İÇALAT

1. İç-içəkü (bütün daxildəkilər), ciyərbənd, içələk formaları da qeydə alınıb. Alat komponenti şirin-alat, çinalat (farscada çini qablar çoxluğu), bülluralat (büllur çoxluğu), təla-alat (qızıl məmulatı) sözlərində də var. Ciyərbənd kəlməsi göstərir ki, içalat dedikdə ciyər və onuna bağlı (əlaqədar) olan şeylər nəzərdə tutulur. İçələk “içəridə bir-biri ilə ilişik olanlar” deməkdir, ələk sözü ilə qohumdur. Şirni-alat, təla-alat, içalat sözləri göstərir ki, alat “əlaqədə olanlar” deməkdir. Nəticə: içalat “ciyər və onuna bağlı (əlaqədar) olanlar” (içəridə bir-biri ilə ilişik olanlar) de­mək­dir. Qubada buna iç-qarın (qarının içindəkilər) deyirlər. Başqa yozum da müm­kündür: Söz halə kəlmələrindən törəyib, halə alınma sözdür və rus dilindəki “аура (aura)” mənasında işlədilir. Bəzi dialektlərdə sözün iç əyalət formasında da təsa­düf olunur.

2. İç sözünün bir mənası bağır-övkə deməkdir. İkinci mənası “bağırı çıx­maqla yerdə qalan şeyləri” əks etdirir. Bəzi türk dillərində içalat əvəzinə sar­qanıq, sarıqanıq, iç-içəkü və s. sözlərindən istifadə olunur. Deməli, içalat “içəridə olanların bağlılığı (sarqanıq)” deməkdir. Başqa dillərdə də maraqlıdır: latın dilində “tullantı” (içi al və at!?) mənasını verən sözlə ifadə edilir. Qaqauz dilində içalata “pişik mançası” deyirlər (“pişik yemi” deməkdir). İçalatı pişiyə atıblar (içi al və at!). Qarın əvəzinə, ciyərgah, içalat yerinə, ciyərbənd kimi alınma sözlər də işlədilib. Bunlar da sübut edir ki, içalat “ciyər və onunla ilişik olan hissələr” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İCTİMAİ
İÇAŞ
OBASTAN VİKİ
İçalatçı Cek
İçalatçı və ya Qarındeşən Cek (ing. Jack the Ripper) - 1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülmüş və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşmışdır. Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır. Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır. Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmamışdır. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışırlar. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır. Son cinayəti işləməsindən 126 il sonra qatilin şəxsiyyəti müəyyənləşdi. Həm də bizə gəlib çatmış son dəlil olan şal bu sirri açmağa əsas səbəb olmuşdur.

Digər lüğətlərdə