İNAM [Sona:] Məncə, inam məsələsində adamlar beş qisim olur (N.Nərimanov); ETİBAR Sitarə: Artıq, sənin etibarını görüb səndə dolanmaq istəmirəm (C.Cabbarlı); ETİQAD Dilarədə ədalətin, haqqın qələbə çalacağına möhkəm bir etiqad vardı! (M.İbrahimov); ETİMAD Men itirməmişəm etimadımı (M.Rahim); İMAN (dərin inam) Kərim xan: Hələ də öz imanında möhkəm qalmaq istəyirdi (M.İbrahimov); QAİLLİK Əzizim, əgər mənim sözümə qailliyin olacaqsa, deyim (C.Məmmədquluzadə); VƏFA Bu dağlar kömürdəndi; Keçən gün ömürdəndi; Gözəldən vəfa umma; Ürəyi dəmirdəndi (Bayatı); VÜSUQ Xanın onlara hər xüsusda vüsuqu var idi (M.F.Axundzadə); BAVƏR.