isti-soyuq (uşaq oyunu)

to get hot or cold горячо-холодно (почти отгадать, приблизиться к тому месту, где что-либо спрятано)
isti-soyuq görmək
isti-soyuqdan çıxmaq
OBASTAN VİKİ
Uşaq oyunu (film, 1988)
Uşaq oyunu (ing. Child's Play) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin premyerası 9 noyabr 1988-ci ildə olmuşdur. 9 noyabr 1988-ci il. ABŞ-nin Çikaqo ştatında Çarlz Li Rey adlı qorxulu qatil Mayk Norris adlı detektiv polisə atəş açır. Atəş açılanda Li Rey oyuncaq dükanına girməyi bacarır. Rey Vudu dininnə inanır. Bu səbəbdən oyuncaq dükanına girdikdən sonra Rey ruhunu "a good guy" adlı oyuncaqların birinə verir. Onun ruhu oyuncaqda qalır. Ruhunun oyuncaqdan çıxması üçün təkrar canlı qurban axtarmalıdır.
Uşaq oyunu (film seriyası)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Uşaq oyunu (filmin seriyaları)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Uşaq oyunu 2 (film, 1990)
Uşaq oyunu 2 (ing. Child's Play 2) — 1990-ci ildə çəkilmış "Uşaq oyunu" film seriyalarının ikinci seriyasıdır. Filmin birinci hissəsində baş verən hadisələrdən iki il keçmişdir. Oyuncaq Çakinin kəsilmiş hissələri yığılan zaman onun gözündəki ruh yenidən canlı qurban axtarmaq niyyətindədir. Bu dəfə onun əsas qurbanı Çakinin sirlərini bilən azyaşlı Endi olur. Endinin anası bir müddət psixiatrik xəstəxanada olduğuna görə Endi başqa ailədə qalır. Oyuncaq Çaki bura gətirilən zaman həqiqi Çaki həmin oyuncağı basıdıraraq özünü yenidən oyuncaq kimi təqdim edir. Endi isə onun Çaki olduğunu başa düşərək yenidən və tək mübarizə aparmalıdır. Özgə valideynlər Endinin sözlərinə inanmırlar. Bir müddət keçdikdən sonra qəribə hadisələr baş verir.
Uşaq oyunu 3 (film, 1991)
Uşaq oyunu 3 (ing. Child's Play 3) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film Saturn mükafatı nominasiyasına layiq görülmüşdür. 8 il keçdikdən sonra zirzəmidən tapılmış dağılmış oyuncağı yenidən bərpa edirlər. Həmin oyuncağın içində Rey Li Çarlzın ruhu hələ də yaşayır. Bu dəfə Çakki (Bred Durif) Kent adlı hərbi məktəbdə 15 yaşlı Endini (Castin Ueylin) izləyir. Bununla bərabər Çakki qaradərili uşaq Taylerin (Ceremi Silvers) bədəninə girməyi planlaşdırır... Uşaq oyunu 3 — Internet Movie Database saytında.
İsti qurşaq
İsti qurşaq — İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
İsti dodaqlar
Palicourea elata (əvvəllər Psychotria elata) — adətən "sevgili öpüşü", "isti dodaqlar" və digər oxşar adlarla tanınan tropik bitki. Meksika, Kosta Rika, Ekvador, Panama və Kolumbiya kimi ölkələrdə, Mərkəzi və Cənubi Amerikanın yağış meşələrində yetişir. Bitki özünün aydın formalı qırmızı diş telləri ilə diqqəti cəlb edir və buna görə də "isti dodaqlar" adlanır. Parlaq qırmızı braktlar onun ən əsas xüsusiyyəti hesab edilsə də, onlar bitkinin əsl çiçəkləri deyil, sadəcə ekstravaqant yarpaqlardır. İnsan dodaqları kimi bu bitki də müxtəlif çeşid və formalarda yetişir. "Palicourea elata" yaxşı öyrənilmiş və əsrlər boyu sənədləşdirilmişdir. Bitki yerli icmalar tərəfindən tibbi məqsədlər üçün istifadə edilir. Faydalarına və ümumi görünüşünə görə bitki həddindən artıq yığılır və təhlükə altındadır.
Uşaq
Uşaq — inkişaf mərhələsində olan, yetkin olmayan gənc bir insan. Doğulduğu andan hər bir insan həddi-büluğa çatana qədər uşaq sayılır. Azərbaycanda, adətən, uşaq ilk dişini çıxardıqda hədik bişirilir və qonum-qonşuya paylanır. Uşaq oyunlarından bəhs edərkən onları iki qrupa ayırır ki, onun bu fikirlərini əslində bütün uşaq folkloru nümunələrinə də aid etmək olar: “1) Böyüklərin köməyi ilə oynanan oyunlar. Bu cür oyunlar kiçikyaşlı uşaqlar arasında oynanılır... 2) Müstəqil oyunlar. Bu oyunlar nisbətən böyükyaşlı uşaqlar arasında oynanılır.
Soyuq Müharibə
Soyuq müharibə — sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya müharibəsindən sonra kapitalist ölkələr yeni yaranmış quruluşu hər vəchlə yox etmək istəyirdilər. SSRİ isə əksinə olaraq sosializmi dünyaya yaymaq niyyətində idi. Məhz tərəflərin bu istəklərin onlar arasında Soyuq müharibənin başlanmasına səbəb oldu. Kapitalist Qərbə, iki partiyalı prezident sisteminə sahib olan federal bir respublika olan Amerika Birləşmiş Ştatları, habelə Qərb Blokunun digər Birinci Dünya xalqları, ümumiyyətlə azad mətbuat və müstəqil təşkilatlara sahib olan, ancaq iqtisadi və siyasi cəhətdən banan respublikaları və digər əksəriyyəti Qərb Blokunun keçmiş koloniyaları olan digər avtoritar rejimlər şəbəkəsi ilə birləşdi. İndoneziya və Konqo kimi bəzi böyük Soyuq Müharibə cəbhələri 1947-ci ildə yenə də Qərb müstəmləkəsi idi. Sovet İttifaqı, digər tərəfdən, kiçik bir rəhbərlik etdiyi totalitar bir rejimi tətbiq edən özünü elan etmiş marksist-lenist dövlət idi. komitə, Siyasi Büro.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Soyuq silah
Soyuq silahlar istifadəsi zamanı partlayıcı maddələrdən istifadə olunmayan silah növləridir. Onlar sadə konstruksiyaya malik olub əlbə-yaxa döyüşlərdə istifadə olunurlar. Soyuq silahların tətbiqi əzələ qüvvəsinə əsaslanır.
Soyuq silahlar
Soyuq yovşan
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Soyuq şorba
Soyuq şorba (polşa. Chłodnik, beloru. Халаднік) - həmçinin soyuq borş (lit. Šaltibarščiai, lat. Aukstā zupa) - Şərqi Avropa ölkələrinin milli yeməyidir: Belarusiya, Litva, Latviya, Ukrayna, Polşa. Rusiya mətbəxində bu yemək "svekolnik" də adlanır. Okroşkadan əsas tərkibində ət məhsullarının olmamasıdır. Soyuq şorba adətən qatıqdan hazırlanır. Həmçinin qaymaq və süddən də hazırlana bilər. Bununla yanaşı turşuya qoyulmuş turp və təzə tərəvəzlərdən də istifadə edilir (doğranmış xiyar, soğan və s.).
Soyuq barmaqcıq
Soyuq barmaqcıq lokallaşdırılmış soyuq səth yaratmaq üçün istifadə edilən laboratoriya avadanlığının bir parçasıdır. O, barmağa bənzədiyinə görə belə adlandırılmışdır. Cihaz adətən soyuducu mayenin (soyuq kran suyu və ya bəlkə də daha soyuq bir şey) daxil olub çıxa biləcəyi bir kameradan ibarətdir. Başqa üsulla cihazın soyuq materialla doldurulması ola bilər (məsələn: buz, quru buz və ya quru buz/aseton və ya buz/su kimi qarışıq). Tipik olaraq soyuq barmaqcıq sublimasiya aparatında istifadə olunur. Bundan başqa soyuq suvarmada və ya distillə aparatında kondensatorun kompakt versiyası kimi istifadə edilə bilər. Ticarətdə mövcud olan bir çox fırlanan buxarlandırıcıları soyuq barmaqcıq ilə almaq olar. Fırlanan buxarlandırıcıda kondensator kimi istifadə edildikdə, soyuq barmaqcıqlar −40 °C-ə qədər soyudula bilən su kondensatorları ilə müqayisədə (etilenqlikol/su qarışığı) −78 °C (quru buz) daha aşağı temperaturda soyudula bilər. Əldə edilən aşağı temperatur havaya atılan uçucu materialın miqdarını azaldır.
Soyuq verilənlər
Soyuq verilənlər (ing. cold data) — kompüter yaddaşında nadir hallarda əldə edilən verilənlər. Soyuq verilənlər tez-tez əldə edilən verilənlər olan isti verilənlərin əksidir. Müəyyən təriflər bu cür verilənləri 31 gün əvvəl əldə edilmiş verilənlər kimi təsvir etmişdir. IBM-nin meyarlarında qeyd edilmişdir ki, bu, minimum 90 gün əvvəl əldə edilmiş verilənlərə uyğun gəlir. Saxlama xərclərini optimallaşdırmaq üçün soyuq verilənlər aşağı performanslı və daha ucuz saxlama mühitində saxlanıla bilər. Məsələn, SSD-lər isti məlumatların saxlanması üçün istifadə oluna bilər, soyuq verilənlər isə sərt disklərə, optik disklərə, lentlərə köçürülə və ya bulud yaddaşına köçürülə bilər. İyerarxik yaddaş menecmenti (HSM) verilənlərin idarə edilməsi məqsədləri üçün istifadə olunur. Əsasən, "qaynar" kimi təsnif edilən məlumatlar SSD saxlama mühitlərinə ayrılır. Sonradan, verilənlərin aktivliyi zaman keçdikcə azaldıqca, onlar adi sabit disklərə (HDD) keçirlər.
Soyuq ov
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Azərbaycanın isti ehtiyatları
== Aqroiqlim ehtiyatları == Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir == İsti ehtiyatlar == Ərazinin isti ehtiyatları. Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir.
Bəziləri isti sevir
Bəziləri isti sevir (ing. Some Like It Hot) və ya Cazda yalnız qızlardır (rus. В джазе только девушки) — rejissor və prodüser Billi Uaylderin musiqili komediya filmidir. Bundan başqa bu rejissorun əsas işlərindən birisi və ssenarist İzi Daymondla tandem nəticəsində işlənilmiş ikinci filmdir. Baş rolda Merilin Monro, Toni Körtis və Cek Lemmon oynamışdırlar. Bu filmin ssenarisi Fransada ekranlaşdırılmış "Sevgi fanfaraları" adlı filmin və 1951-ci ildə Almaniyada çəkilmiş eyniadlı remeykin motivləri əsasında yaradılmışdır. Filmdə təhlükəli qanqsterlərdən gizlənmək üçün məcburi şəkildə qadın paltarlarını geyinən iki musiqiçinin macəraları haqqında bəhs edilir. Həmçinin filmdə nümayiş olunan səhnələr ABŞ-də spirtli içkiyə qoyulan qadağa dövrünü əhatə edir. Film geniş ekranlara 29 mart 1959-cu ildə, SSRİ-də isə artıq prokat şəklində 22 avqust 1966-cı ildə çıxarılmışdır. "Bəziləri isti sevir" kinokomediyası uzun illər davam edən studiya sistemindən nəhayət müstəqil prodüserləşdirmə sisteminə keçən zaman, mühüm bir mərhələyə çevrilmişdir.
Dəyirman oyunu
Dəyirman — qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlar dairəvi əyləşirlər. Başçı əlində çubuq, başı papaqsız ortada dayanır. Qalan uşaqların başında papaq olur. Başçı çubuğu yerə vurub uşaqları qorxudur. Hamı əl çala-çala deyir: — Tağı-tağı, tağbatağı… Bu sözləri 4–5 dəfə təkrar edəndən sonra başçı sağdan bir uşağın papağını götürüb öz başına qoyur. Papağı götürülən uşaq da yanında olan uşağın papağını götürüb öz başına qoyur. Bu hərəkət dairənin sonuna qədər gedir. Bu minvalla papaqgötürmə 4–5 dəfə dövrə vurur. Papaqlar tez hərlənir, uşaqlar əl vurub "Tağı-tağı, tağbatağ" deyirlər.
Faytinq oyunu
Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.
Kompüter oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. == Tarixi == İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq, proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu. Şaquli, üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.