HƏQQANİYYƏT
HƏLƏLİK
OBASTAN VİKİ
Dyatlovun turist qrupunun həlak olması
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. == Hadisənin zəmini == 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. == Ekspedisiya == === Heyət üzvləri === Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar — Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla milyon yarım əfqan həlak olub. Sovet ordusu isə 15 min itki verib. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlıların siyahısı
Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar — Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla milyon yarım əfqan həlak olub. Sovet ordusu isə 15 min itki verib. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb.
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı
Kərbəla döyüşündə Hüseynin ordusunda həlak olanların siyahısı — bu məqalədə Hüseyn ibn Əlinin qohumlarının və yoldaşlarının Kərbəla döyüşündə olan itkilərinin siyahısı mövcuddur. Döyüş cümə günü Məhərrəm ayının 10-da baş verdi, İslam təqviminə görə 61-ci ildə (10 oktyabr, 680-ci il) bugünkü İraqda mövcud olan Kərbəlada gerçəkləşdi. Döyüş Kufə qoşunları ilə gücləndirilmiş Suriyadan gələn Yezid ordusu ilə İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əlinin ailələrindən və səhabələrindən ibarət karvan arasında gedirdi. Hüseynin yoldaşlarından 72 kişi (Hüseynin 6 aylıq oğlu da daxil olmaqla) I Yezidin qüvvələri tərəfindən öldürüldüyü iddia edilir. == Hüseyn ibn Əlinin ordusu == Aşağıda Hüseyn ibn Əlinin yoldaşlarının Kərbəla döyüşündə həlak olanların siyahısı verilmişdir. === Bani Haşim üzvləri === Bu insanlar Əbu Talib ibn Əbdül-Müttəlibin nəslindən və Kərbəla döyüşündə həlak olmuş Bəni Haşimdən idilər. ==== Əli ibn Əbi Talibin nəvələri ==== ===== Əli ibn Əbi Talibin oğlanları ===== Aşağıdakılar Əlinin oğulları idi: Fatimənin oğlu Hüseyn ibn Əli Cəfər ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abdullah ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Osman ibn Əli Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Ümmül-Banunun oğlu. Abbas ibn Əli, Hüseyn ibn Əlinin eyni atadan olan qardaşı, Hüseynin ordusunun bayraqdarı, Ümmül-Banunun oğlu.
Antiterror əməliyyatında həlak olan Azərbaycan hərbçilərinin siyahısı
Antiterror tədbirləri zamanı şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə aparılan antiterror tədbirləri nəticəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının N hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi qulluqçusu, Komando Briqadalarının N hərbi qulluqçusu, Daxili Qoşunlarının 12 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin isə 3 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 203-ü hərbi əməliyyatlar zamanı, 2-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 39-u zabit, 23-ü gizir, 23-ü çavuş, N-i müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan əsgərlər, N-i isə sıravi əsgər (çağırışçı) idilər.
İkinci Qarabağ müharibəsində həlak olan Azərbaycan hərbçilərinin siyahısı
Bu siyahı İkinci Qarabağ müharibəsində şəhid olan Azərbaycan əsgər, gizir və zabitlərinin məlumatlarını əks etdirir.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə (Sumqayıt)
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş monument (şəhər sakinləri arasında: "41-45-in abidəsi") — Sumqayıt şəhərində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə qoyulmuş monumental abidə. 1985-ci ildə V. Nəzirov tərəfindən hazırlanmışdır. Yerli əhəmiyyətli abidədir. Abidə Sumqayıt şəhəri 45-ci məhəllə ilə 4-cü mikrorayonları arasında, Heydər Əliyev prospektində yerləşən parkda qoyulmuşdur. Abidənin ətrafında abadlaşdırılmış kiçik xiyaban mövcuddur.

Значение слова в других словарях