüəllifidir. H indeksi 128.
Maks Huber
Hans Maks Huber (alm. Hans Max Huber‎; 28 dekabr 1874[…], Sürix – 1 yanvar 1960[…], Sürix) — İsveçrə hüquqşünası və diplomatı. Bir sıra beynəlxalq konfrans və qurumlarda İsveçrəni təmsil etmişdir. Lozanna, Sürix və Berlin universitetlərində hüquq təhsili almışdır. Huber 1902–1914-cü illərdə Sürix Universitetində beynəlxalq, konstitusiya və kanon hüququndan dərs demişdir. Birinci Dünya müharibəsi zamanı İsveçrənin Müdafiə və Xarici İşlər Nazirliyinə məsləhətçi olmuşdur. Həmçinin, 1922–1939-cu illərdə Daimi Beynəlxalq Ədalət Məhkəməsinin hakimi və 1925–1927-ci illərdə onun sədri kimi fəaliyyət göstərmişdir. O, 1928-ci ildə Haaqa Daimi Arbitraj məhkəməsində Amerika Birləşmiş Ştatları ilə Niderland arasında Palmas-Keys adası işində arbitr kimi fəaliyyət göstərmişdir. 1928–1944-cü illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik etmişdir. Der Schutz der militärischen und völkerrechtlichen Interessen im schweizerischen Strafgesetzbuch.
Qardiner Qrini Hubbard
Qardiner Qrini Hubbard (25 avqust 1822, Boston – 11 dekabr 1897, Vaşinqton) — Amerikalı hüquqşünas, maliyyəçi və icma lideri idi. Milli Coğrafiya Cəmiyyətinin qurucusu və ilk prezidenti idi; sonradan dünyanın ən böyük telefon şirkəti olan AT&T -yə çevrilən Bell Telefon Şirkətinin qurucusu və ilk prezidenti; Science jurnalının təsisçisi; karlar üçün şifahi nitq təhsilinin müdafiəçisi. Qızlarından biri (Mabel Gardiner Hubbard) Aleksandr Qreyam Bell ilə evləndi.

Digər lüğətlərdə