İşçi Qüvvəsinin Miqrasiyası

əmək qabiliyyətli əhalinin iqtisadi, siyasi, dini və digər xarakterli səbəblər üzündən bir ölkədən uzunmüddətli başqa br ölkəyə getməsidir.
İşçi Kapitalı Əmsalı, Cari Əmsal
İşəmuzd Əmək Haqqı
OBASTAN VİKİ
İşçi
İşçi — Əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək faəliyyətinə cəlb edilən şəxs.
Kapital miqrasiyası
Kapital miqrasiyası — ölkə daxilində bir sənayedən digərinə kapital hərəkəti (daxili miqrasiya) və ya bir ölkədən digərinə kapital hərəkəti (beynəlxalq kapital miqrasiyası). Kapital miqrasiyasının məqsədi daha yüksək gəlir əldə etməkdir. == Daxili kapital miqrasiyası == Kapitalın daxili miqrasiyası milli iqtisadiyyatın bir sahəsindən digərinə kapitalın azalma və axınını təmsil edir. Kapitalın daxili miqrasiyası milli iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrində qoyulmuş kapitalın gəlir nisbətinin bərabərləşməsinə gətirib çıxarır . Kapitalın daxili hərəkətinin səbəbləri aşağıdakılar ola bilər: ölkə ərazisində yeni növ mənbələrin, xüsusən də faydalı qazıntı yataqlarının aşkarlanması və inkişafı; müəyyən ərazilərin iqtisadi və sosial inkişafı üçün milli proqramları həyata keçirmək üçün dövlət tərəfindən müəyyən üstünlüklərin yaradılması; digər səbəblər. == Beynəlxalq kapital miqrasiyası == Beynəlxalq kapital miqrasiyası (İMK) XX əsrin ikinci yarısından bəri sürətlə inkişaf edən və hazırda dünya iqtisadiyyatının işində, beynəlxalq iqtisadi əlaqələrin digər formalarının inkişafında müəyyən bir element olan beynəlxalq iqtisadi münasibətlərin formalarından biridir. === Beynəlxalq kapital miqrasiyasının səbəbləri === Beynəlxalq kapital miqrasiyası çərçivəsində kapitalın ixracatı və ya ixracı ilə kapitalın idxalı və ya idxalı ayrılır. Beynəlxalq kapital miqrasiyasının hər bir tərəfi öz faydalarını kapitalın ixracı və ya idxalından əldə etməyə çalışır. Xalis kapital axını - xaricə kapital axınının ümumi həcmi ilə ölkəyə xaricdən kapital axını arasındakı fərq. Kapital miqrasiyası başqa bir ölkəyə qoyulan kapitalın daha yüksək gəlir əldə etməsinə və ya digər iqtisadi və ya siyasi faydalar əldə etməyə çalışır.
Quşların miqrasiyası
Quşların bol qida və yararlı reproduksiya şəraiti tapmaq üçün yerini dəyişməsinə miqrasiya deyilir. Miqrasiya əsasən yazda və payızda olur. Yaz miqrasiyasının səbəbi reproduksiya instinktinin oyanması, payız miqrasiyasının səbəbi isə qidanın azalması. Avropa və Asiya quşlarının miqrasiyasının iki əsas istiqaməti var: yazda cənubi-qərbdən şimalı-şərqə, payızda isə bunun əksinə olan miqrasiya. Ümumi istiqamət cənubdan-şimala və onun əksinədir. Qərbi Avropada nəsil verib, qışlamaq üçün Afrikaya köçən quşlar payızda düz cənuba istiqamət alıb uçurlar. Yaz-yayda Azərbaycan ərazisində havada cücülər çox olur, payızda soyuqlar düşəndə isə azalır. Bu vaxt qaranquş kimi quşlar qida tapmır. Ona görə də ilin qiş mövsümündə havada bol cücə olan Afrikaya köçməli olurlar. Ətraf mühitdə temperaturun dəyişməsi quşların qida bazasına və birbaşa özünə təsir edir.
Türklərin miqrasiyası
Türk köçləri — Türk tayfalarının Asiya, Avropa, Hindistan, Yaxın və Orta Şərqdə yayılması prosesidir. Xüsusilə VI və XI əsrləri əhatə edir. Dünyaya yayıldıqları əsas ərazilər isə indiki Monqolustan, Sibir, Sintzsyan və Orta Asiyanın şərq hissəsi olmuşdur. Artıq X əsrdə Orta Asiya bütünlüklə Türklər tərəfindən məskunlaşdırılmışdı. XI əsrdə Səlcuqlu bayrağı altında türk tayfaları əvvəllərdə yaşadıqları Qafqazda, İranda, Yaxın və Orta Şərqin bir çox yerlərində, Anadoluda qəti olaraq möhkəmləndilər. Bu məskunlaşmaq qalıcı oldu və günümüzədək də davam edir. Əvvəlki torpaqlarda türk tayfaları isə sonda ya Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan kimi müstəqil dövlətlər qurdular, ya da Çuvaşıya kimi başqa etnosların anklavında qaldılar. Türk xalqlarından Uyğurlar Çində və Sibirdəki Saxalar isə Rusiyada kompakt halda yaşamaqdadırlar və etnik kimliklərini hələ də saxlayırlar. Türklərdən bəhs edən ən qədim yazılı qaynaq Çin yazılı qaynaqları olaraq qəbul edilir. O dövrdə Türklər onlara qarşı tikilən Böyük Çin Səddinin şimalında da köçəri tayfalar şəklində yaşayırdılar.
Elmi işçi
Elmi işçi – elmi problem üzərində müstəqil çalışan və ya onun kollektiv həllində iştirak edən elmi-tədqiqat müəssisəsi işçisi. Assistent, kiçik elmi işçi, baş elmi işçi, dosent, professor və s. ad və vəzifələri vardır. Kiçik elmi işçi vəzifəsinə elmlər namizədi elmi dərəcəsi və ya ali təhsili olan, ixtisası üzrə bir ildən az olmayaraq işləyən şəxslər müsabiqə yolu ilə təyin edilirlər. Kiçik elmi işçi adı elmi-tədqiqat idarəsi elmi şurasının qərarına əsasən direktorun əmri ilə təsdiq edilir. Baş elmi işçi adı elmi əsərləri, ixtirası olan, müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə seçilən; azı 5 il elmi-pedaqoji (o cümlədən 3 il elmi) stajı olan, həmin idarədə azı bir il baş elmi işçi, şöbə və ya laboratoriya rəhbəri vəzifəsində işləyən elmlər doktoruna və ya elmlər namizədinə verilir. Baş elmi işçi adı Ali Attestasiya Komissiyasının və Elmlər Akademiyası Rəyasət Heyətinin (Elmlər Akademiyalarının idarələri üzrə) qərarı ilə verilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Muzdlu işçi
Muzdlu işçi — müəssisədə, təşkilatda iş yerinə yetirmək üçün işə götürülmüş şəxs (fərdi) və s. Əmək müqaviləsi ümumiyyətlə işi yerinə yetirmək üçün işə götürülmüş şəxslə işəgötürən arasında bağlanır . İşəgötürən aşağıdakılar ola bilər: dövlət müəssisə və təşkilatları; qeyri-dövlət (ticarət və qeyri-kommersiya) müəssisə və təşkilatları; fərdi sahibkarlar.
İşçi gücü
İşçi qüvvəsi və ya İşçi gücü (ing. Labor power, alm. Arbeitskraft‎, fr. Force de travail) — marksist siyasi iqtisadiyyatında fiziki və zehni işə cəlb oluna bilən şəxs. Bu, Karl Marksın kapitalist siyasi iqtisadiyyatını tənqidində istifadə etdiyi açar konsepsiyadır. Karl Marks işləmək imkanının olmasının (işçi qüvvəsi) işləmək hərəkətindən (iş) fərqli olduğunu irəli sürdü. İşçi qüvvəsi hər cür cəmiyyətdə mövcuddur, ancaq terminin məhsul istehsal edən və xidmət göstərən istehsal vasitələri ilə eyniliyi tarixən mübahisəli olmuşdur. Azərbaycan dilinin izahlı lüğətinin ikinci cildinə görə, «İşçi qüvvəsi» işçilər və fəhlələrə aid edilir. İşçi sinif İzafi dəyər Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə.
İşçi qüvvəsi

İşçi sinif
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
İşçi təbəqə

Kimyəvi elementlərin miqrasiyası
Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogen və oksigen elementdirlər. Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər.
Bakı İşçi Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
Kürd İşçi Partiyası
Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, ilk illərdə milli təmayüllü marksist-leninist əsaslı olmuş, sonradan isə marksizmdən rəsmi şəkildə uzaqlaşmış təşkilat. O, əvvəlcə kürd dövləti qurmaq istəsə də, indi kürd dövləti qurmaq istəmir və kürdlərin elementar hüquqlarını əldə etməyə əsaslanan siyasət aparır. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı hesab edilir. == Haqqında == Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər. PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir. == PKK-nın təşkil etdiyi terror aktları == == PKK Təşkilatının Liderləri və Nümayəndələri == Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir.
Metropolitan İşçi Şurası
Metropolitan İşçi Şurası - 1855-ci ilin mart ayında London Şəhristanı Şurasının qurulmasına qədər 1855-ci ildən London hökumətinin əsas idarəedici orqanı olmuşdur. Qurumun əsas məsuliyyəti uğur qazanan Londonun sürətlə böyüməsi ilə başa çatmasını təmin etmək və infrastruktur yaratmaq idi. O, seçilmiş orqan deyildi, təyin olunmuşdu. Hesabatlılığın olmaması, xüsusilə sonrakı illərdə, korrupsiyaya meyilliyi artırmışdır.
Metropoliya işçi şurası

Türkiyə İşçi Partiyası
Türkiyə İşçi Partiyası (1961)
Oreqon İşçi Qrupu
Oreqon İşçi Qrupu (ing. Task Force Oregon) — ABŞ ordusunun hərbi birləşməsi. 1967-ci ilin aprelindən sentyabr ayına qədər Cənubi Vyetnamda fəaliyyət göstərmişdir. 3 ayrı piyada briqadasından ibarət idi. Sonradan 23-cü piyada diviziyası olaraq yenidən təyin edilmişdir. 1967-ci ilin aprel ayının əvvəlində Vyetnam Hərbi Yardım Komandanlığı I Korpusun qüvvələrinin Dananqa hərəkətinə dəstək vermək üçün yaradılmışdır.
Atomların biogen miqrasiyası qanunu
Erməni əhalisinin tarixi miqrasiyası
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. == Köçürülmə planının məqsədi == Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. == Türkmənçay müqaviləsinin nəticəsi == Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
Bakı Rus İşçi Teatrı
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı — Bakıda rus dilində fəaliyyət göstərən teatr. == Tarixi == Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30 illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 5 mart 2019-cu ildə Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verilməsi barədə sərəncam imzalanmışdır.
İradə Əliyeva (elmi işçi)
İspan Sosialist İşçi Partiyası
İspaniya Sosialist İşçi Partiyası (isp. Partido Socialista Obrero Español, PSOE), İspaniyanın iki əsas siyasi partiyasından biridir. 1879-cu ildə qurulan PSOE, ölkənin ən qədim və ənənəvi partiyalarından biri olmaqla yanaşı, Avropanın ən qədim sosial-demokrat partiyalarından biridir. İspaniya Sosialist İşçi Partiyasının əsası 2 may 1879-cu ildə Pablo İqlesias tərəfindən qoyulmuşdur. PSOE, Beynəlxalq Sosialist və Avropa Sosialist partiyalarının üzvüdür. Partiyanın siyasi və ideoloji sahədə əsas dönüş nöqtəsi 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində baş vermiş, partiya tədricən marksist köklərindən uzaqlaşaraq sosial demokratiyaya doğru meyllənmişdir. PSOE, İspaniya tarixində bir neçə dəfə hakimiyyətdə olmuşdur. 1982-ci ildə Felipe Qonzalesin başçılığı ilə PSOE, İspaniya tarixində ilk dəfə demokratik seçkilərlə hakimiyyətə gəlmiş və 1996-cı ilə qədər iqtidarda qalmışdır. 2004-cü ildə Xose Luis Rodriges Sapateronun liderliyində PSOE yenidən hakimiyyətə gəlmiş və 2011-ci ilə qədər iqtidarda olmuşdur. 2018-ci ildən etibarən isə Pedro Sançesin başçılığı ilə PSOE yenidən hakimiyyətdədir.
İspaniya Sosialist İşçi Partiyası

Türkiyə İşçi Partiyası (2017)
Türkiyə Fəhlə Partiyası və ya qısaca TİP ― Türkiyəfə 2017-ci ildə Ərkan Başın rəhbərliyində Xalqın Türkiyə Kommunist Partiyasının xələfi olaraq yaradılmış sol təmayüllü siyasi partiya. Partiya Türkiyə Böyük Millət Məclisində 4 millət vəkili ilə təmsil olunur. 25 avqust 2022-ci il tarixindən bu yana Xalqların Demokratik Partiyasının rəhbərliyində qurulmuş Əmək və Azadlıq İttifaqının üzvüdür. 2017-ci ildə Ərkan Baş, Barış Atay, Tuncay Çelən, Mətin Çulhaoğlunun rəhbərliyində keçmiş Türkiyə İşçi Partiyası və Türkiyə Kommunist Partiyası üzvləri, müxtəlif vətəndaş cəmiyyətləri və həmkarlar ittifaqları təmsilciləri, işçi, tələbə və elm xadimlərinin də daxil olduğu 146 nəfərin də imzasının olduğu bəyanat yayımlanmışdır. Xalqın Türkiyə Kommunist Partiyası 7 noyabr 2017-ci il tarixində ad dəyişərək fəaliyyətinə son qoymuşdur. 2018-ci il parlament seçkilərində Xalqların Demokratik Partiyası ilə müttəfiqlik edən Türkiyə İşçi Partiyası deputatlığa namizədlərini XDP siyahılarından göstərmişdir. Ərkan Baş İstanbul 1-ci seçki bölgəsindən, Barış Atay isə Hatay seçki bölgəsindən 27-ci çağırış TBMM-nin XDP deputatı seçilmişdir. Seçkilərin ardından Barış Atay və Ərkan Baş XDP-dən istefa verərək Türkiyə İşçi Partiyasına keçmişdir. 19 aprel 2021-ci il tarixində Əhməd Şık partiyanın üçüncü deputatı olaraq fəaliyyətə başlamışdır. 25 iyun 2021-ci il tarixində Sera Kadıgil Cümhuriyyət Xalq Partiyasından istefa verərək Türkiyə İşçi Partiyasına üzv oldu.