Akif Musayev (iqtisadçı)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü.
== Həyatı ==
Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub.
1965–1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə
1967–1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi
1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır
1980–1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent
1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır
1991–1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri.
1999–2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi
2000–2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri
2007–2011 — Azərbaycan Universitetinin Rektoru
2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi
2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri
2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür.
== Mükafatları ==
"Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı.
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı.
== Kitabları ==
Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.