İSMAİL

İbrahim peyğəmbərin Həcərdən olan oğlu və Quranda adı keçən peyğəmbərlərdən biri olmuşdur (Quran, 37: 101). İslam ənənəsində o, ərəblərin ulu babası hesab edilir. Rəvayətlərə görə İbrahim və oğlu İsmail Kəbə evini ilk inşa edənlərdən olmuşdurlar. İbrahim İsmaili qurban vermək istəyəndə möcüzə baş vermiş, bir mələk ona bunu etməyə imkan verməmiş və onun yerinə bir qoçun kəsilməsini əmr etmişdir (Quran, 37: 102-107). Günümüzdə müsəlmanlar o hadisəni bayram kimi qeyd edirlər. Daha sonra Məkkəyə Yəməndən Curhum qəbiləsi gəlmişdir. İsmail onların ən nüfuzlu adamlarından birinin qızı ilə evlənmiş və ondan onun 12 oğlu olmuşdur. Onlardan isə müxtəlif soylar yaranmışdır. Rəvayətlərə görə Məhəmməd peyğəmbər İsmailin Kidar adlı oğlunun soyundan dünyaya gəlmişdir. Bütün peyğəmbərlər kimi İsmail də insanları Allaha inanmağa, Onun qanununa tabe olmağa dəvət etmişdir. Ancaq, insanların çoxu onun dəvətini qəbul etməmişdirlər. O, atası İbrahimin şəriəti ilə hökmlər vermişdir. Rəvayətlərə görə İbrahim vəfat etdikdə İsmail onun dəfnində iştirak etmək üçün Fələstinə getmişdir. Burada o kiçik qardaşı İshaqla görüşmüşdür. Sonralar İsmailin Fələstində atasının məzarını ziyarət etdiyi də rəvayət edilir. Bəzi rəvayətlərə görə o, təxminən 130 yaşında Məkkədə vəfat etmişdir. Kəbənin yaxınlığında anası Həcərin məzarının yanında dəfn olunmuşdur.
İSM
İSMAİLİLƏR
OBASTAN VİKİ
İsmail
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
Namık İsmail
Namık İsmail (türk. Namık İsmail; 1890 – 30 avqust 1935, İstanbul) — Türkiyə rəssamı, yazıçısı, siyası xadimi. Namık İsmail 1890-cı ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atası Altunizadə İsmail Zühtü bəy, anası Amasiyalı Yeğenzadə Hüsnü bəyin qızı Bakiyə xanımdır. İsmail anadan olduqdan az bir vaxt sonra ailəsi ilə birlikdə İstanbula köçür. İlk təhsilə 1896-cı ildə Kabataşda yerləşən "Şemsülmekatip"də başladı; daha sonra Beşiktaşdakı "Hamidiye" məktəbində təhsilini davam etdirdi. Rəsim müəllimi Arslanyanın tələbəsi oldu və məktəbi ikinciliklə bitirdi. Saint Benoit Litseyində oxudu. Qalatasaray Litseyi yanğın sonrası yenidən açılınca, Tofiq Fikrətin müdirliyi sırasında bu litseyi bitirərək orta təhsilini tamamladı. Rəsim müəllimi Şevket Dağdan fərdi rəsim dərsləri aldı.
İsmail Bennaser
İsmayıl Bennaser (fr. Ismaël Bennacer; 1 dekabr 1997, Arl) — Fransada doğulmuş Əlcəzair əsilli futbolçu. "Milan" klubunun və Əlcəzair milli komandasının yarımmüdafiəçisidir. 2019-cu ilin iyul ayının sonunda İsmael Bennaser, 16 milyon avro qarşılığında "Empoli" klubundan İtaliya nəhəngi "Milan" klubuna keçir. Futbolçu ilə 5 il müddətinə və illik 1,6 milyon avro maaşla müqavilə imzalanıb. Transfer müqaviləsində əlavə olaraq 2 milyon avro mümkün bonuslar kimi ödəniş nəzərdə tutulub. 13 yanvar 2023-cu ildə futbolçu "Milan"la müqaviləsini 2027-ci ilə qədər uzadır. Bennaser Fransada anadan olub və ölkənin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. 2016-cı ildə tarixi vətəni Əlcəzairdə oynamağa qərar verib. Sentyabrın 4-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Lesotoya qarşı oyunda, Əlcəzair milli komandasının heyətində debut edir.
İsmail Həniyə
İsmail Həniyə (29 yanvar 1963, Əl-Şati[d], Qəzzə zolağı) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.
İsmail Küçükkaya
İsmail Küçükkaya (d. 20 yanvar 1970, Simav ) — türk jurnalisti və yazarıdır. İsmail Küçükkaya, 20 yanvar 1970-ci ildə Kütahya-da Yunus və Halise Küçükkayanın oğlu olaraq dünyaya gəlib. İbtidai və orta təhsilini Simavda, daha sonra 1993-cü ildə Qazi Universitetinin Ünsiyyət fakültəsinin Jurnalistika fakültəsini bitirib. 2002-ci ildə birinci həyat yoldaşından ayrılan Küçükkaya 10 iyul 2016-cı ildə Eda Demirci müəllimlə ailə həyatı qurub. 2020-ci ilin yanvar ayında Küçükkaya və Demirci boşanıb. O, 2013-cü ilin sentyabr ayından etibarən həftəiçi hər gün səhər saat 08:00-da FOX TV -də "İsmail Küçükkaya ilə Çalar Saat" proqramını təqdim edir. 2019- cu il İstanbul müvəqqəti yerli seçkilərindən əvvəl o, İstanbul 2019 Seçki Xüsusi yayımına moderatorluq edib. 2013-cü ilin sentyabr-2022-ci ilin avqust ayları arasında Fox (Türkiyə)-nin səhər xəbərlərini təqdim edən İsmail Küçükkaya 2022-ci ilin sentyabr ayından Halk TV-nin səhər xəbərlərini təqdim edir. Respublikamız haqqında (2008) Cümhuriyyətin birinci əsri (2012; İlber Ortaylı ilə) Korkma (2016) Biraz Cesaret (2019) Fikri Hür Vicdanı Hür (2020) Qızıl Kəpənək Mükafatı - Ən Yaxşı Kişi Xəbər aparıcısı (2017; namizəd) Türkiyə Qızıl Marka Mükafatı - İlin Televiziya Aparıcısı (2017; qalib) MGD Mükafatı - Ən Yaxşı Səhər Xəbərləri (2018; qalib) İsmail Küçükkaya — X səhifəsi İsmail Küçükkaya ile yapılan bir röportaj 3 Ekim 2014 tarihinde Wayback Machine sitesinde arşivlendi.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.
İsmail Semyonov
İsmail Semyonov (Jırçı İsmail; 3 mart 1891, Uçkulan[d], Karaçayevski rayonu – 1 avqust 1981, Qaraçay-Çerkesiya) — Qafqazda çox məşhur olan "Elbrus", "Aktamak" adlı xalq mahnılarının müəllifi. Onun anası Julduzxan folklor söyləyicisi olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası Unux dövrünün savadlı adamlarından, klassik ədəbiyyatın və ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziya-rət zamanı vəfat etmişdir. Jırçı İsmailin ilk müəllimləri vali-deynləri, ilham mənbəyi isə ətəyində yaşadığı Elbrus dağı, doğma təbiəti gözəllikləri olmuşdur. Digər tərəfdən, ona bu istedad nəsilliklə ötürülmüşdür. İsmail Semyonovun babası xalq jırçısı Kaltur Semyonov olmuşdur.
İsmail Türüt
İsmail Türüt (8 iyun 1965) — Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı — üç oğlan, bir qız — ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
İsmail YK
İsmayıl YK və ya İsmayıl Yurdsevən (5 iyul 1978, Hamm, Şimali Reyn-Vestfaliya) — türk musiqi artisti, musiqiçi, mahnı mətni müəllifi, bəstəkar, tərtibatçı. 2004-cü ildə Avropa Musiqi Etiketi çıxardığı Şappur Şuppur adlı ilk solo albomu ilə Daxildə və Xaricdə rəğbətlə qarşılanmış, ard-arda çıxardığı solo albomlar ilə satış rekordları qırmış və musiqi siyahılarında müvəffəqiyyət qazanmışdır. Albomlarının satış rekordları qırmasının səbəbi universitetlərdə dissertasiya mövzusu belə olub. Etdiyi musiqili işlərin vahid bir tərzə olunmasını "Yanlış və yetərsiz" olduğu əsası ilə rədd edib Sərbəst Türk Musiqisi, Sərbəst İş və ya YK tərzi anlayışları adlandırmışdır. İsmayıl Yurdsevən Qardaşlarının Musiqi qrupunun ən kiçik solistidir. 1968-ci ildə Sivasdan Almaniyaya zavod işçisi olaraq köç edən Əli Rüfət və xanımı Zərifə Yurdsevən cütünün musiqiylə məşğul olan beş uşağından ən kiçiyi olan İsmayıl YK, 5 İyul 1978-ci ildə səhər 05.00-da Almaniyanın hamm şəhərində dünyaya gəlmişdir. Qardaşlarının hamısı musiqiylə məşğul olduğuna görə oyuncaqlarla oynamaq əvəzinə, musiqi enstürmanlarıyla oynamaq onu daha çox xoşbəxt edirdi. 5 yaşında Bağlama, qitara, çalmaya başlayan İsmayıl YK, 7 yaşında qardaşı ilə birlikdə səhnələrə çıxmağa başlamışdır. Məktəbdə, səhnədə hər yerdə istədiyi kimi davranır mahnılar deyərdi. İsmayıl Yurdsevən Qardaşlar olaraq 1985 və 1987 illərində 2 həvəskar albom çıxarmışlar.
İsmail kəndi
İsmail kəndi (Xoy) İsmail kəndi (Qoşaçay) İsmayıl kəndi (Qoşaçay) Mərgən-i İsmayılkəndi — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. İsmayılkəndi-i Yek (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. İsmayılkəndi-i Do (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Molla İsmail (Xoy)
Molla İsmail (fars. ملااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (15 ailə).
Mu İsmail Alaoui
İsmail Alper Coşkun
İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2016)
İsmail Hakkı Uzunçarşılı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
İsmail Hakkı Şen
İsmail Hakkı Şen (1 yanvar 1927, Rizə, Rizə ili – 31 yanvar 2005, İstanbul) — türk teatr və kino sənətçisi. 1958-ci ildən teatrda çalışmağa başlaan İsmayıl Hakkı Şenin əsl peşəsi maşın mühəndisliyi olsa da həyatının böyük bir hissəsini kino və teatra həsr etmişdir. Ankara İncəsənət Teatrı, Ankara Dram Teatrı, Enis Fosforoğlu Səhnəsi, Hadi Zaman Teatrı və Teatr İstanbulda bir çox tamaşada rol alan sənətçi, 150 filmdə oynamışdır.
İsmail Haqqı Durusu
İsmail Haqqı (Durusu) (1871, Zincidərə, Kayseri — 1940, İstanbul), Mustafa Kamal və köməkçilərini Samsuna gətirən Bandırma Gəmisinin kaptanı. 1871-ci ildə Kayserinin Zincidərə diyarında anadan oldu. Atası da onun kimi gəmi kapitanı olan Hacı Əhməd Əfəndidir. O, 1891-ci ildə Leyli Dəniz Ticarəti Məktəbini bitirdi. 24 mart 1892-ci ildə praktikant kapitan olaraq Kayseri gəmisinə təyin edildi. 1892–1893-cü illər arasında, Bahri Cedit (1892), Əli Saib Paşa (1893) və Dolmabağça (1892) gəmilərində üçüncü kapitanlıq vəzifəsini yerinə yetirdi. 1897–1907-ci illər arasında, Şərəf (1897), Mədinə (1897), Məkkə (1899), Saloniki (1900), Kaplan (1900), Sakarya (1901), Bahri Cedir (1905), Sakarya (1907) və Kaplan (1907) gəmilərində ikinci kapitanlıq vəzifəsini yerinə yetirdi. 1 aprel 1915-ci ildə kapitan kimi təyin olunduğu Doğan Gəmisi fırtına nəticəsində Mərmərə dənizində batdı. Osmanlı Seyr-i Sefain İdarəsi tərəfindən vəzifədən kənarlaşdırılıb sorğuya cəlb olundu və prosesin sonunda laqeydliyi olmadığı üzə çıxarıldı və vəzifəsinə geri döndü, Ankara gəmisində ikinci kapitanlıq vəzifəsini icra etdi. 1 may 1919-cu ildə Bandırma Gəmisinin Kapitanı oldu.
İsmail Haqqı Uzunçarşılı
İsmail Haqqı Uzunçarşılı (23 avqust 1888, Əyyubsultan – 10 oktyabr 1977, İstanbul) — Türkiyə siyasətçisi və tarixçisi. 1912-ci ildə Darülfünunun ədəbiyyat bölümünü bitirərək Kütahya edadisi tarix müəllimi təyin olundu. 1921-ci ildə getdiyi Ankarada, ulusal hökumətcə öncə Trabzon Litseyində, sonra Kastamonu edadisində görəvləndirildi. Müəllimliyi çeşidli məktəblərdə sürdürən Uzunçarşılı 1926-cı ildə ibtidai məktəb müdürü, 1927-ci ildə Balıkəsir millətvəkili oldu. Məclis çalışmalarının yanı sıra 1932–1938-ci illər arasında İstanbul Universitəti Ədəbiyyat Fakültəsi Tarix Bölümündə dərslər verdi; Türk Tarix Kurumunda görəv yaptı. 1950-ci ildə millətvəkilliyindən ayrılaraq yalnızca tarix çalışmalarına davam etdi. Kastamonuda çıxan "Açık Söz" qəzetində dərc olunan yazılarla adını duyurdu. İlk çalışmalarını Kastamonu tarixi, Balıkəsir tarixi, Kütahya şəhəri (1932) kimi yerəl tarix araşdırmalarına ayırdı. Daha sonra Anadolu bəyliklərini incələmə mövzusuna girişdiysə də, Osmanlı imperiyasının siyasi tarixinə və dövlət təşkilatına ilişkin kitablarıyla tanındı. 89 yaşında arxivdə çalışırkən hayata gözlərini yumdu.
Əli İsmail Qorxmaz
Əli İsmail Qorxmaz (türk. Ali İsmail Korkmaz; 18 mart 1994, Hatay ili – 10 iyul 2013, Əskişəhər) — O, Taksim Gəzi parkı etirazlarına dəstək üçün qatıldığı yürüşə müdaxilə edən polis və müxalifət qrupları tərəfindən döyülərək öldürülən 19 yaşlı universitet tələbəsi idi. Əskişəhərdə Gəzi Parkı etirazlarına dəstək məqsədilə təşkil edilən yürüş zamanı polisin müdaxiləsi ilə ara küçələrə qaçan fəallardan biri olan Anadolu Universitetinin birinci kurs tələbəsi Əli İsmail Qorxmaz döyüldükdən sonra qruplar tərəfindən polis tərəfindən daha iki dəfə dəyənəklə döyülüb. Döyüldükdən sonra getdiyi xəstəxanada müalicə ala bilməyib və ilk tibbi müdaxiləni cəmi 20 saat sonra alıb. Bu zədələrdən onun beyin qanaması keçirdiyini, 38 gün komada olduğu, lakin 10 iyul 2013-cü ildə dünyasını dəyişdiyi məlum olub. Əskişəhərdə Əli İsmail Qorxmazın ölümü etirazlara səbəb olur və heykəli ucaldılır. Əli İsmail Qorxmazın ölümündən sonra Türkiyənin bir çox vilayətində və ölümündən 40 gün sonra Hatayda da etiraz nümayişləri başlayır. Antalyadan yola düşən və Gəzi Parkı etirazlarında həyatını itirən və yaralananlar üçün "Ədalət naminə, ədalətdən daha sürətli" şüarı ilə yürüşə çıxan Ədalət yürüş komandası 27 iyul 2013-cü ildə Əskişəhərə çatır və Əli İsmail Qorxmazın əskişəhərlilərlə birlikdə döyüldüyü küçədə etirazlara başlayır. Bu etirazdan sonra yürüş qrupu Əskişəhərdən onlara qoşulan 5 nəfərlə Gəzi Parkı Etirazlarında həyatını itirən Ethem Sarısülük öldüyü Ankaraya doğru irəliləyir. Qorxmazın ölümündən sonra Əskişəhərdə Fikri Klublar Federasiyasının (FKF) töhfələri ilə Əli İsmail Qorxmazın heykəli ucaldılıb.
İsmail peyğəmbər
İsmayıl peyğəmbər – İbrahim peyğəmbərin Həcərdən olan oğludur. Həcər Şamın qibtilərin şahı (yaxud bir çoxlarının dediyi kimi Misirin şahı) tərəfindən Saraya bağışladığı kəniz idi. Həcər həmişə Saranın qulluğunda hazır olar və onun evində yaşıyardı. İbrahim öz vətənindən hicrət etdikdən sonra Şamda yaşayırdı. İbrahimin birinci arvadı Sara onun xalası qızı idi. Amma üstündən bir neçə il keçsə belə onların övladı olmurdu. Bu zaman İbrahim Saraya Həcəri ona satmağını təklif etdi ki (Bəzi rəvayətlərdə bunun Sara tərəfindən təklif olunduğu yazılır), onunla evlənsin və bəlkə Allah ona bir övlad mərhəmət etdi. Nəhayət İbrahim Həcər ilə evləndi və ondan İsmail dünyaya gəldi. Bu hadisə Şamda baş verdi. Amma çox çəkmədi ki, İbrahim Həcər və oğlu İsmaili götürüb Məkkəyə gəldi və orada onları sakin etdi.
İsmail (ad)
İsmail — türk kişi adı. İsmail — peyğəmbər, İbrahim peyğəmbərin Həcərdən olan oğlu. İsmail Küçükkaya — türk jurnalisti və yazarıdır. İsmail Türüt — Türkiyə xalq musiqisi sənətçisi.
İsmail Akgül
İsmayıl Akgül (1986, Bolu ili) — məmur və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İsmayıl Akgül 1986-cı ildə Bolu ilində anadan olub. Atatürk Universitetinin Ədliyyə Peşə Liseyindən məzun olub. 9 il mühafizə zabiti olaraq çalışıb. Dövlət Su İşləri (DSİ) Baş İdarəsinin Bolu 53-cü şöbəsində müdafiə rəisi vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Yeşilay Bolu şöbəsinin prezidenti olub. 2023-cü ildə MHP namizədi olaraq Bolu ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
İsmail Özdemir
İsmayıl Özdəmir (1985, Əskişəhər ili[d]) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. İsmayıl Özdəmir 1985-ci ildə Eskişehir ilində anadan olub. İbtidai və orta təhsilini Kayseridə alıb. 2007-ci ildə Ərciyəs Universiteti Maşınqayırma Bölməsindən məzun olub. 2013-cü ildə həmin universitetin magistr dərəcəsi alıb. 2005-2007-ci illərdə ali təhsil alan tələbələrin yeganə təmsil olunduğu Milli Tələbə Şurasının sədri olub. 2007-ci ildə Kayseri Maşın Mühəndisləri Palatasına üzvü olub. Əməyin mühafizəsi, enerji və xarici siyasət mövzuları üzrə araşdırmaları və tədqiqatları olub. 2008-2018-ci illərdə “Ortadoğu” qəzetində məqalələri dərc olunub, “Kutlu Sesleniş” jurnalında isə rəhbər vəzifədə çalışıb. Uzun illərdir MHP üzvüdür.
İsmail Haniyyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
İsmail Haniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
İsmail Həniyyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
Hordeum vulgare var. ismailii
Nizari-İsmaili dövləti
Nizari-İsmaili dövləti (Farsca: دولت اسماعیلیان, اسماعیلیان الموت, دولت اسماعیلیان نزاری; 1090-1256/1258) — İsmaili - Nizari - Həsən Sabbah tərəfindən qurulan və 1256/1258-ci ilə qədər mövcud olmuş Batini teokratik dövləti.
Tegenaria ismaillensis
Tegenaria ismaillensis — Tegenaria cinsinə, Çala hörümçəkləri fəsiləsinə aid Hörümçək növü. Azərbaycanın endemik canlısıdır. Əsasən İsmayıllı ərazisində yayılmışdır və ordada aşkarlanmışdır. Öz adınıda yerin adından götürmüşdür. Kiçik ölçülü hörümçəkdir. Erkəkləri 7,20 mm uzunluğa malik olurlar. Guseinov, Marusik & Koponen, 2005 : Spiders (Arachnida: Aranei) of Azerbaijan 5. Faunistic review of the funnel-web spiders (Agelenidae) with the description of a new genus and species. Arthropoda Selecta, vol.|14, n. 2, p.|153–177 (texte intégral Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine).
İsmail Mutasim Adnan
İsmail ibn Cəfər
İsmail ibn Cəfər əl-Mübarək (721, Mədinə – 751, 755 və ya 762) — İsmaililik inancında 6-cı imam. 719-cu ildə İmam Cəfərin və İmam Həsənin nəvəsi Fatimənin ən böyük oğlu olaraq doğuldu. İsmail atasından əvvəl vəfat etmişdir. İmam Cəfərin ölümündən sonra şiələr üç yerə bölündülər: İmamilər, İsmaililər və Fəthilər. İsmaililər məzhəbinin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə vermişdir. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşmış və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanmışlar.
İsmail ibn Vəhsudan
İsmail ibn Vəhsudan (v. 962) — Salarilər sülaləsindən Azərbaycan hökmdarı, Vəhsudanın oğlu. Haqqında çox məlumat bilinmir. 960-cı ildə Azərbaycanı işğal etmək üçün atası Vəhsudan tərəfindən göndərilmişdi. Cəmi 2 il hakimiyyətdə olmuş və 962-ci ildə vəfat etmişdir.
İsmail kəndi (Qoşaçay)
İsmail kəbdi (fars. اسماعيل كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 206 nəfər yaşayır (60 ailə).