Kimyəvi elementlərin miqrasiyası

Kimyəvi elementlərin müasir dövri cədvəli

Kimyəvi element — eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə ayrıla bilməyən saf maddələrə element deyilir. Məsələn su bir element deyil. Lakin suyun elektrolizindən əldə edilən hidrogenoksigen elementdirlər.

Elementi meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir. Atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir. Proton və neytron birlikdə nuklon adlanır.

Dövri sistem cədvəlini 1 mart 1869-cu ildə rus alimi D.İ.Mendeleyev tərtib etmişdir. Həmin cədvəldə cəmi 63 element mövcud idi. Mendeleyev elementləri atom kütlələrinin artması sırası ilə yerləşdirərək dövri qanunu belə ifadə etmişdir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi kimyəvi birləşmələrin forma və xassələri atom kütlələrinin artmasından dövri surətdə asılıdır. Mendeleyev bəzi hallarda bu qanundan kənara çıxaraq elementlərin cədvəldə yerini onların atom kütlələrinin artması ardıcıllığına deyil, xassələrinin qanunauyğun dəyişməsinə görə müəyyən etmişdir. Daha sonra 1913-cü ildə ingilis alimi Mozli müəyyən etmişdir ki, elementlərin xassələri onların atom kütlələrinin artması ilə deyil, nüvələrinin yükü ilə bilavasitə müəyyən olunur. Dövri qanunun müasir ifadəsi belədir: Kimyəvi elementlərin və onların əmələ gətirdiyi birləşmələrin forma və xassələri atom yükündən dövri surətdə asılıdır.

Bəzi kimyəvi elementlər yer qabığında geniş yayılmışdır. Elementlərin yer qabığında yayılması miqdarının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O, 50-yə qədər elementin yer qabığında yayılmasını faizlə hesablamışdır. Elementlərin yer qabığında yayılma xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer qabığında ən geniş yayılmış element oksigendir və kütləcə yarısını təkcə o təşkil edir. Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər bunlardır: O — 49,1%, Si — 26,0%, Al — 7,5%, Fe — 4,2%, Ca — 3,2%, Na — 2,4%, K — 2,3%, Mg — 2,3%, H — 1,0%, Ti — 0,9%. Kimyəvi elementlərin bir qrupu ümumi ad ilə "Nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn, Hf, Ta, Y, Tl, La və lantanoidlər. Nadir elementlərin siyahısı sabit qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar adi elementlər qrupuna keçir. Elementlərin canlı orqanizmdə yayılma xarakterinin öyrənilməsi ilə biokimya məşğul olur. İndiyə kimi canlı orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Orqanizmdə O, C, H və N daha çox yayılmışdır. Bu dörd elementin orqanizmdə atomlarının miqdar faizi belədir: H- 63%, O- 25,5%, C- 9,5%, N- 2%.

Elementlərin xassələri

[redaktə | mənbəni redaktə et]
D.İ.Mendeleyevin tərtib etdiyi dövri cədvəlin qısa variantı

Elementlər metallarqeyri-metallartəsirsiz qazlar olmaqla üç əsas təsnifə bölünür. Dövri sistemdə yerləşən elementlər yuxarıdan aşağıya doğru qrupları, soldan sağa doğru isə dövrləri təşkil edir. Cədvəldə 7 dövr, 8 qrup var. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtaran və nüvələrinin yükünün artması sırası ilə üfüqi vəziyyətdə düzülmüş elementlər ardıcıllığına dövr deyilir. Birinci üç dövr kiçik dövr, qalanları böyük dövr adlanır. Kiçik dövrlər bir sıradan, böyük dövrlər isə iki sıradan ibarətdir. Dövrün nömrəsi bu dövrdə yerləşən elementlərin atomlarındakı energetik səviyyələrin sayına bərabərdir. Qruplar və dövrlər ayrılıqda müvafiq olaraq əsas və əlavə yarımqruplara, böyük və kiçik dövrlərə bölünür. Həm böyük, həm kiçik dövr elementlərindən təşkil olunmuş qrupa əsas yarımqrup (A qrupu) deyilir. Yalnız böyük dövr elementlərindən təşkil olunmuş qrupa isə, əlavə yarımqrup (B qrupu) deyilir.

Məlumdur ki, 110-dan çox kimyəvi elementin 80-dən çoxu metallara aiddir. I, II, III qrupların həm əsas, həm də əlavə yarımqruplarının (H və B-dan başqa), həmçinin IV, V, VI, VII və VIII qrupların əlavə yarımqrup elementlərinin hamısı metaldır. Dövri sistemdə əsas yarımqrupda yerləşən metallar bor-astat (B-At) diaqonalından aşağıda yerləşir. Metalların atomları xarici elektronlarını asan verir. Bu səbəbdən metallar güclü reduksiyaedicilərdir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərirlər. Onların reduksiyaedicilik xassəsi metalların aktivlik sırasında qızıldan kaliumadək artır. Aktivlik sırası üzrə isə reduksiyaedicilik azalır. Metalların aktivlik sırası belədir: Li, K, Ca, Na, Mg, Al, Mn, Zn, Cr, Fe, Ni, Sn, Pb, H2, Cu, Hg, Ag, Au. Həmçinin metallar müxtəlif xassələrə (fiziki, kimyəvi, mexaniki, texnoloji və s.) malikdir. Metalların istilik keçirməsi onların təbiətindən asılı olaraq dəyişir. Saf metalların istilik keçirməsi yaxşı, bunlardan alınan ərintilərin istilik keçirməsi isə aşağı olur. Həmçinin metallar elektrik keçirmə qabiliyyətinə də malikdir. Onların elektrik keçirməsi tərkib, temperatur və strukturundan asılı olaraq dəyişir. Temperatur artdıqca elektrik keçiriciliyi azalır. Temperatur azaldıqda isə əksinə, elektrik keçiriciliyi artır. Metalların hər birinin özünəməxsus ərimə temperaturu var. Ən aşağı ərimə temperaturu olan metal Civə-dir. Civənin ərimə temperaturu "−38.8290 °C"-dir. Ən yüksək ərimə temperaturu olan metal isə Volfram-dır. Onun ərimə temperaturu 3422 °C-dir. Qızdırıldıqda metalların bərk haldan maye halına keçmə temperaturuna ərimə temperaturu deyilir. Ərimə temperaturu 700 °C-dək olan metallara asanəriyən, 700 °C-dən yüksək olan metallara isə çətinəriyən metallar deyilir.

Dövri sistemdə olan elementlərin 16-sı qeyri-metallara aiddir. Qeyri-metallar bərk halda bir qayda olaraq ya dielektrik, ya da elektrik cərəyanını və istiliyi pis keçirən, plastikliyi və metal parıltısı olmayan kövrək maddələrdir. Bor və silisium yarımkeçirici xassəyə malikdir. Metallarla qarşılıqlı təsirdə qeyri-metallar həmişə oksidləşdirici olur, yəni özlərinə elektron birləşdirir. Ən güclü oksidləşdirici element flüordur. Flüorla qarşılıqlı təsirdə bütün elementlər oksidləşir, yəni reduksiyaedici olur. Çünki, Flüor ən yüksək elektromənfiliyi olan elementdir. Elementlərin elektromənfilikləri azaldıqca qeyri-metalların oksidləşdiricilik xassələri zəifləyir. Qeyri-metallar oksigenlə turşu oksidləri əmələ gətirir. Elementlərin dövri sistemində qeyri-metalların baş oksidlərinin xassələrinin dəyişməsi ümumi qaydaya əsasən soldan sağa doğru turşu xassələri artır, yuxarıdan aşağıya doğru isə zəifləyir.

Təsirsiz qazlar dövri sistemdə VIII qrupun əsas yarımqrupunda yerləşir. Bu qazlar oxşar kimyəvi quruluşa malik, çox aşağı kimyəvi reaktivliyi olan, qoxusuz, rəngsiz biratomlu qazlardır. Həmçinin ərimə və qaynama temperaturu da aşağı olub, sadəcə 10 °C ilə fərqlənir. Bu elementləriən sayı metallar və qeyri-metallara nisbətən çox azdır. Cəmi 6 təsirsiz qaz var, həmin qazlar bunlardır: He, Ne, Ar, Kr, Xe, Rn.

Elementlərin elektron formullarının yazılışı zamanı energetik yarımsəviyyələrdəki elektronların sayı müvafiq hərfi işarələrin üst indeksində göstərilir. Elektronların sayı eyni zamanda energetik səviyyə və yarımsəviyyələrdə göstərildikdə s, p, d, f hərflərinin əvvəlində müvafiq olaraq energetik səviyyənin nömrəsi yazılır.

Elementlərin dövrlər üzrə bəzi xassələri:

  • Atom nüvəsinin yükü artır
  • Xarici təbəqədə elektronların sayı artır
  • Atomun radiusu azalır
  • Elektromənfilik artır
  • Metallıq xassələri zəifləyir, qeyri-metallıq xassələri güclənir
  • Reduksiyaedicilik xassə azalır, oksidləşdirici xassə artır

Elementlərin A qrupları üzrə bəzi xassələri:

  • Atom nüvəsinin yükü artır
  • Xarici təbəqədə elektronların sayı dəyişmir
  • Atomun radiusu artır
  • Elektromənfilik azalır
  • Metallıq xassələri güclənir, qeyri-metallıq xassələri zəifləyir
  • Reduksiyaedicilik xassə artır, oksidləşdirici xassə azalır

Kimyəvi elementlərin miqrasiyası

[redaktə | mənbəni redaktə et]

Kimyəvi elementlərin miqrasiyası yer qabığında və onun səthində gedən geokimyəvi proseslər nəticəsində elementlərin köçürülməsi və istənilən yerdəyişməsi (terrigen komponentlərin mexaniki daşınması istisna olunmaqla). Kimyəvi elementin xassələrindən (atomunun quruluşu, ölçüsü, valentliyi və b.) asılı olan daxili; temperatur, təzyiq və mühitin tərkibi (qələvilik və ya turşluq, oksidləşmə-bərpaedici şərait və b.) nisbətindən asılı olan xarici miqrasiya amillərinə ayrılır. Geokimyəvi şəraitdən asılı olaraq elementlərin miqrasiya qabiliyyətinin dəyişməsinə baxmayaraq, çox mütəhərrik, mütəhərrik və inert elementləri ayırmaq mümkündür. Burada elementin mütəhərrikliyi onun diffuziya əmsalının maksimal konsentrasiyaya hasili kimi başa düşülür. Ən yüksək miqrasiya qabiliyyəti olan elementlər — Cl, Br, J, N, B, Ra, Na; yüksək — K, Ca, Ge, U, Fe; orta — Al, Si, Mg, ; aşağı — Zr, Nb, Ta, Sb; ən aşağı — platin qrupu metallarıdır. Kimyəvi elementlərin miqrasiyası qabiliyyəti, kimyəvi elementin ana süxurdan daşınma məsafəsi, onun konsentrasiyasının azalma qradiyenti, müxtəlif mənşəli mineralların əmələ gəlməsində iştirakı, uçuculuğu və ya onun birləşmələrinin həll olma qabiliyyəti ilə qiymətləndirilir. Kimyəvi elementlərin miqrasiyası sərbəst atomlar (inert qazlar, civə buxarları), molekullar (azot, oksigen, su buxarları və b.), sadə və kompleks ionlar (məhlul və ərintilər), nəhayət, kolloid hissəciklər (kül, lil hissəcikləri və b.) şəklində, yəni maye, qaz və bərk halda baş verir və kimyəvi elementlərin yenidən paylanması ilə nəticələnir. Kimyəvi elementlərin miqrasiyası bütün geoloji proseslərdə baş verir və təbiətdə maddələrin fasiləsiz dövranının əsasını təşkil edir.

Kimyəvi elementlər

[redaktə | mənbəni redaktə et]
Atom
nömrəsi
Adı İşarəsi Dövrü Sadə elektron formulu Aqreqat halı Nisbi atom
kütləsi
1 Hidrogen H 1 1s1 Qaz 1.0079 g/mol
2 Helium He 1 1s2 Qaz 4.0026 g/mol
3 Litium Li 2 2s1 Bərk 6.941 g/mol
4 Berillium Be 2 2s2 Bərk 9.01218 g/mol
5 Bor B 2 2s2 2p1 Bərk 10.81 g/mol
6 Karbon C 2 2s2 2p2 Bərk 12.011 g/mol
7 Azot N 2 2s2 2p3 Qaz 14.0067 g/mol
8 Oksigen O 2 2s2 2p4 Qaz 15.9994 g/mol
9 Flüor F 2 2s2 2p5 Qaz 18.998403 g/mol
10 Neon Ne 2 2s2 2p6 Qaz 20.179 g/mol
11 Natrium Na 3 3s1 Bərk 22.98977 g/mol
12 Maqnezium Mg 3 3s2 Bərk 24.305 g/mol
13 Alüminium Al 3 3s2 3p1 Bərk 26.98154 g/mol
14 Silisium Si 3 3s2 3p2 Bərk 28.0855 g/mol
15 Fosfor P 3 3s2 3p3 Bərk 30.97376 g/mol
16 Kükürd S 3 3s2 3p4 Bərk 32.06 g/mol
17 Xlor Cl 3 3s2 3p5 Qaz 35.453 g/mol
18 Arqon Ar 3 3s2 3p6 Qaz 39.948 g/mol
19 Kalium K 4 4s1 Bərk 39.0983 g/mol
20 Kalsium Ca 4 4s2 Bərk 40.08 g/mol
21 Skandium Sc 4 4s2 3d1 Bərk 44.9559 g/mol
22 Titan Ti 4 4s2 3d2 Bərk 47.9 g/mol
23 Vanadium V 4 4s2 3d3 Bərk 50.9415 g/mol
24 Xrom Cr 4 4s1 3d5 Bərk 51.996 g/mol
25 Manqan Mn 4 4s2 3d5 Bərk 54.938 g/mol
26 Dəmir Fe 4 4s2 3d6 Bərk 55.847 g/mol
27 Kobalt Co 4 4s2 3d7 Bərk 58.9332 g/mol
28 Nikel Ni 4 4s2 3d8 Bərk 58.7 g/mol
29 Mis Cu 4 4s1 3d10 Bərk 63.546 g/mol
30 Sink Zn 4 4s2 3d10 Bərk 65.38 g/mol
31 Qallium Ga 4 4s2 3d10 4p1 Bərk 69.72 g/mol
32 Germanium Ge 4 4s2 3d10 4p2 Bərk 72.59 g/mol
33 Arsen As 4 4s2 3d10 4p3 Bərk 74.9216 g/mol
34 Selen Se 4 4s2 3d10 4p4 Bərk 78.96 g/mol
35 Brom Br 4 4s2 3d10 4p5 Maye 79.904 g/mol
36 Kripton Kr 4 4s2 3d10 4p6 Qaz 83.8 g/mol
37 Rubidium Rb 5 5s1 Bərk 85.4678 g/mol
38 Stronsium Sr 5 5s2 Bərk 87.62 g/mol
39 İttrium Y 5 5s2 4d1 Bərk 88.9059 g/mol
40 Sirkonium Zr 5 5s2 4d2 Bərk 91.22 g/mol
41 Niobium Nb 5 5s2 4d3 Bərk 92.9064 g/mol
42 Molibden Mo 5 5s2 4d4 Bərk 95.94 g/mol
43 Texnesium Tc 5 5s2 4d5 Bərk 98 g/mol
44 Rutenium Ru 5 5s2 4d6 Bərk 101.07 g/mol
45 Rodium Rh 5 5s2 4d7 Bərk 102.9055 g/mol
46 Palladium Pd 5 5s2 4d8 Bərk 106.4 g/mol
47 Gümüş Ag 5 5s2 4d9 Bərk 107.868 g/mol
48 Kadmium Cd 5 5s2 4d10 Bərk 112.41 g/mol
49 İndium In 5 5s2 4d10 5p1 Bərk 114.82 g/mol
50 Qalay Sn 5 5s2 4d10 5p2 Bərk 118.69 g/mol
51 Stibium Sb 5 5s2 4d10 5p3 Bərk 121.75 g/mol
52 Tellur Te 5 5s2 4d10 5p4 Bərk 127.6 g/mol
53 Yod I 5 5s2 4d10 5p5 Bərk 126.9045 g/mol
54 Ksenon Xe 5 5s2 4d10 5p6 Bərk 131.3 g/mol
55 Sezium Cs 6 6s1 Bərk 132.9054 g/mol
56 Barium Ba 6 6s2 Bərk 137.33 g/mol
57 Lantan La 6 6s2 4f1 Bərk 138.9055 g/mol
58 Serium Ce 6 6s2 4f2 Bərk 140.12 g/mol
59 Prazeodim Pr 6 6s2 4f3 Bərk 140.9077 g/mol
60 Neodim Nd 6 6s2 4f4 Bərk 144.24 g/mol
61 Prometium Pm 6 6s2 4f5 Bərk 145 g/mol
62 Samarium Sm 6 6s2 4f6 Bərk 150.4 g/mol
63 Evropium Eu 6 6s2 4f7 Bərk 151.96 g/mol
64 Qadolinium Gd 6 6s2 4f8 Bərk 157.25 g/mol
65 Terbium Tb 6 6s2 4f9 Bərk 158.9254 g/mol
66 Disprozium Dy 6 6s2 4f10 Bərk 162.5 g/mol
67 Holmium Ho 6 6s2 4f11 Bərk 164.9304 g/mol
68 Erbium Er 6 6s2 4f12 Bərk 167.26 g/mol
69 Tulium Tm 6 6s2 4f13 Bərk 168.9342 g/mol
70 İtterbium Yb 6 6s2 4f14 Bərk 173.04 g/mol
71 Lutesium Lu 6 6s2 4f14 5d1 Bərk 174.967 g/mol
72 Hafnium Hf 6 6s2 4f14 5d2 Bərk 178.49 g/mol
73 Tantal Ta 6 6s2 4f14 5d3 Bərk 180.9479 g/mol
74 Volfram W 6 6s2 4f14 5d4 Bərk 183.85 g/mol
75 Renium Re 6 6s2 4f14 5d5 Bərk 186.207 g/mol
76 Osmium Os 6 6s2 4f14 5d6 Bərk 190.2 g/mol
77 İridium Ir 6 6s2 4f14 5d7 Bərk 192.22 g/mol
78 Platin Pt 6 6s2 4f14 5d8 Bərk 195.09 g/mol
79 Qızıl Au 6 6s2 4f14 5d9 Bərk 196.9665 g/mol
80 Civə Hg 6 6s2 4f14 5d10 Maye 200.59 g/mol
81 Tallium Tl 6 6s1 4f14 5d10 6p1 Bərk 204.37 g/mol
82 Qurğuşun Pb 6 6s1 4f14 5d10 6p2 Bərk 207.2 g/mol
83 Bismut Bi 6 6s1 4f14 5d10 6p3 Bərk 208.9804 g/mol
84 Polonium Po 6 6s1 4f14 5d10 6p4 Bərk 209 g/mol
85 Astat At 6 6s1 4f14 5d10 6p5 Bərk 210 g/mol
86 Radon Rn 6 6s1 4f14 5d10 6p6 Bərk 222 g/mol
87 Fransium Fr 7 7s1 Bərk 223 g/mol
88 Radium Ra 7 7s2 Bərk 223 g/mol
89 Aktinium Ac 7 7s2 5f1 Bərk 227.0278 g/mol
90 Torium Th 7 7s2 5f2 Bərk 232.0381 g/mol
91 Protaktinium Pa 7 7s2 5f3 Bərk 231.0359 g/mol
92 Uran U 7 7s2 5f4 Bərk 238.029 g/mol
93 Neptunium Np 7 7s2 5f5 Bərk 237.0482 g/mol
94 Plutonium Pu 7 7s2 5f6 Bərk 244 g/mol
95 Amerisium Am 7 7s2 5f7 Bərk 243 g/mol
96 Kürium Cm 7 7s2 5f8 Bərk 247 g/mol
97 Berklium Bk 7 7s2 5f9 Bərk 247 g/mol
98 Kalifornium Cf 7 7s2 5f10 Bərk 251 g/mol
99 Eynşteynium Es 7 0ol-i-i-lil0lş Bərk 252 g/mol
100 Fermium Fm 7 7s2 5f12 257 g/mol
101 Mendelevium Md 7 7s2 5f13 258 g/mol
102 Nobelium No 7 7s2 5f14 259 g/mol
103 Lourensium Lr 7 7s2 5f14 6d1 260 g/mol
104 Rezerfordium Rf 7 7s2 5f14 6d2 261 g/mol
105 Dubnium Db 7 7s2 5f14 6d3 262 g/mol
106 Siborgium Sg 7 7s2 5f14 6d4 263 g/mol
107 Borium Bh 7 7s2 5f14 6d5 262 g/mol
108 Hassium Hs 7 7s2 5f14 6d6 265 g/mol
109 Meytnerium Mt 7 7s2 5f14 6d7 266 g/mol
110 Darmştadtium Ds 7 7s2 5f14 6d8 271 g/mol
111 Rentgenium Rg 7 7s2 5f14 6d9 272 g/mol
112 Kopernisium Cn 7 7s2 5f14 6d10 285 g/mol
113 Nihonium Nh 7 7s2 5f14 6d10 7p1 286 g/mol
114 Flerovium Fl 7 7s2 5f14 6d10 7p2 289 g/mol
115 Moskovium Mc 7 7s2 5f14 6d10 7p3 289 g/mol
116 Livermorium Lv 7 7s2 5f14 6d10 7p4 293 g/mol
117 Tennessin Ts 7 7s2 5f14 6d10 7p5 294 g/mol
118 Oqaneson Og 7 7s2 5f14 6d10 7p6 294 g/mol

Elementlərin yaşı

[redaktə | mənbəni redaktə et]

Elementlərin yaşı mənşə­yindən asılı olaraq qiymətləndirilir. Hazırda elementlərin əmələ gəlməsini izah edən əsas iki nəzəriyyə vardır. Birinci nəzəriyyəyə görə, kainatda olan bütün elementlər neytron nüvənin partlayışı nəticəsində təxminən 100 saniyə ərzində əmələ gəlir («Nəhəng partlayış» nəzəriyyəsi). Partlayışın yaşı 6-7×109 il müəyyən edilmişdir, elementlərin də yaşı bu rəqəmə uyğundur. İkinci nəzəriyyəyə görə isə, elementlər müntəzəm olaraq ulduzlarda baş verən termonüvə və neytron reaksiyaları nəticəsində hidrogendən yaranır. Hər 300 ildən bir yeni ulduz partlayışları nəticəsində ulduzarası fəzaya mütəmadi olaraq element atomları atılır. Günəşin və planetlərin yaranmasına səbəb olan qaz yığımlarında müxtəlif dövrlərdə yaranmış elementlər iştirak edə bilər. Astrofiziki qiymətləndirilməyə görə, elementlərin Qalaktik sintezinin başlanma dövrü təxminən 20×109 il hesablanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]