İfritə
İfritə — folklora və xalq xürafatlarına görə, iblislə ittifaq bağlamış cadugər qadın. İfritələrə inam xüsusilə orta əsrlərdə yayılmışdır. XV–XVII əsrdə baş vermiş ifritələrin ovu ilə əlaqədar "İfritələrin gürzü" kodeksi buraxılmışdır. Ehtimal edilmişdir ki, ifritələr cin-şəyatinlə ünsiyyət üçün gecə məclislərinə (şabaşlara) süpürgə, keçi və ya donuz üstündə uçuşub gəlirdilər. Habelə hesab edilmişdir ki, ifritələr təqvim bayramları zamanda (məsələn, Valpurgiya gecəsində) xüsusilə təhlükəlidirlər. İfritələr haqqında təsəvvürlər təsviri sənətdə (Hans Baldunq) və ədəbiyyatda (Vilyam Şekspir, Nikolay Qoqol) var.
Türk və fars mədəniyyətində iştirak edən bir cadugər fiqurudur. İnanışa görə Kaftar, buynuzlu bir qadın görünüşündədir. Cadu edər, ölüləri məzardan çıxarıb aparır. Çirkin bir görünüşü vardır.