İŞA

gecə namazının qılındığı vaxtdır. O vaxt vacib olan işa namazı qılınır. Bu vaxt gün batandan bir qədər sonra başlayıb gecənin yarısına qədər davam edir. Günəşin batmasından sübhün açılmasına qədərki müddət gecə hesab edilir. Bu vaxtın bitməsi ilə işa namazının qılınması üçün ayrılmış vaxt da bitmiş olur.
İSTİSLAH
İŞMOİL
OBASTAN VİKİ
İşa Kanu
İşa namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Diyez işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Durğu işarələri
Durğu işarələri — dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onların tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Nöqtə, sual işarəsi, nida işarəsi, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. durğu işarəsi adlanır. Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır: ayırıcı işarələr; fərqləndirici işarələr. Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir. Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir.
Durğu işarəsi

Dırnaq işarəsi
Dırnaq işarəsi (“ ”) və ya (« ») – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi. Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər: Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir. Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
Dəniz işarə bayraqları
Beynəlxalq dəniz işarə bayraqları — 1857-ci ildən tətbiq olunmağa başlanılmışdır. Bu işarələr donamada gəmilərarası məlumat ötürməyə xidmət edirdi. 1887-ci ilə qədər "Ticarət gəmiləri üçün işarə kodlarının sistemi". İlkin işarə qövsü 18 bayraqcıqdan ibarət olmuşdur. 1 yanvar 1901-ci ildən bütün dəniz ölkələri bu işarə tağını qəbul etmişdirlər. 1931-ci ildə 8 ölkənin nümayəndəsi olan beynəlxalq komissiya işarələr tağını təkmilləşdirmişdirlər.
Görünməz su işarələri
Görünməz su işarələri (ing. invisible watermark ~ ru. невидимые водяные знаки ~ tr. görünmez filigran) – şəkildə gizlədilmiş və müəlliflik hüququ, yaxud başqa məxfi məlumatları özündə daşıyan kod. Görünməz su işarələri görüntünün çox da böyük olmayan hissələrində kontrastlığın elə azacıq dəyişdirilməsindən ibarətdir ki, insan gözü onu görmür. Görüntü kağıza çap olunduqda, fotoşəkli çəkildikdə və yenidən skanerdən keçirildikdə belə, münasib proqram təminatı görünməz su işarələrini bərpa edə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hollivud işarəsi
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Kopirayt işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Mekan İşanquliyev
Mekan İşanquliyev — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən). Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb. 2017-ci il iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.
Müəllif hüquqları işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Naxçıvan qaya işarələri
2016-cı ildə Culfa rayonunun Ərəfsə və Milax kəndləri arasında Ağsal adlanan yerdə qaya işarələri tapıldı. Naxçıvanda ilk dəfə təsbit edilən bu işarələrin bənzərləri, Cənubi Azərbaycanda və Şərqi Anadoluda çox yayğındır. Ağsalda üç qaya işarəsi tapılmışdır. İşarələrin hər biri qayanın üzərində oyulmuşdur. Bu işarələrdən biri dairəvi formadır. Bəzi hissələri bitkilərlə örtülü olduğundan hal-hazırda yaxşı görünmür. Diametri 0,65 metr olan bu işarə genişliyi 10 sm olan oluqdan ibarətdir və qaya səthindən 5 sm dərinlikdə oyulmuşdur. Şimal tərəfdə eni 5 sm olan bir axıtma kanalı vardır. Digər iki işarə daha yaxşı görüntüyə sahibdir. İkinci işarə oval formalıdır.
Nida işarəsi
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
Nöqtə-vergül işarəsi
Nöqtəli vergül (;) - durğu işarəsi. Mürəkkəb və ya geniş sadə cümlələrin nisbətən müstəqil hissələrini bir-birindən ayırmaq üçün işlədilir. Nöqtəli vergül nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Sadə cümlənin həmcins üzvləri qrup-qrup sadalandıqda və ya tabesiz mürəkkəb cümlənin tərkib hissələrindən birində vergül olduqda daha geniş fasilə olan tərkib hissələr arasına nöqtəli vergül qoyulur. Nöqtəyə yaxın fasilə olduqda da (həmcins üzvlər olmadan) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında nöqtəli vergül qoyula bilər.
Nöqtə (durğu işarəsi)
Nöqtə (.) – yazıda nəqli cümlənin bitdiyini göstərmək üçün işlədilən durğu işarəsi. Hər hansı bir fikrin və ya məlumatın bitdiyini göstərərkən, cümlənin sonunda nöqtə işarəsi qoyulur. Nöqtədən sonra tam fasilə edilir. Məsələn: Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Adlıq cümlələrin sonunda nöqtə qoyulur ki, bu nümunələrə də əksər hallarda köşə yazılarında rast gəlinir. Məsələn: 1990-cı il. 20 Yanvar. 20 il bundan əvvəlki o gün. Tabesizlik bağlayıcıları müstəqil cümlələri mürəkkəb cümlənin tərkib hissələri kimi birləşdirirsə, özündən əvvəl nöqtə qoyulur. Məsələn: Onlar seçkiləri rəsmən müşahidə etməyiblər.
Rümuzül-işarət
Rümuzül-işarət — Seyid Yəhya Bakuviyə məxsus, digər adı Təvilü və təfsirü-ihdinə-siratəl-müstəqim olan bu əsər nəsrlə yazılmışdır. Bu əsər Şirvanşah I Xəlilullah xanın iştirak etdiyi bir məclisdə, ehtimal ki, onun soruşduğu bir suala Seyid Yəhyanın verdiyi cavabdır və bu ayəinin mənasının açıqlamasını isə o, bir risalə şəklində daha sonra qələmə almışdır. Bu, Seyid Yəhyanın "bir adil şahın hüzurunda soruşulan" ifadəsindən məlum olur. Bu əsərdə Fatihə surəsinin V ayəsi olan "Bizi doğru yola yönəlt" mənasındakı "İhdinəs-siratəl-müstəqim" sözü təfsir və təvil edilərək, işarə, mükaşəfat və muayinə əhlinin qəlb yolundan nəyi hasil etdiyi izah olunur. Bu ayənin ixlas və inancın artmasına vasitə ola bilməsi məsələsinə toxunan müəllif : "Bu izahlar təfsir kitablarına bağlı qalmadan könülə doğan açıqlamalardır." — dedikdən sonra: "O gün belə soruşuldu:"Ənbiya və övliya necə olur ki, özləri də "Bizi doğru yola yönəlt"- diləyində olurlar. Onlar əslində doğru yolda deyillərmi ki, bu doğru yolu istəyirlər" – deyə soruşulan digər bir suala cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı "Təvil və təfsiri" – İhdinə-siratəl-müstəqim"dir.
Sual işarəsi
Sual işarəsi (?) — Sual cümləsindən sonra qoyulan durğu işarəsi. Bundan əlavə həmcinis üzvlü sual cümlələrində hər üzvü müstəqilləşdirmək, nəzərə çapdırmaq istədikdə onlardan sonra sual və nida işarəsi qoyulur. Məs.: Kimdir müqəssir?! Başqasından sitat verərkən bu sitatda şübhə oyadan, narazılıq doğuran söz və ifadələrdən sonra da sual işarəsi qoyulur. İşarənin yazılışı latın hərfləri olan q və o (quaestio — cavabı axtarmaq). Əvvəlcə q o üzərində yazılırdı, sonradan indiki , ? salınıb. Cəbr şahmat notasiyasında bəzi şahmat durğu işarələri aşağıdakı kimidir: "?" — pis bir hərəkət, "???" — kobud səhv, "?!" — şübhəli hərəkət, "!?" — maraqlı hərəkət. Scrabble-da sual işarəsi boş xananı göstərir.
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr
Taksonların adlandırılmasında istifadə olunan işarələmələr. ex (latınca) — dan, ilə, birlikdə, əlbir. 1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib; 2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir. in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur. Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir. nom.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Valyuta işarələri
Valyuta işarəsi və ya simvolu — pul vahidi adının qısa işarə olunması. Bu hərf, hərf birləşməsi, heroqlif, heca, xüsusi işarə və ya simvol şəklində göstərilə bilər. Bundan başqa onu təsvir etmək üçün qrafem, qrafik qısaltmalar, abbreviatura (hərf kodu şəklində daxil olmaqla), şərti hərf nişanları və həmçinin onların kombinasiya növlərindən istifadə olunur. Hətta bütöv bir söz valyuta işarəsi kimi istifadə edilə bilər. Həmçinin "Valyuta işarələri (simovlları)" müəyyən Unicode standartı qrafeminin (¤) adıdır, hansı ki bəzən bütöv oxşar simvol qrupu üçün emblem kimi istifadə olunur. "Valyuta simvolları" (ing. Currency Symbols) — 20A0-20CF aralığında yerləşən və bəzi valyutaların yığcam təsvirlərini özündə cəmləşdirən Unicode standartında tipoqrafik işarə qrupunun adı. Bir sıra səbəblərə görə standartın digər qruplarına aid olunan işarələrlə birlikdə onlar "Valyuta Simvolu" kateqoriyasını təşkil edirlər, hansına ki standartın 8-ci versiyasının dərcində 53 qrafem (qədim simvolları saymadan) daxil idi, baxmayaraq ki, əslində dünyada daha çox valyuta simvolu mövcuddur. Valyuta işarələri çox vaxt unikal olmur, eyni simvol bir neçə valyutanı təsvir etmək üçün istifadə olunur. Eyni zamanda, bəzi pul vahidlərinin ümumiyyətlə xüsusi simvol yoxdur və onları göstərmək üçün sadə qısaltmalardan istifadə olunur.
Vurma işarəsi
Vurma işarəsi – Riyazi əməl. Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir. F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. qeyd edilir. ↑ M.Axundov, İnsan genetikasına səyahət, səh. 17, Azərnəşr 1975.
Vurma işarəsi (dəqiqləşdirmə)

Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İşad
İşad — ən ali vəzifəli Göytürk hərbi xadimlərini adlandırmaq üçün istifadə edilən qədim türk sözü. Bu sözdən bəzi ərəb mənbələrində Xəzərlərin Xaqan bəylərini təsvir etmək üçün istifadə olunub. Bruk, Kevin Alan. The Jews of Khazaria (2nd ed.). Rowman & Littlefield Publishers, Inc. 2006. Danlop, Duqlas M. The History of the Jewish Khazars. Prinston: Princeton University Press. 1954. Qolden, Piter B. Khazar Studies: An Historio-Philological Inquiry into the Origins of the Khazars.

Digər lüğətlərdə