İSRAYIL

Yəhudi sözüdür “hökm Allahındır” deməkdir. Yəqub peyğəmbərin ləqəbi olub. Ölkənin adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

İSRAR
İSSN
OBASTAN VİKİ
İsrayıl
İsrayıl — kişi adı. İsrayıl Hacıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Cəfərzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı laureatı.
İsrayıl Cəfərzadə
İsrayıl Namiq oğlu Cəfərzadə (30 sentyabr 2000; Sabunçu rayonu, Bakı, Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrayıl Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Əslən Ağsu rayonundan idi. 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuşdur. O, 2016-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İsrayıl Cəfərzadə həm də sərbəst güləş idman növü ilə də məşğul olmuşdur. Rayonlar arası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunmuşdur. == Hərbi xidməti == O, təhsilini bitirdikdən sonra 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === 2019-cu ildə təhsilini başa vurduqdan sonra İsrayıl həmən il iyul ayında vətənə borcunu vermək üçün əsgəri xidmətə yollanıb.
İsrayıl Hacıyev
İsrayıl Səməd oğlu Hacıyev (28 fevral 2002, Zəyəm Cırdaxan – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C. Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinifə qədər təhsil alıb. 2017-ci ildən 2020-ci ilədək ailə kəndli təsərrüfatında ailəsi ilə birlikdə çalışmışdır. == Hərbi xidməti == İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltif və mükafatları == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.
İsrayıl İsgəndərov
İsrayıl Əfəndiyev
Əfəndiyev İsrayıl Rüstəm oğlu (29 mart 1945, Qazax) — SSRİ Dövlət mükafatı Laureatı, ADNA-nın elmi hissə üzrə prorektoru (1993–1997), ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, İdarəetmə Proseslərinin Avtomatlaşdırılması elmi-tədqiqat institutunun direktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiri, Neft Akademiyası nəzdində "İdarəetmə proseslərinin avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktoru SSRİ Dövlət mükafatı Laureatı, texnika elmləri doktoru, professor Əfəndiyev İsrayıl Rüstəm oğlu informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alimdir. == Həyatı == Professor Əfəndiyev İ. R. 1945-ci il mart ayının 29 — da Qazax rayonunun Sadıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını "Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması" ixtisası üzrə bitirmiş və həmin ildə "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975-ci ildə namizədlik və 1986-cı ildə isə Moskvada D. İ. Mendeleyev adına "Kimya-Texnologiya" universitetində "Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması" ixtisası üzrə "Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1988-ci ildən professordur və ADNA-nın "İstehsal proseslərinin avtomatlaşdırılması" kafedrasının müdiridir. Professor Əfəndiyev İ. R. 1993–1997-ci illərdə ADNA- nın elmi hissə üzrə prorektoru vəzifəsində işləmiş və 1995-ci ildən Akademiya nəzdində Respublika Nazirlər Kabinetinin qərarı ilə yaradılmış "İdarəetmə Proseslərinin Avtomatlaşdırılması" elmi tədqiqat institutunun direktorudur. Professor Əfəndiyev İ. R. elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neftkimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarəedilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir. Professor İ. R. Əfəndiyevin informatika və texnoloji proseslərinin optimal idarəedilməsi sahəsində almış olduğu fundamental elmi nəticələr hələ 1982-ci ildə SSRİ EA-sı prezidiyumunun qərarı ilə "Texniki kibernetika" sahəsində 60 — ildə ittifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir (Bax: Изв. АН СССР "Техническая кибернетика", 1982, № 5). Professor Əfəndiyev İ. R. 1975–1986-cı illərdə apardığı elmi araşdırmalarda keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsaslarını işləmiş, mürəkkəb strukturaya malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif etmişdir (Bax: АН СССР Автоматика и телемеханика, № 2, 1975; АН СССР Автоматика и телемеханика, № 6, 1978; АН СССР Теоретические основы химической технологии, № 2, 1978; АН СССР ТОХТ, № 5, 1980; АН СССР ТОХТ, № 1, 1983; АН СССР ТОХТ, № 5, 1984; АН СССР ТОХТ, № 1, 1986).
Ağanəzər İsrayılov
Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi. Subay idi. == Qanlı Yanvar faciəsi == Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir. Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib. Ailəlidir, 2 qız, 1 oğlan övladı var. == Hərbi xidməti == 1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.