İkinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İkinci Milli | |
---|---|
Ölkə |
Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir.[2] 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar.[3]
Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |