1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası.
– Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı.
□ İnşa etmək – qurmaq, yaratmaq, quraşdırmaq, qayırmaq.
Fərdi evlər birtipli layihələr üzrə inşa edilir. ( ).
Sadıq ilə Rəhilə bir kömürçü çocuqları idilər. Ormanda … inşa edilmiş bir külbədə sakin olurlardı.
[Qulam müəllim:] …Qoy bu qızlardan birisi xəstələrimizə şəfa versin, … o birisi də bizim bu dağlı məhəlləsində yeni-yeni binalar inşa etsin.
2. Qələmə alma, bir mətləbi ədəbi şəkildə ifadə etmə, yazma.
[Bahadır:] İnşa yazanlarımıza baxırsan, “əlfazlar” o qədər gözlərini kor edib ki, əsli məqsudu yaddan unudublar.
□ İnşa etmək – qələmə almaq, bir mətləbi ədəbi şəkildə ifadə etmək, əsər yazmaq.
Vamberi ismində bir [alman] ki müsəlman vilayətlərində səyahət edib, indi “İslam” adlı bir kitab inşa edib. “ ”.
[Vaqif] Ağa Məhəmməd şahın Şuşa qələsində qətlə yetişməyi barəsində bu şeirləri inşa edib, Molla Vəliyə göndərmişdi.
Şair cənabları da Münəvvər xanımın gözəlliyinə dair bir yaxşı qəzəl inşa etdi.
// Şagirdlərin təfəkkürünü və yaradıcılıq təsəvvürlərini, yazmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə aparılan sərbəst yazı işi.
[Zəki əfəndi:] Biz sənə burada bir tema verərik və burada bizim gözümüzün qabağında haman temaya bir inşa yazarsan.
Diktə və inşa kimi yazı qisimlərini köhnə məktəb bilməzdi. [ 3. Keçmişdə: məktublaşma üsullarını öyrətmək üçün müxtəlif məktub, təbriknamə, təziyənamə, ərizə, müqavilənamə və s. nümunələri olan kitab, məcmuə.