1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. İnək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq).
– Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi.
…Evin sağındakı qocaman qoz ağacı yanında inək mələdi.
2. vulq. Çox kök, yöndəmsiz qadın, yaxud qorxaq və ya küt adam haqqında.
◊ İnək kimi sağmaq – özü üçün gəlir mənbəyi etmək, müntəzəm surətdə birinin pulunu, varını əlindən almaq, sorub çəkmək, istismar etmək.
Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi.
// İstismar etmək.
Hər il inək kimi sağılan torpaq gücdən düşmüşdü. ( ).