idman

Müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə sistematik olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, mübariz və mənəvi keyfiyyətlərinin formalaşmasına, yarışlarda nəticələr göstərilməsinə yönəldilmiş fiziki tərbiyənin tərkib hissəsi

identikləşdirmə
idman federasiyası
OBASTAN VİKİ
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Naxçıvanda idman
Naxçıvanda idman-Naxçıvan Muxtar Respublikasında idman. == Haqqında == Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. == Tarixi == === Sovet dövrü === 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur. 1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır. 1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır.
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. == İdmanın faydaları == İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Qol (idman)
Qol (ing. goal — məqsəd) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qapı xəttindən keçirilmə bir xal sayılır (reqbidə bir neçə xal). Oyunlarda rəqib qapısından daha çox top (şayba) keçirən komanda qalib sayılır.
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. == Futbol == Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Skvoş (idman)
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. == Tarixi == Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. == Qaydalar == Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sumqayıtda idman
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. == SSRİ dövründə == İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. == Müstəqillik dövründə == Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
Top (idman)
Top — kürə şəklindədir. Futbolda "meşin yumru" olaraq da xatırlanır. Bir çox idmanda istifadə edilir: Futbol, Voleybol, Basketbol, Tennis, Qolf, Beysbol, Reqbi və Stolüstü tennis kimi.
Ukraynada idman
Ukraynada idman- Ukraynanın ən məşhur fəaliyyətlərindən biridir. İdmanla peşəkar və həvəskar məşğul olurlar. Həvəskar idmanı bədən tərbiyəsi konsepsiyası ilə sıx bağlıdır. Futbol və güləş kimi idman növləri 19-cu əsrdən bu günə qədər Ukraynada məşhurdur. Sovet İttifaqının Ukrayna idman sahəsində böyük rolu olmuşdur. Sovet İttifaqının dağılmasından sonra Ukraynada yüzlərlə stadion, üzmə hovuzu, gimnaziya və digər idman qurğuları qalmışdır. XIX əsrin ikinci yarısından Avropada məşhur olan Sokol gimnastika təşkilatı tərəfindən Ukrayna idman və ya atlet hərəkatına böyük təsir göstərmişdir. Ukraynada idman ilk növbədə müxtəlif olimpiya idman növlərinin 40 federasiyası tərəfindən tənzimlənir. Bunlar, həmçinin, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) bir hissəsi olan Ukrayna Milli Olimpiya Komitəsinə (NOC Ukrayna) tabedir. Bütün qeyri-olimpiya idmanları Ukrayna İdman Komitəsinin müvafiq federasiyaları tərəfindən idarə olunur.
Yaponiyada idman
Yaponiyada idman — Yaponiya mədəniyyətinin əsas hissələrindən biri. == Beynəlxalq idman tədbirləri == Ölkədə mütəmadi olaraq beynəlxalq idman tədbirləri təşkil edilir. Onlardan ən nüfuzlusu Olimpiya Oyunları olmuşdur. Belə ki, 1964-cü ildə Yaponiyanın paytaxtı Tokio şəhərində Yay Olimpiya Oyunları keçirilmişdir. Bundan sonra Yaponiya iki dəfə də Qış Olimpiya Oyunlarına ev sahibliyi etmişdir: 1972-ci ildə Sapporoda və 1998-ci ildə Naqanoda. 1981-ci ildən 2004-cü ilə qədər Yaponiya futbol üzrə Qitələrarası Kubokun keçirildiyi məkan olmuşdur. Bu ölkə Cənubi Koreya ilə birlikdə 2002-ci ildə Futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdir. == Milli idman növləri == Ənənəvi idman növü olan sumo Yaponiyanın milli idman növü hesab edilir. Ölkədə yapon döyüş sənətləri olan cüdo, karate və kendo ilə məşğul olan xeyli insan var. == Xarici idman növləri == Meyci islahatından sonra Yaponiya bir çox qərb idman növü ilə tanış olmuşdur və bu idman növləri ölkənin təhsil sistemi vasitəsilə yayılmağa başlamışdır.
Çənbər (idman)
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. == Tarixi == İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
İdman (dəqiqləşdirmə)
İdman
İdman (qəzet)
"İdman" qəzeti — Azərbaycanın idman mətbuatının ən böyük tarixə malik nəşri olan qəzet. == Tarixi == "İdman" qəzeti 1932-ci ildə ilk dəfə "Azərbaycan bədən tərbiyəçisi" ("Fizkulturnik Azerbaydjana") adı ilə çap olunub. Fəaliyyətinin ilk illərində həm Azərbaycan, həm də rus dillərində olmaqla 4 səhifədə nəşr olunub. Qəzetin ilk baş redaktorlarından biri tanınmış yazıçı Aleksandr Kiknadze olmuşdur. İkinci dünya müharibəsi səbəbilə, 1941-ci ildə "İdman" qəzeti fəaliyyətini dayandırmış və əksər qəzet əməkdaşları əbhəyə yollanmışlar. Müharibə dövründə və ondan sonrakı illərdə qəzet redaksiyası dəfələrlə yerdəyişməyə məruz qaldığından "İdman" qəzetinin nümunə cildləri, eləcə də bir çox tarixi sənədləri yoxa çıxmış və ya məhv olmuşdur. Məhz bu səbəbdən qəzetin 1932-ci ilin hansı ayında nəşrə başladığını araşdırmaq mümkün olmamışdır. İkinci dünya müharibəsi başa çatdıqdan sonra "İdman" qəzeti öz fəaliyyətini yalnız 1950-ci ildə bərpa edə bilmişdir. 1968-ci il yanvarın 1-dən qəzetin adı dəyişdirilərək, "İdman" qoyulmuşdur. "İdman" qəzeti Azərbaycan idman jurnalistikasının tarixi hesab edilir.
İdman TV
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. == Tarixçə == İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
İdman avtomobili
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
İdman avtomobilləri
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
İdman filmi
İdman filmi — Film janrlarından biridir. Əsas süjet xətti idmanın bir növü ilə əlaqəli olan filmlərdir.
İdman gimnastikası
İdman gimnastikası — bura gimnastika ləvazimatları, döşəmə məşqləri və dayaqlar daxildir. == Tarixi == "Gimnastika" termini b.e.ə təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi, və sağlamlıq üçün kompleks hərəkətləri ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər. Qədim Romada legionerləri döyüşə hazırlayarkən onlara dəstəkli atlar və xüsusi tirlərlə təlim keçirdilər. Qladiator məktəblərində gimnastika qladiatorun çevikliyinin və dözümlülüyünün yüksəldilməsində əvəzedilməz rol oynayırdı. İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. 16-cı əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis "Gimnastika incəsənəti haqqında" əsərini nəşr etdirmişdi. Gimnastikanın inkişafında ən yüksək təjrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar. Onlar gimnastik hərəkətlərin biomexanikası haqqında təsəvvürlər, alətlərlə gimnastik hərəkətlər metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini vermişlər.
İdman hetçbeki
Hot Hatch, yəni idman hetçbeki sinfi, ümumiyyətlə, 3-qapılıdır (baqaj daxil olmaqla), mühərrik xüsusiyyətlərinə görə öz siniflərində kifayət qədər üstündürlər və nisbətən daha çox sürücülük həzzi yaşadırlar. Mini kateqoriyalı idman hetçbeki təxminən 100 at gücündə, şəhər avtomobilləri 150-200 at gücündə və superminilər 200-300 at gücündə istehsal olunurlar.
İdman meydanı
İdman meydanı, avtomobil və heyvan yarışları üçün nəzərdə tutulan meydandır. İdman meydanlarında tamaşaçılar üçün xüsusi tribunalarda yerləşdirilə bilər.
İdman turizmi
İdman turizmi - turistlərin idman yarışlarında və tədbirlərində iştirakçı, yaxud tamaşaçı kimi (izləmək üçün) iştirakı nəzərdə tutan turizm növü. İdman turizmi sürətlə inkişaf edən turizm sahələrindən biridir. Olimpiya oyunları, Beynəlxalq Tennis turnirləri, “Formula 1” Qran-pri yarışı, FİFA Dünya Kuboku oyunları idman turizminin inkişafında böyük rol oynayır. İdman turizmi iki böyük qola ayrılır: yay idman oyunları turizmi və qış idman oyunları turizmi. Mövsümündən asılı olmayaraq idman turizmi nə qədər cəlbedici görünsə də, bu turizm sahəsində müəyyən təhlükələr (yaralanma, əlilqalma) mövcuddur. İdman turizmi macəra turizmi ilə birlikdə ən çox stress atmağa kömək edən turizm sahəsi hesab olunur. Bununla belə, idman turizminin inkişafı üçün çox böyük investisiyalara ehtiyac duyulur (infrastruktrun qurulması, avadanlıqlarla təminolunma, lazım olduğu təqdirdə tibbi müalicə və s.). Müxtəlif xalqların milli idman oyunlarının təbliğı, yəni idman turizmi multikultural dəyərlərin formalaşması üçün əhəmiyyət kəsb edir. == Növləri == İdman turizmi çoxşaxəli olduğuna görə təsnifatlaşdırılaraq qruplar halında öyrənilməlidir: Su idman turizm növləri - üzgüçülük, avarçəkmə, dalğıclıq, qayıq yarışları Döyüş-özünümüdafiə idman turizm növləri - boks, kikboks, taekvondo, karate, güləş, cüdo Top ilə oynanılan idman turizm növləri - basketbol, həndbol, voleybol, beysbol Futbol - topu qapıdan keçirməklə qol atmağı (xal qazanmağı) hədəfləyən 2 rəqib komanda arasında oynanılan oyun.
İdman zalı
İdman zalı, bəzən gimnaziya kimi qeyd olunur — idman, məşq və bədən tərbiyəsi üçün nəzərdə tutulan xüsusi təchiz olunmuş yer. == Tarixi == İdman zalları ilk olaraq XIX əsrdə Avropada, Rusiyada və ABŞ-də yaranıblar.
İsraildə idman
İsraildə idman milli mədəniyyətin mühüm bir hissəsidir. İsraildə idman həm rəqabət, həm də istirahət üçündür. İsraillilər, geniş yayılmış atletika,futbol,basketbol idman növləri ilə məşğul olurlar. İsrail olimpik oyunlarda cüdo ,kano və sörfinq üzrə 8 medal qazanıb və bir israilli 2009 şahmat üzrə dünya kubokunda birinci olub.
İdman fəlsəfəsi
İdman fəlsəfəsi — idman fəlsəfəsi idman növləri haqqında bir fəlsəfədir. İnsan həyatında idman məsələlərini konseptual təhlil edir. Bu mövzular bir çox sahələri əhatə etsə də, əsasən beş kateqoriyaya bölünür: metafizika, etika və əxlaq fəlsəfəsi, hüquq fəlsəfəsi, siyasi fəlsəfə və estetika.
İdman hüququ
İdman hüququ — idman sənayesində idmançıların, klubların, komanda sahibi şirkətlərin, milli və beynəlxalq federasiyaların, Beynəlxalq Olimpiya Komitəsinin və müvafiq dövlət qurumlarının idman fəaliyyətləri və hadisələri ilə bağlı münasibətlərini əmək hüququ və əmək hüququ kimi hüquq sahələri ilə əlaqələndirərək tənzimləyir. İdman azadlığını nəzərə alan rəqabət hüququ qaydalardan ibarət unikal hüquq sahəsidir. İdman hüququ ümumiyyətlə idmanla bağlı sponsorluq müqavilələrini, yayım təşkilatları ilə müqavilələri, idman təşkilatları tərəfindən işə götürülən heyətlə bağlı mübahisələri, idman təşkilatları arasında yaranan problemlərlə bağlı mübahisələri və idmanı tənzimləyən orqanlar tərəfindən idmançılara verilən intizam cəzaları ilə bağlı mübahisələri əhatə edir.
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Gənclərbirliyi İdman Klubu
Gənclərbirliyi İdman Klubu (türk. Gençlerbirliği Spor Kulübü) — Türkiyənin Ankara şəhərini 1-ci Liqada təmsil edən idman klubu. == Tarixi == Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə, Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır. Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır. Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır. Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır. Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb. Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər. Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər. Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır.
Gəncə İdman Klubu
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. == Tarixi == "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. == Loqo == "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmçinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmçinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Gəncə İdman Klubu İctimai Birliyi
Gəncə İdman Klubu İctimai Birliyi — Azərbaycanda İdman Klubu. == Tarixi == "Gəncə İdman Klubu" ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər. "Gəncə İdman Klubu" yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74–3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi "Gəncə İdman Klubu" MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir. == Loqo == "Gəncə İdman Klubu" İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir. Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmçinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmçinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır.
Haveeru İdman Mükafatları
Haveeru İdman Mükafatları — Maldiv adalarının yeni jurnalı olan Haveeru Magazine tərəfindən verilən idman mükafatlarıdır.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Mehman Məmmədov (idmançı)
Milli idman növü
Milli idman növü və ya milli əyləncə — hər hansı xalqın və ya ölkənin mədədniyyətinə xas olan idman növü. Bəzi idman növləri de fakto, bəzi idman növləri isə de yure milli idman növü hesab olunur. Məsələn, kriket de fakto ABŞ və İngiltərədə milli idman növü, lakros və buzüstü hokkey isə de yure Kanadanın milli idman növü hesab olunur. Milli idman növlərinin hər hansı ölkədə lazımı səviyyədə oynanılmaya bilər, sadəcə həmin ölkənin mədəniyyətində əhəmiyyətli rol oynaması kifayətdir.
Milli İdman Stadionu (Ulan-Bator)
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu. Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi. Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır. == Tarixi == Bu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi.
Musa Musazadə (idmançı)
Müşfiq Hüseynov (idmançı)
Mədəniyyət və İdman Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi (qaz. Қазақстан Республикасы Мәдениет және спорт министрлігі) — mədəniyyət, daxili siyasi sabitlik, millətlərarası harmoniya, dillərin inkişafı, dövlət rəmzləri, dövlət sosial sifarişi, arxiv işləri və sənədləşdirmə, dini fəaliyyətlər, bədən tərbiyəsi və idman sahələrində liderliyi həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanıdır , qumar biznesi, habelə qanunvericilikdə nəzərdə tutulmuş sahələr daxilində — sektorlararası koordinasiya və dövlət tənzimlənməsi. == Arxa fon == Qazaxıstan Respublikasında mədəniyyət və idman ilk dəfə nazirlik olaraq vahid dövlət quruluşuna birləşdirilmir. Aşağıda mədəniyyət və idmanla əlaqəli dövlət strukturlarının çevrilmə tarixinin cədvəlləri verilmişdir: == Vəzifələri == Nazirliyin missiyası — mədəniyyət, dillərin inkişafı, arxivləşdirmə və sənədləşdirmə, dini fəaliyyət, bədən tərbiyəsi və idman, qumar, habelə millətin birliyini möhkəmləndirmək, dövlətlər arasında səmərəli tərəfdaşlıq sistemini dəstəkləməkdir.
Naxçıvan Olimpiya İdman Kompeksi
Naxçıvan Olimpiya İdman Kompeksi — Naxçıvanda olimpiya idman qurğusu. 2002-ci il iyunun 15-dən fəaliyyət göstərən Naxçıvan Olimpiya İdman Kompleksi Azərbaycanda Bakıdan kənarda istifadəyə verilmiş ilk böyük idman qurğusudur. Kompleksin açılış mərasimində prezident Heydər Əliyev də iştirak edib. Kompleks hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalında komanda və təkmübarizlik idman növlərinin inkişaf etdirilməsi üçün uyğun bütün şərait var. Hazırda burada voleybol, basketbol və futzal kimi növlər populyarlaşıb. Digər zalda isə boks, karate-do, sərbəst güləş, kikboksinq və stolüstü tennis həvəskarlarının məşğələləri keçirilir. Təkcə növlərin inkişaf etdirilməsi deyil, burada həm də böyük yarışların keçirilməsi üçün müvafiq şərait var. 4600 kv.m. sahədə inşa olunmuş kompleksdə 13 inzibati və yardımçı, həmçinin 4 soyunub geyinmə otağı, 4 duş kabinəsi və 1 kafe buna misaldır. Kompleks 2007-ci və 2010-cu illərdə əsaslı təmir olunmaqla bir qədər də modernləşərək yenidən idmançıların istifadəsinə verilib.
Neftçi İdman Klubu
Neftçi İdman Klubu İctimai Birliyi — Azərbaycanda futzal klubudur. == Uğurları == == Heyəti == == Neftçi İK İB və Azərbaycan Milli Futzal Komandası == Vitali Borisov 2001-ci ildən milli komandamızın şərəfini qoruyur. == Bombardirlər == 2018–2019-cu illər mövsümü — Salar Şahnasi 23 qol.
Nizami Məmmədov (idman xadimi)
Nizami Məmmədov (tam adı:Məmmədov Nizami İmaməli oğlu; 25 mart 1940, Qarabağlar, Noraşen rayonu) — idman xadimi, 1962-ci ildən SSRİ idman ustası. == Həyatı == Məmmədov Nizami İmaməli oğlu 25 mart 1940-cı ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. === Təhsili === 1662-ci ildə Azərbaycan Dövlət Bədən və Tərbiyəsi İnstututunu (indiki Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirmişdir. == Fəaliyyəti == === İdman fəaliyyəti === 1959-64-cü illərdə Həndbol üzrə Azərbaycan və SSRİ yığma komandalarının tərkibində Polşa 1964, 1968, Macarıstan 1965, Çexoslovakiya (1966), Bolqarıstan (1967) və Rumıniyada 1969 keçirilən beynəlxalq yarışlarda iştirak etmiş, SSRİ-nin ən güclü hücumçularından sayılmışdır. 1984-86-cı illərdə Mali Respublikasının həndbol üzrə yığma komandasının baş məşqçisi olmuşdur. === Pedaqojo fəaliyyəti === 1986-cı ildən Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiridir. 1990-cı ildən dosentdir. == Üzv olduğu təşkilatlar == 1998 — Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Nurlana Cəfərova (idmançı)
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Nəbi Məmmədov (idmançı)
Nəbi Məmmədov (7 avqust) 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub. MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır "Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Olimpiya idman növləri
Müasir olimpiya oyunlarına idmanın 28 yay və 7 qış növü aiddir.
Olimpiya medalına sahib Azərbaycan idmançıları
== Siyahı ==
Orxan Vəliyev (idmançı)
Orxan Vəliyev (tam adı Vəliyev Orxan Aydın oğlu d. 27 dekabr 1992; Moskva, Rusiya) — 2010 və 2017-ci illərdə Uşu Sando üzrə Dünya çempionu; dünyanın 57-dən artıq ölkəsində olmuş səyyah; yazıçı və iş adamı. == Həyatı == Vəliyev Orxan Aydın oğlu 1992-ci il dekabrın 27-sində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Bir bacısı və bir qardaşı vardır. 1998-ci ildə Moskvada 2047 saylı orta məktəbə getmiş, 2003-cü ilədək orta təhsilini orada almışdır. Daha sonra 2003-cü ildən Azərbaycana köçərək təhsilini burada davam etmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni bitirdikdən sonra təhsilə olan sevgisi onu dünyanın ən məşhur universitetlərindən biri və birincisi hesab edilən Harvard Universitetinə hazırlaşmağa sövq etmişdir. 2013-2015-ci illərdə O, Harvard Universitetinin "Biznesin idarə edilməsi" fakultəsi üzrə magistr elmi dərəcəsi almışdır. Elə bu illərdə təhsili ilə bərabər səyahətçilik xobbisi daha da böyümüş, dünyanın müxtəlif ölkələrinə səyahət edərək onların tarixi və mədəniyyəti haqqında məlumatlar toplamışdır. Daha çox məşhur olmayan ölkələrin bir o qədər də tanınmamış səhərlərinə səyahət edərək orada olan həyat haqqında maraqla məlumatlar toplamışdır.

Значение слова в других словарях