Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kristal Palas
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Triumf Palas
Triumf Palas (rus. Триу́мф-Пала́с) — Moskvada yerləşən yaşayış binası. Triumf Palas, müxtəlif yüksəkliklərdən ibarət 9 kompleksdən ibarətdir. Ən hündür kompleksində antena 8 moduldan ibarətdir və hər birinin çəkisi 4-8 tondur. Onu yerləşdirmək üçün vertolyotdan istifadə edilərək 5-10 saat ərzində quraşdırılmışdır. Üstünlük xüsusiyyəti, tikilinin 53 metrlik antenası nəzərə alınmaqla 264.1 metr yüksəklikdə olan, 57 mərtəbəli tikili inşa edilmişdir. Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Merkuri qülləsi Vikianbarda «Триумф-Палас» ilə əlaqəli mediafayllar var. Rəsmi sayt Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine.
Ankara Palas
Ankara Palas — Türkiyənin paytaxtı Ankarada rəsmi dövlət qonaq evi kimi istifadə edilən tarixi bina. Əvvəlcə Türkiyə Səhiyyə Nazirliyinin binası kimi layihələndirilmiş, 1928-ci ildə tikintisi başa çatdıqdan sonra Türkiyə Böyük Millət Məclisinin deputatları üçün otel kimi istifadə edilmişdir. == Tarixi == Bina 1924–1927-ci illər arasında tikilib. Onun ilk dizaynı memar Vedat Tek tərəfindən hazırlanmışdır. Səhiyyə Nazirliyinə məxsus bina kimi tikintisinə başlandıqdan sonra Vedat bəyin memarlıq haqqı ödənilməmişdir, bu səbəbdən işdən ayrılmışdır. Daha sonra memar Kəmaləddin bəy memar olaraq işə başlamış və onun yenilənmiş layihəsi ilə binanın tikintisi başa çatdırılmışdır. Memar Kəmaləddin bəy bina tikilərkən tikintidə vəfat edib. Vəqflər İdarəsinə verilən mehmanxana 1928-ci il aprelin 17-də 120 yataq yeri ilə istifadəyə verilmişdir. 1930-cu illərdə bina siyasətçilərin, jurnalistlərin və incəsənət xadimlərinin görüş yeri olub, xaricdən gələn rəsmi nümayəndə heyətlərini və qonaqları qəbul edib. Atatürk inqilabları ilə türk cəmiyyət həyatına gətirilən bəzi yeniliklərin ilk olaraq Ankara sarayında başladığı məlumdur.
Palau
Palau — bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın şimalındadır. 1994-cü ildən ABŞ himayəsindən çıxmışdır. Yerli xalq dilində adı Belaudur. Sakit okeanın şimalındadır. 328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir (Melekeok ştatı). Ölkə 16 ştata bölünür. Balıq ovuna lisenziya verilməsi ilə ölkə xeyli xarici valyuta əldə edir.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Pallas
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Polypterus palmas palmas
Polypterus palmas palmas (lat. Polypterus palmas palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinin polypterus palmas növünə aid heyvan yarımnövü.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Kristal Palas FK
Kristal Pelas Futbol Klubu - İngiltərədə London şəhərində yaradılmış peşəkar klub. 1905-ci ildə yaradılan klub kubok oyunlarını öz stadionunda oynayırdı. Lakin Birinci Dünya Müharibəsi səbəbi ilə öz meydançasından aralı qaldı. 1924-cü ildə "Selhurst Park" stadionuna köçmüşdür. 1920-ci ildə ölkədə Southern çempionatı keçirildi və bu mövsümün çempionu Kristal Pelas oldu. Komanda 1964-cü ildən ölkənin əsas turnirlərində iştirak edir. 1992-ci ildə stadionda səhlənkarlıq üzündən baş vermiş yanğından sonra UEFA tərəfindən sərt cəzalandırılmışdır. 1990-91 və 2015-16-cı illərdə İngiltərə FA Kubokunun finalında oynamışdır. Kristal Pelas klubunun adı, 1851-də Londonda sərgi üçün inşa edilən bir şüşə sarayın adından gəlməkdədir.
Marselo Salas
Marselo Salas (isp. José Marcelo Salas Melinao; 24 dekabr 1974[…], Temuko) — keçmiş Çili futbolçusu.
Oksana Paslas
Oksana Paslas (6 iyun 1986 və ya 6 fevral 1986, Lvov) — Ukraynanı təmsil edən bədii gimnast. Oksana Paslas 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Oksana Paslas 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Olena Dziubçuk, Yelizaveta Karabaş və İnna Kojoxina ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Palau bayrağı
Palau bayrağı — Palaunun Dövlət bayrağı
Pallas dırmanantəlxəsi
Pallas dırmanantəlxəsi (lat. Zamenis sauromates) — Suilanıkimilər fəsilsinə aid növ. Bədəninin üst tərəfində 4 tutqun xallar sırası olur. Bel tərəf boyunca iri qəhvəyi-qonur qara romb və ya oval şəkilli xallar olur. Bu xallar qovuşaraq dalğavari zolaq əmələ gətirir. Bədənin yanlarında cavan fərdlərdə aydın nəzərə çarpır. Yetkin fərdlərdə isə ümumi əlvan fonda itir. Bədənin yanlarında yerləşən xüsusi pulcuqlar qırmızımtıl və ya narıncı rəngdə olur. Başın yanlarında tutqun zolaq yaşlı fərdlərdə gözün arxa kənarından ağızın küncünə qədər, cavan fərdlərdə isə sifətin yanlarından burun dəliklərindən başlayaraq gözün ön kənarına qədər aydın nəzərə çarpır. Üstdodaq qalxancıqları yaşlı fərdlərdə açıq- sarı olur.
Pallas murdarçası
Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. Şimali Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür.
Pallas südləyəni
Fişer südləyəni (lat. Euphorbia fischeriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Pallas yemişanı
Pallas yemişanı (lat. Crataegus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Böyük Qafqazın cənubunda rast gəlinir. Yarpaqlari dərin, təxmini orta damarcığadək 5-7-11 hissələrə bölünmüşdür. Meyvələri açıq qırmızı, ellipisvari, 1 çəyirdəklidir. Quru günəşli yamaclarda, palıd və şam meşələrində bitir. Böyük Qafqazda, Naxçıvan MR ərazisində təbii halda rast gəlinir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Palos burnu
Torinyan burnu (isp. Cabo de Palos}}) — İspaniyanın cənub-şərqində yerləşən burun. İnzibati baxımından Mursiya vilayətinin Kartahena inzibati vahidliyinə daxildir. Burun Avropa materikinin ən böyük laqunu olan Mar-Menor və qumlu La-Manqa dilindən cənub-şərqindəyerləşir Bueun qayalıdır və Kordiler-Bekita dağ sisteminin şimal qutaracağını təşkil edir. Palos Kosta-Kalidanın bir hissəsi olsa belə onun sahilləri daşlı və sıldırımlıdır. Burundan şərqdə Ormiqas adası yerləşir (Islas Hormigas) Hələ antik dövrdə Böyük Plini və Postumius Festus Avienus burunda Ball Hamon məbədinin olması haqqında məlumat vermişdir. Roma və Karfagen anlaşmalarında əsrarəngiz burunlardan biri olaraq adı keçir. XVI əsrdə İspaniya kralı II Filipp Bərbər dəniz quldurlarından qorunmaq məqsədi ilə burada istehkam inşa etdirmişdir. 31 yanvar 1865-ci ildə burunda mayak inşa edilmişdir Burun iki dəniz döyüşünün baş verməsi baxımından xatırlanılır.
Panas Saksaqanski
Panas Karpoviç Saksaqanski (3 (15) may 1859 – 17 sentyabr 1940, Kiyev) — Ukrayna və sovet aktyoru, SSRİ xalq artisti (1936) Panas Karpoviç Tobileviç 3 may 1859-cu ildə anadan olmuşdu. Panas Saksaqanski 17 sentyabr 1940-cı ildə vəfat edib.
Polypterus palmas
Polypterus palmas (lat. Polypterus palmas) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
Stefan Kalaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.