İki adam danışanda üçüncüsü dinməz.

Don’t try to separate fighting dogs! / Cf. Put not your hand between the bark and the tree. (When two are spoken, the third is a superfluous.) Где двое говорят, тут третий не приставай. / Две собаки дерутся (грызутся) - третья не приставай. (Не вмешивайся в ссору близких людей - попадёшь в неприятное положение.)
ixtiyarı əldən getmək
iki ağaya qulluq etmək
OBASTAN VİKİ
Daşlar Danışanda (1976)
Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Daşlar danışanda (film, 1976)
Bu film əcdadlarımızın Azərbaycan ərazisində daşlardan məişətdə ilk dəfə necə istifadə etmələrindən, bizim günlərə qədər gəlib çıxmış qədim tarixi abidələrdən, respublikamızın müxtəlif bölgələrində — Kəlbəcər, Laçın, Ağdam, Naxçıvan, Şamaxı və başqa yerlərdə fəaliyyət göstərən açıq səma altındakı muzeylərdən, bu muzeylərdə nümayiş etdirilən müxtəlif daş kitabələrdən, insan və heyvan fiqurlarından, Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlərdən danışır.
Altmış iki
Altmış iki — say sistemində ədədlərdən biridir. Altmış birdən sonra, altmış üçdən əvvəl gəlir. Altmış iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 31 və 62 ədədlərinə qalıqsız bölünür.
Doxsan iki
Doxsan iki — say sistemində ədədlərdən biridir. Doxsan birdən sonra, doxsan üçdən əvvəl gəlir. Doxsan iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Səksən iki
Səksən iki — say sistemində ədədlərdən biridir. Səksən birdən sonra, səksən üçdən əvvəl gəlir. Səksən iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş iki
Yetmiş iki — say sistemində ədədlərdən biridir. Yetmiş birdən sonra, Yetmiş üçdən əvvəl gəlir. Yetmiş iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 4, 6, 8, 9, 12, 18, 24, 36 və 72 ədədlərinə qalıqsız bölünür.
İki adası
İki (yap. 壱岐島) — Yaponiyaya məxsus olan Tsuşima boğazında yerləşən ada. Kyuşu adasından 20 km aralıda yerləşir. İnzibati cəhətdən Naqasaki prefekturası ərazisində yerləşir. Əsas yaşayış məntəqəsi İki şəhəridir. İki vulkan məşəlli ada olub Tsuşima adası ilə Kyusyu adası arasında yerləşir. Adanın sahəsi 138,5 km², şimaldan cənuba olan məsafə 17 km, şərqdən qərbə olan məsafə 15 km təşkil edir. Ən hündür nöqtəsi 213 m olan Takenosuci vulkanıdır. Sonuncu püskürmə 0,6–0,9 milyon il öncə püskürmüşdür. İsti Kurisio cərəyanının təsirinə məruz qalır.
İki arvadlı
İki arvadlı – Şəki rayonunun Qaradağlı kəndində yaradılmış məzəli Azərbaycan rəqsi. Kişilərin ifa etdikləri bu rəqs məzəli xarakter daşımış və satirik planda oynanılarmış.
İki nöqtə
İki nöqtə (:) - 1) Yazıda təsnifat mətnində sonra əlavə edilən bölgüdən əvvəl qoyulur. Məs.: İsimlər quruluşcà üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb; 2) Müəllifin sözləri birinci gələrsə müəllifin sözündən sonra, vasitəsiz nitqdən əvvəl qoyulur. Məs.: Peyğəmbərimiz demişdir: «İnsan bələkdən məzara qədər öyrənməlidir»; 3) Qəzet və jurnal başlıqlarında. Məs.: Dilçilik: problemlər və mülahizələr.
İyirmi iki
İyirmi iki — say sistemində ədədlərdən biridir. İyirmi birdən sonra, iyirmi üçdən əvvəl gəlir. İyirmi iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
İki sahil
"iki sahil" — Gündəlik ictimai-siyasi qəzet. Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (SOCAR). Qəzetin Baş redaktoru Vüqar Rəhimzadədir. Azərbaycan mətbuatının formalaşmasında öz yeri olan "iki sahil" qəzetinin ilk nömrəsi 1991-ci il 10 iyul tarixində işıq üzü görüb. "iki sahil" qəzeti nəşrə başladığı dövrdən bir missiyanı yerinə yetirib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük problemlərlə üzləşməsi, xalqın Ulu Öndər Heydər Əliyevə çağırışı, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı məşhur "91-lər"in Ümummilli Liderə müraciəti və bu müraciətə Ulu Öndərin cavabını öz səhifələrində dərc edən ilk mətbu nəşrlərdən biri "iki sahil" olub. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində "iki sahil" qəzeti haqqında deyib: Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun olaraq atdığı addımlar; Prezident İlham Əliyevin yeniliyi, təkmilləşməni özündə ehtiva edən siyasəti nəticəsində qazanılan uğurlar; SOCAR-ın və onun strukturlarının gördüyü işlər; Qəzet SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərir. "İki sahil" şirkətin və onun strukturlarının həyata keçirdiyi tədbirləri, nəticələrini operativ şəkildə ictimaiyyətə çatdırır. "İki sahil" qəzetinin nəşrə başlamasından 30 il ötür". report.az.
İki qüllə
İki qüllə — İngiltərə yazıçısı Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının üç cildindən ikincisi. Ondan əvvəl "Üzük qardaşlığı", ardınca isə "Kralın qayıdışı" gəlir. Cildin adı qeyri-müəyyəndir, çünki hekayədə beş qüllənin adı çəkilir və Tolkin özü iki qüllənin ziddiyyətli identifikasiyalarını vermişdir. Narrativ qarışıqdır və bu, Tolkinə məzmunu şübhə və sürpriz içində qurmağa imkan verir. Cild əsasən tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. Onlar bunu həyəcanlı və cəlbedici hesab etmişdilər. Burada epik povesti qəhrəmanlıq romantikası ilə birləşdirilmişdir.
Düşünən adam
Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını "Kralın Əmrində" kimi düşünsə də, dostlarının məsləhəti ilə onu "Gülən Adam" olaraq dəyişib. Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" — " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. Quinpen — əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Günahsız adam
Günahsız adam (Hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Hörümçək-adam
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.