ISP

Internet Service Provider İnternet xidmət provayderi
ISO
ISS
OBASTAN VİKİ
Dirrik ispanağı
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Drakula (film, 1931, İspaniya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. Drakula — Internet Movie Database saytında.
Ermənistan–İspaniya münasibətləri
İspaniya—Ermənistan münasibətləri — İspaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Münasibətlərin əhəmiyyəti ermənilərin İspaniyaya köçürülmə tarixinə əsaslanır. İspaniyada təxminən 40.000 erməni və onların nəsilləri yaşayır. Hər iki ölkə Avropa Şurasının üzvüdür. Ermənistan və İspaniya arasında ilk əlaqə 1382-ci ildə, Kilikiya çarlığının devrilən kralı VI Levon, dövləti bərpa etmək üçün İspaniya kralı I Juandan kömək istəmək üçün İspaniyaya gəldiyi zaman baş verir. İspaniyada V Levon "Madrid Lordu" unvanını alır və I Juan ölümünə qədər İspaniyada qalır. Əsrlər boyu ermənilər müharibədən və qeyri-müəyyənlikdən qurtulmaq üçün İspaniyaya üz tutmuşlar. Bəzi ermənilər 1400-cü illərin sonları - 1500-cü illərin əvvəllərində İspan tədqiqatları dövründə iştirak etmişlər. 1915-ci ildəki Qondarma Erməni Soyqırımı zamanı ermənilərin əksəriyyəti İspaniyaya qaçmadı, əksinə ya Fransaya, ya da ispan dilli Argentina və Uruqvay üz tutdular. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa etdi.
Fandanqo(ispan rəqsi)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
Futbol üzrə İspaniya çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Gilan İspahbadları
Gilan İspahbadları (fars. اسپهبدان گیلان‎) və ya Gilan İspahbadlığı — İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq. Vladimir Minorskiyə görə 11-ci əsrdə qurulan bu knyazlığı ilk Talış dövləti hesab etmək olar. Paytaxtı əvvəlcə Şindan qalası, 14-cü əsrdən etibarən isə Astara olub. Bu dövlət barədə məlumat olduqca azdır. Qətran Təbrizinin divanında Rəvvadi hökmdarı Vəhsudanın Ərdəbilə ordu göndərməsi və oranın hakimini özündən asılı salmasını qeyd etməsi onu göstərir ki, bu dövlət 11-ci əsrdən gec olmayaraq qurulub. Vladimir Minorskinin fikrincə, Gilan və Muğan arasındakı ərazidə uzun müddət mövcud olmuş və hökmdarları ispəhbad və ya sipəhbad tituluna malik olan knyazlıq haqqında ətraflı məlumat demək olar ki, yoxdur. İbn Xordadbehə görə, Muğan Şəklə mənsub idi. 936-cı ilə doğru Muğanın ispəhbadı İbn-Dalüla, Gilanın üsyançı başçılarından olan Ləşkəri ibn-Mərdinin yanında yer alır ve Azərbaycanda kürd kökənli hökümdar Daysam ibn-İbrahimə qarşı çıxır. Yenə Minorksi öz əsərində qeyd edir ki, onların qərargahı Arazın şimal sahillərində idi fəaliyyətləri isə daha çox cənubda, Talışda mərkəzləşmişdi.
Gürcüstan–İspaniya münasibətləri
Gürcüstan–İspaniya münasibətləri — Gürcüstan Respublikası və İspaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstanın Madriddə bir səfirliyi, Barselona və Sevilyada isə konsulluğu vardır. İspaniyanın Gürcüstanda səfirliyi yoxdur, ancaq Türkiyənin Ankara şəhərindəki səfirlik Gürcüstan üçün də akkreditə olunmuşdur. İspaniyanın Tiflisdə bir konsulluğu var. Hər iki ölkə Avropa Şurasının üzvüdür. İspaniya Gürcüstan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildən bəri davam etdirir. Gürcüstanın 2005-ci ildən bu yana Madriddə diplomatik nümayəndəliyi var, lakin İspaniyanın Tiflisdə daimi səfirliyi yoxdur. İspaniyanın Ankaradakı səfirliyi çoxsaylı akkreditasiyaya malikdir. 2014-cü ildə Gürcüstan iqtisadiyyatı 4.8% böyümüşdür. İstehlak, xüsusi sərmayə və ixracatdakı canlanma sayəsində inkişaf baş tutur.
III Filipp (İspaniya kralı)
III Filipp (isp. Felipe III) və ya Dindar Filipp (isp. Felipe el Piadoso) (14 aprel 1578[…], Madrid – 31 mart 1621[…], Madrid) — İspaniya və Portuqaliya kralı. Habsburq sülaləsinə mənsub olan Filipp, İspaniya kralı II Filipplə Müqəddəs Roma imperatoru II Maksimilyanın qızı Annanın oğlu olaraq Madriddə dünyaya gəldi. Urbina Burgos, Rodolfo (2007). "El pueblo chono: de vagabundo y pagano a cristiano y sedentario mestizado". Orbis incognitvs: avisos y legados del Nuevo Mundo (PDF) (in Spanish). Huelva: Universidad de Huelva. pp. 325–346.
III Karl (İspaniya kralı)
III Karl (isp. Carlos Sebastián de Borbón y Farnesio) (20 yanvar 1716[…], Madrid – 14 dekabr 1788[…], Madrid) — İspaniya, Neapol və Siciliya kralı. Mütləqiyyətçi fraksiyadan olan Karl, sonsuz olan ögey qardaşı VI Ferdinandın vəfatının ardından 1759-cu ildə İspaniya taxtına əyləşdi. 1731-ci ildə 15 yaşlı Karl anasının dayısı olan Antonio Farnesinin varissiz vəfatının ardından Parma və Pyaçentsa hersoqu elan edildi. 1738-ci ildə Polşa kralı III Avqustun qızı Mariya Amaliya ilə evləndi. 19 il boyunca Neapolda yaşayan cütlüyün bu nikahdan 13 övladı dünyaya gəlsə də, bunlardan beşi uşaq yaşlarında vəfat etdi. İspaniya kralı olaraq III Karl saray gəlirlərini artıraraq ölkədəki xarici qüvvələrə qarşı güclü islahatlar apardı. Maliyyə və ticarət münasibətlərini nizama salaraq dövlətin kilsə üzərindəki nüfuzunu artırdı. Yezuitlər imperiya torpaqlarından sürgün edildi. İspaniya ordusu və donanması böyüdüldü.
II Filipp (İspaniya kralı)
II Filipp (d. 21 may 1527 — ö. 13 sentyabr 1598) — İspaniya, Portuqaliya, Neapol və Siciliya, İngiltərə və İrlandiya (de-yure) kralı, Milan hersoqu və 17 Niderland əyalətinin lordu. Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. İdarəsindəki imperiya yaşadığı dönəmdə məlum olan bütün qitələri əhatə edirdi. Onun səltənətində İspaniya özünün qızıl dövrünü yaşadı. Səltənəti dönəmində fərqli zamanlarda 5 dəfə maliyyə böhranı yaşandı və hökumət iflas etdi. Bunun əsas səbəblərindən biri isə 1581-ci ildə Hollandiyanın müstəqilliyini qazanması və ticarət limanlarının ispanların əlindən çıxması oldu. 31 dekabr 1584-cü ildə Filipp Quiza hersoqu I Henriylə katolik dünyasının lideri olaraq Convil sülhünü imzaladı. Nəticədə Fransadakı kalvinistlərlə mübarizədə özünə müttəfiq qazandı.
II Karl (İspaniya kralı)
II Karl (isp. Carlos II) və ya Ovsunlu Karl (isp. Carlos el Hechizado) (6 noyabr 1661[…], Madrid – 1 noyabr 1700[…], Madrid) — Habsburq sülaləsinə mənsub son İspaniya kralı. Fiziki qüsurları və ölümünün ardından başlayan taxt mübarizəsi ilə İspaniya tarixində məşhurlaşmışdır. 2 dəfə evlənməsinə baxmayaraq övladı olmamış, 1700-cü ildə vəfatının ardından bacısı Mariya Tereza və Fransa kralı XIV Lüdovikin şəcərəsindən Anjulu Filipp İspaniya taxtına gətirildi. İspaniyada II Karlosun səltənət illəri çox iztirablı keçmişdi. İqtisadiyyat pisləşdi, qıtlıqlar başladı və monarxiyanın gücü zəiflədi. Karlosun ölkəyi idarə edə bilməməsi ciddiyə alınmamasına səbəb oldu. Ölkə əsasən Fransanın təsiri altında qaldı. Hökmdarlığı, İspaniyanın gücünü və prestijini bir xeyli sarsmışdı.
IV Filipp (İspaniya kralı)
IV Filipp (isp. Felipe IV) (8 aprel 1605[…] – 17 sentyabr 1665[…]) — İspaniya və Portuqaliya kralı. Habsburq sülaləsinə mənsub olan Filipp, İspaniya kralı III Filipplə Avstriyalı Marqaritanın oğlu olaraq Valyadoliddə dünyaya gəldi. Səltənəti boyunca incəsənəti və Dieqo Velaskes kimi rəssamları himayə etməsiylə məşhurlaşmışdır. R. A. Stradling, Philip IV and the Government of Spain, 1621–1665. Cambridge: Cambridge University Press, Cambridge 1988, ISBN 0-521-32333-9 Henry Kamen, Spain, 1469–1714: A Society of Conflict. Harlow: Pearson Education (2005). Ruth Mackay, The Limits of Royal Authority: Resistance and Authority in Seventeenth Century Castile. Cambridge: Cambridge University Press (1999). Thomas Munck, Seventeenth Century Europe, 1598–1700.
IV Karl (İspaniya kralı)
IV Karl (isp. Carlos Antonio Pascual Francisco Javier Juan Nepomuceno José Januario Serafín Diego de Borbón y Sajonia) (11 noyabr 1748, Portiçi, Kampaniya – 20 yanvar 1819, Roma) — İspaniya kralı. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Atasının ikinci oğlu olmasına baxmayaraq İspaniya taxtının varisi — infant elan edildi. Çünki III Karlın ilk oğlu Antonio əqli xəstə idi və taxt sırasından çıxarılmışdı. 1788-ci ildə atasının vəfatının ardından İspaniya taxtına əyləşən Karlın səltənəti İspaniya tarixi üçün dönüm nöqtəsi oldu. Belə ki, böyük oğlu və varisi olan İnfant Ferdinand 1807-ci ildə tərtib etdiyi saray çevrilişi ilə atasını hakimiyyətdən devirdi. 1808-ci ilin martında tərəflər arasında bağlanan sazişə əsasən IV Karl öz istəyilə taxtdan çəkildi və oğlu VII Ferdinand adıyla taxta çıxdı. Üstəlik ata-oğul arasında vasitəçi olan, dövrün hegemon qüvvəsi Napoleon Bonapart qardaşı Jozefi də İspaniya taxtının varisliyinə gətirtdi.
I Amadeus (İspaniya kralı)
I Amadeus (isp. Amadeo Fernando María de Saboya) (30 may 1845[…], Turin, Sardiniya Krallığı[d] – 18 yanvar 1890[…], Turin, İtaliya krallığı) — Savoyya sülaləsinə mənsub ilk və tək İspaniya kralı. Atası İtaliya kralı II Viktor Emmanuel, anası isə Müqəddəs Roma imperatoru II Leopold və İnfanta Mariya Luizanın nəvəsi Avstriyalı Adelyadır. II İzabellanın 1868-ci ildə devrilməsi və Fransaya qaçmasının ardından kortes birliyi tərəfindən 1870-ci ildə İspaniya kralı seçildi. Onun İspaniyadakı 3 illik səltənəti şimalda monarxiya tərəfdarlarının üsyanı, Kubadakı azadlıq hərəkatı və respublikaçıların güclənməsi ilə fərqləndi. 1873-cü ildə taxtdan çəkildi və İtaliyaya geri döndü. Beləcə, Birinci İspaniya Respublikası quruldu. Pollock, Sabrina (August 2006). "Spain's Forgotten Queen". European Royal History Journal.
I Lüdovik (İspaniya kralı)
I Lüdovik (isp. Luis Felipe de Borbón y Saboya) (25 avqust 1707[…], Madrid – 31 avqust 1724[…], Madrid) — İspaniya kralı. Atası V Filippin taxtdan çəkilməsinin ardından taxta çıxsa da, cəmi 7 ay sonra vəfat etmişdir. Danvila, Alfonso. El reinado relámpago, Luis I y Luisa Isabel de Orleáns, 1707–1724. Madrid: Espasa-Calpe, 1952. Reprinted as Luis I y Luisa Isabel de Orleans: el reinado relámpago. Madrid: Alderabán, 1997.
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Kosmos Elmləri İnstitutu (İspaniya)
Kosmos Elmləri İnstitutu (isp. Institut de Ciències de l'Espai) — İspaniyada kosmik fizika, astrofizika və kosmologiya sahəsində araşdırmalara həsr olunmuş elmi müəssisə. Kosmos Elmləri İnstitutu Sergey Odintsov kimi bir çox beynəlxalq tanınmış alimləri cəlb etmişdir.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Ukraynanın İspaniya səfirliyi
Ukraynanın İspaniya səfirliyi (ukr. Посольство України в Королівстві Iспанія) — Ukraynanın İspaniyaın Madrid şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il yanvarın 30-da Ukrayna və İspaniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1995-ci ildə isə Ukraynanın İspaniya səfirliyi yaradıldı. Ukraynanın İspaniyada olan fövqəldə və səlahiyyətli səfiri Sergey Poqorelsevdir. O, 2020-ci ildən bu vəzifədədir.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.