İŞIQLANMAQ

1. İŞIQLANMAQ Mirzə Vahid sarğıya baxınca qırışlı çöhrəsi işıqlandı (H.Abbaszadə); MÜNƏVVƏR OLMAQ Münəvvər olsun aləmlər; Görünsün mahtab, oxqay! (Aşıq Saleh); NURLANMAQ ..Şəfəqilə nurlanır göyləri yurdumuzun (Mir Cəlal); ZİYALANMAQ Günəş çıxdı, ziyalandı yer üzü (A.Səhhət).

2. İŞIQLANMAQ İndi də ki saat dörddür, hələ də işıqlanmayıb (Ə.Haqverdiyev); DAN YERİ SÖKÜLMƏK/AĞARMAQ/ QIZARMAQ Gecə öz pərdəsini yığıb gedir, dan yeri sökülür (M.İbrahimov); SABAHIN GÖZÜ AÇILMAQ Açıldı bir zaman sabahın gözü; Göründü dağlarda günəşin özü (S.Vurğun); SƏHƏR AÇILMAQ [Rübabə:] Hələ səhər açılmağa çox qalıb (H.Abbaszadə).

İŞIQLANDIRMAQ
İŞIQLANMAMIŞ

Значение слова в других словарях