ID

Identifier (identification) İdentifikator (eyniləşdirmə)
ICV
IDEA
OBASTAN VİKİ
.id
.id — İndoneziyanın internet kodu.
İd
İd, ID
İd (Alye)
İd (fr. Hyds) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Kommantri kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03129. 2008-ci ildə əhalinin sayı 308 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 210 nəfərin (15-64 yaş arasında) 148 nəfəri iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70.5%, 1999-cu ildə bu 69.1%). Fəal olan 148 nəfərdən 133 nəfər (72 kişi və 61 qadın), 15 nəfər işsiz (10 kişi və 5 qadın) idi. Fəal olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İd Kah məscidi
İd Kah məscidi — (uyğ. ھېيتگاھ مەسچىتى; çin. 艾提尕尔清真寺; fars dilində: عیدگاه, Eydgah, mənası "Bayram, şənlik yeri") Çinin, Sintszyan-Uyğur Muxtar Rayonunun, Qaşqar şəhərində yerləşən məscid. İd Kah məscidi Sintszyan-Uyğur Muxtar Rayonunda ən böyük məsciddir və Çindəki ən böyük məscidlərdən biridir. Hər cümə təxminən 10.000 nəfər ibadət edir və 20.000 nəfərə qədər insan məsciddə ibadət edə bilər. Məscid Əmir Seyid Əlinin iki oğlundan böyüyü Saqsız Mirzə tərəfindən tikilmişdir. Atalarının xatirəsini yad etmək üçün 1442-ci ildə tikilən məscid (996-cı ilə aid köhnə tikililəri özündə birləşdirsə də) 16.800 kvadrat metr ərazini əhatə edir. Məscidin müasir qızıl kərpicdən olan tikilisi 1798-ci ildə inşa edilmişdir və 1832-ci ildə mövcud ölçüsünə qədər daha da genişləndirilmişdir. 9 avqust 1933-cü ildə Çin Respublikası Milli İnqilab Ordusunun 36-cı müsəlman Diviziyasının generalı huey Ma Çzanq Kumul üsyanının uyğur liderlərindən olan Timur Bəyi öldürdü və başını kəsib İd Kah məscidində süngü üzərinə keçirərək ümumi tamaşaya qoydu. 1934-cü ilin martında uyğur əmiri Abdulla Buğranın da başının kəsildiyi, başının İd Kah məscidində göstərildiyi mənbələrdə əksini tapmışdır.
İd, eqo və supereqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
İd, eqo və super-eqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
Crvena Zvezda İdman Klubu
Sportsko Druştvo Crvena Zvezda (serb-kiril. Спортско друштво Црвена звезда, azərb. Qırmızı Ulduz İdman Klubu‎) Ümumi olaraq SD Crvena Zvezda (serb-kiril. СД Црвена звезда) olaraq qısaldılan, Serbiyanın Belqrad şəhərində yerləşən bir idman klubudur. 2010-ci ildən bəri, idman klubunun idarə heyəti prezidenti Aleksandr Boriçiç, məclis prezidenti isə Pitr Şkundriç olmuşdur.
Ctenopharyngodon idella
Ağ amur (lat. Ctenopharyngodon idella) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Uzunluqları 120 sm, çəkiləri isə 40 kq çatır. Bədəni uzunsovdur, qalın pulcuqlarla ilə örtülüdür. Çox sürətli böyüməyi ilə fərqlənir. Amur hövzəsində yaşayır 68–75 sm uzunluğundadır və 9–10 yaşda yetginləşir Otla qidalanırlar. Əsas kürüləmə zonaları Ussuri çayında, Sungari çayı, Xanka gölü, Çin çayları, Volqada (aşağıya doğru), Don (orta və aşağı səviyyədə) və Dnepr-Bug hövzəsində yerləşir.1960-cı illərdə çəmən sazişi nəticəsində SSRİ-nin Avropa hissəsində yerləşdirildi. Hazırda Ukrayna, Rusiya, ABŞ, Qazaxıstan (İlı çayı, Balxaş gölü) və bir çox Avropa ölkələrində bir balıqçılıq əhəmiyyətio daşıyır. Ağ sazanlarının karp ilə birlikdə yetişdirilməsi balıq yetişdirməsinin məhsuldarlığını artırır.
Cənubi Koreyada idman
Cənubi Koreya idman növləri ilə məşhurluğunu daha da artırmışdır. Cənubi Koreyanın məşhur idman növlərinə Futbol, Beyzbol, Basketbol, Voleybol, Buz Xokkeyi, Oxçuluq, Qolf, Hentbol, Stolüstü Tenis, Kriket və s. aiddir. Bunlardan əlavə koreyalıların özünəməxsus idman növləri də mövcuddur. Bunlara Tekvando, Cheongdo So Ssa-eum (Boğa Güləşi), Chajon-nori, Chang-gi (Şahmat), Hapkido, Hwa-t'u (Get-dayan), Jul T'agi (İpdə Yerimə), Paduk kimi idman növləri aiddir. Taekvondo Koreyada təxminən 2000 ildir istifadə olunan bir özünüqoruma sənətidir. Tekvando sözünün mənası "ayaq və ya yumruq yolu"dur. Digər özünüqoruma sənətləriylə (çinlilərin Kung-fu, yaponların Karate və koreyalıların hapkido və dangsudo) bənzərlikləri olan bu idman qollarla və ayaqlarla edilən güclü vuruşların üstünə quruludur. Taekwondo ustaları isə etdikləri akrobatik hərəkətlərlə qırdıqları qalın taxta ve kərpiclərlə havada iki hədəfə birdən vurmaqlarıyla insanları cəlb etməktədirlər. Taekwondo digər özünüqoruma sənətlərində olduğu kimi özəlliklə vücudun ve ağlın inkişafı ve kontrolu üstünə diqqət mərkəzində saxlamışdır ve bu onun digər ölkələrə də yayılmasını asanlaşdırmışdır.
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Dənizkənarı Bulvar İdarəsi
Dənizkənarı Bulvar İdarəsi — Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs. Bu İdarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi adı ilə 10 yanvar 2008-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. 31 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilmiş "Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi"nə əsasən İdarə publik hüquqi şəxsə çevrilmişdir. Dənizkənarı Bulvar İdarəsinin loqosu dövrünün ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını, Xəzər dənizini, sahilyanı bulvarı, Bakının dənizkənarını, Bakı buxtasını birləşdirməklə Azərbaycan tarixini, qədimliyi, həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elçin Cəfərov (idman xadimi)
Elçin Cəfərov (azərb. Elçin Lənkəran oğlu Cəfərov‎) — Milli Olimpiya Komitəsinin üzvü, 2010-cu ildən Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov 1959-cu il fevralın 7-də Ağdam rayonunda anadan olub. 10 yaşından güləşlə məşğul olmağa başlayan Cəfərov ümumittifaq yarışlarında mükafatlar qazanıb. İdmançı karyerasına 26 yaşında erkən vida deyib. Daha sonra məşqçilik fəaliyyətinə başlayan E. Cəfərov 1981-ci ildə Yunan-Roma güləşi üzrə idman ustası adına layiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1992-ci ildə “Əməkdar məşqçi” adına layiq görülüb. Elçin Cəfərov 1992-ci ildən 1994-cü ilə kimi Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini və bir müddət sədr vəzifələrində çalışıb. 1996-cı ildə Gənclər və İdman Nazirliyinin İdman və Baş İdman İdarələrinin rəisi olub. 2002-2010-cu illərdə 10 il yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib.
Elçin Hüseynov (idmançı)
Elçin Zeynalov (idmançı)
Elçin Zeynalov (Elçin Hidayət oğlu Zeynalov; 1 aprel 1948, Kirovabad) — Azərbaycanın sərbəst güləş üzrə məşqçisi, SSRİ əməkdar məşqçisi və əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi. Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçilik fəaliyyətini davam etdirən Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirməsi Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Abil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyevi misal göstərmək olar. Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov 2012-ci ildə London Olimpiya Oyunlarının qızıl medalını qazanıb, 2016-cı il Rio de-Janeyro Olimpiya Oyunlarında gümüş medala yiyələnib. Güləşin inkişafındakı xidmətlərinə görə Elçin Zeynalov 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Erməni Soyqırımı iddiası
Erməni soyqırımı (erm. Հայոց ցեղասպանություն, translit. Hayots tseğaspanutyun; türk. Ermeni Soykırımı), Ermənilərin köçürülməsi (türk. Ermeni tehciri) və ya ermənilər arasında adətən Mets Yeğern (erm. Մեծ Եղեռն, "Böyük cinayət") — Osmanlı hökuməti tərəfindən əksərən Osmanlı imperiyası vətəndaşı olan etnik erməni əhalinin qətli iddiaları. Hadisələrin başlanğıcı olaraq, Osmanlı hökumətinin Konstantinopol (indiki İstanbul) və Anqorda (indiki Ankara) yekun nəticədə əksəri qətlə yetirilmiş 235–270 arası erməni intellektualı və icma rəhbərlərini toplaması, həbs və deportasiya etməsi tarixi olan 24 aprel 1915-ci il hesab edilir.İddialara görə, Birinci dünya müharibəsi zamanı və sonrası baş vermiş soyqırım iki mərhələrdə həyata keçirilmişdir: birinci mərhələdə əmək qabiliyyətli kişi əhali qətlə yetirilmiş, yetkinlik yaşına çatmışlar isə hərbi xidmətə aparılmış və ya məcburi əməyə sövq edilmiş, ikinci mərhələdə isə qadınlar, uşaqlar və yaşlılar Suriya səhrasına köçürülmə qərarı ilə ölüm yürüşünə çıxarılmışdır.İddiaların daha cəzbedici görünməsi məqsədilə irəli sürülən fikirlərə görə, hərbi qüvvələr tərəfindən müşahidə olunan deportasiya edilən əhali, müntəzəm olaraq soyğunçuluq, cinsi təcavüz və qırğınlara məruz qalmışdır. Həmin dövrə Osmanlı imperiyası ərazisində yaşayan assuriyalılar və yunanlar da qırğınlara məruz qalmışlar ki, bəzi tarixçilər bu qırğınları da eyni soyqırım siyasətinin tərkib hissəsi hesab edirlər. Dünyanın bir çox hissələrdində Erməni diasporu birbaşa bu soyqırım siyasətinin nəticəsi olaraq meydana gəlmişdir. Etnik erməni əhalisinin sistematik şəkildə və bilərəkdən məhv edilməsindən təsirlənən Rafael Lemkin, bu hadisələri ifadə etmək üçün 1943-cü ildə soyqırım ifadəsi (ing.
Erməni soyqırımı iddialarının tanınması
Erməni soyqırımının tanınması (ing. Armenian Genocide recognition) — Erməni soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi ad.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları – Müxtəlif dövrlərdə, Ermənistan Sovet Sosialist Respublikasının və indiki rəsmi adı ilə Ermənistan Respublikasının, Azərbaycan Sovet Sosialist Respublikasına və indiki rəsmi adı ilə Azərbaycan Respublikasına qarşı irəli sürdüyü ərazi iddiaları. Etnik azərbaycanlılar müxtəlif dövrlərdə 1905–1906-cı, 1918–1920-ci, 1948–1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə deportasiya ediliblər. Təkcə 1948–1953-cü illərdə 150 mindən çox etnik azərbaycanlı Ermənistan SSR ərazisindən kütləvi surətdə və zorakılıqla sürgün olunub. Deportasiyalar zamanı sürgün edilənlərə qarşı kütləvi qətl hadisələri də törədilib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün hərəkətə keçiblər. Birinci Dünya müharibəsindən və Rusiyada 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri öz planlarını bolşevizm bayrağı altında həyata keçirməyə başlayırlar. Belə ki, 1918-ci ilin mart ayında Bakı kommunası "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlıların bütün Bakı quberniyasında məhv etmək məqsədi daşıyan planı reallaşdırmağa başlayır. Bakıdan başqa, məhz etnik mənsubiyyətlərinə görə Şamaxı və Quba bölgələrində, eləcə də Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və indiki Azərbaycanın digər bölgələrində minlərlə azərbaycanlıya qarşı kütləvi qətllər başlayır. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının müstəqilliyi elan edilir. 1919-cu ilin aprel ayında müttəfiq dövlətlər, həmin ilin yanvarında Azərbaycan Demokratik Respublikası hökuməti tərəfindən təsis edilmiş Qarabağ general-qubernatorluğunu tanıyırlar.
Faiq Rəfiyev (idmançı)
Fredrik İdestam
Fredrik İdestam (28 oktyabr 1838, Tyrväntö, Finlandiya, Rusiya - 8 aprel 1916 Helsinki, Finlandiya, Rusiya) Fin mədən mühəndisi və iş adamı. Ən çox Nokianın qurucusu olaraq tanınır. May 1865-ci ildə Finlandiyanın Tampere şəhərində külək gülü düzəltmək üçün icazə aldı. Külək gülü 1866-cı ildə işə başladı. 1871-ci ildə Leo Mechelin ilə birlikdə Nokia şirkətini qurdu və şirkətin mərkəzini Finlandiyanın Nokia şəhərinə köçürdü.
Fələstin Milli İdarəsi
Fələstin milli idarəsi, FMİ (ərəb. السلطة الوطنية الفلسطينية‎; əs-Sulta al-Vətəniyyə al-Fələstiniyyə) — Qəzzə zolağının ərazilərini və Qərb Şəriyə ərazilərinin bir hissəsini idarə etmək üçün yaradılmış bir özünüidarə orqanı. Fələstin Milli İdarəsi, 1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında 13 sentyabr 1993-cü ildə Osloda imzalanan əsas müqavilələrə uyğun olaraq qurulmuşdur. 2007-ci ildən bəri, FMİ İordan çayının qərb sahilindəki ərazilərin yalnız bir hissəsini idarə edirdi, Qəzzə zolağı isə Həmas radikal hərəkatının nəzarətinə keçdi. 5 yanvar 2013-cü il tarixdə, FMİ prezidenti Mahmud Abbas tərəfindən "Fələstin Milli İdarəsi" adı əvəzinə rəsmi məqsədlər üçün yalnız "Fələstin Dövləti" adından istifadə etməyi əmr edən bir fərman verildi. İsrail, İspaniya, Norveç, ABŞ və digər bir sıra ölkələr bu qərarı tanımadılar. 1922-ci ildə, Osmanlı İmperiyasının çökməsindən sonra Fələstindəki İngilis mandatı, əvvəlki Fələstin mülkləri ərazisində quruldu. 1947-ci ildə hazırlanmış BMT planı İngilis mandatının bir ərəb və bir yəhudi dövlətinə bölünməsini öz üzərinə götürdü və Qüdsə beynəlxalq idarəetmə altında bir şəhər statusu verildi. 1947-ci ildə ərəblərin sayı mandat almış bölgədəki Yəhudi əhalisini iki dəfə üstələmişdi və bu səbəbdən də Yəhudi dövləti Aralıq dənizi sahillərinin əksəriyyəti və İordan çayının kənarındakı ərazilər daxil olmaqla əksəriyyətinin Yəhudi olduğu torpaqları (14,1 min kvadrat kilometr) əhatə edirdi. Ərəb dövləti, İordan çayının qərbindəki Livanla sərhəd bölgəsindəki mandatlı ərazinin şimalında ümumi sahəsi 11,1 min km² olan əraziləri, habelə Aralıq dənizi sahili və Misir ilə sərhəd boyunca bir zolağı ələ keçirdi.
Fənərbaxça İdman Klubu
Fənərbaxça İdman Klubu — Türkiyədə idman klubu. Fənərbaxça Basketbol Komandası 2017-ci ildə Euroleague çempionu olmuşdur.
Fərid Ağayev (idmançı)
Fərşid Rostami (idmançı)
Fərşid Rüstəmi (idmançı)
Giriş idarəetməsi
Loq idarəetməsi — böyük həcmli kompüter loqlarını idarə etmək üçündür. Həmçinin başqa adla audit izlənilməsi, hadisə loqları və s kimi tanınır. Loq idarə edilməsi aşağıdakı konsepsiyaları əhatə edir: Loqların toplanması Mərkəzləşdirilmə Uzun müddətli saxlanma Loq dönməsi Loqların analizi Loqların axtarışı və hesabatının hazırlanması Böyük həcmli loqları analiz edərkən aşağıdakı çətinlikərlə üzləşmək mümkündür: Çox böyük həcmli loqlar (böyük şirkətlər üçün gün ərzində 100 GB-a qədər); Loq formatındakı müxtəlifliklər; Sənədləşdirilməmiş şəxsi loqlar (bu analiz prosesini əngəlləyir); Müxtəlif loqlarda yanlışlıqların olması (icazəsiz zorla daxil olma); Loq idarəetməsinin userləri özlərinin şəxsi loq-idarə etmə alətlərini yarada bilərlər. Loq idarə etməsi qarışıq bir proses olub müəssisələrin hər zaman səhlənkar yanaşdıqları bir sahədir. Loqa tərif verərkən bir sıra təkliflər irəli sürülüb. Loq saytların və ya hər hansı tətbiqi proqramların informasiya mübadiləsini və userlərin daxil olmasını göstərən bir prosesdir. Audit prosesində isə toplanmış məlumatlar saxlanılır, icazə sxemləri tərəfindən qorunur və həmişə istifadəçiyə funksional tələblə bağlıdır. Loq prosesi proqramların və saytların daha yaxşı fəaliyyət göstərməsi üçün texniki informasiyaları özündə cəmləyir. Rapor edilmiş buqların həqiqətənmi buq olduğunun yoxlanılmasında Analiz etmək və buqları aradan qaldırmaq üçün Proqramın hazırlanmasında yeni funksionallıqların test edilməsi hazır vəziyyətə gətirmənin prosesləri Hər hansi bir idarə Loq idarə edilməsi alətini hazırlayərkən aşağıdakı səviyyələrdən istifadə edə bilər İlkin səviyyədə müəssisə bir neçə loq analizlərindən istifadə edərək loqları analiz edir və təhlükəsizlik baxımından araşdırır. Məqsəd müəsisəyə ola biləcək mümkün hücumların nümunəsi aşkarlamaqdır Müəssisələr loqlardan istifadə edərək bütün gizli datalara nəzarət edir və təhlükəsizlik baxımından gizli olan hər bir datalara olan girişi aşkarlaya bilirlər Yetkinliyin sonrakı mərhələsində, loq analitik enterprise səviyyəsində systemin performansını və mümkünlüyünü izləyə bilir – xüsusi ilə informasiyanın-varlığını yoxlayır.
Girişi mandatlı idarə edilməsi
Girişi mandatlı idarə edilməsi (ing. Mandatory access control) − obyektlərə girişin idarə edilməsi üsulu. Obyektdə olan informasiyanın məxfilik dərəcəsinə və kritikliyinə, verilən kritiklik səviyyəsinə (xüsusi nişanlarla təsvir olunmuş) malik informasiyaya giriş zamanı subyektin səlahiyyətlərinin və hüquqlarının formal yoxlanılmasına əsaslanır İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Girişin idarə edilməsi mexanizmi
Girişin idarə edilməsi mexanizmi− avtomatlaşdırılmış sistemlərdə icazəsiz girişi aşkarlayan, onun qarşısını alan və qanuni girişə icazə verən avadanlıq və ya proqram təminatı, sistem proseduru, administrator proseduru və onların müxtəlif kombinasiyalarıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Global unikal identifikator
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.