istixana

ру парник en hotbed de Frühbeet fr couche es tabla de mantillo it aiola calda
isti suya olan tələbat
istixananın isidilməsi
OBASTAN VİKİ
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
İstixana (Samux)
İstixana — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Samux rayonunun faktiki mövcud olan İstixana kəndi dəqiqləşdirmə qaydasında Qovlarsarı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Qovlarsarı kənd inzibati-ərazi vahidinin İstixana kəndi Ziyadlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Əhalisinin sayı 684 nəfərdir.
İstixana ağqanadlısı
İstixana ağqanadlısı (lat. Trialeurodes vaporariorum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ağqanadlılar fəsiləsinə aid olan növ. Yaşlı fərdin (imaqo) bədəni açıq-sarı, qanadları isə ağ rəngdədir. Dişilərin bədən ölçüsü 1,1 mm, erkəklərin isə 0,9 mm-dir. Ayaqları bozumtul rəngdə olmaqla, əvvəlcə açıq-sarı, 8-10 gündən sonra isə qara rəngdə olur. Yumurtadan çıxan sürfənin (ölçüsü 0,3 mm) ayaqları və bığcıqları görünür. Sürfələr üçüncü yaşda 0,5 mm, dördüncü yaşda isə 0,73 mm ölçüdə olurlar. Yaşlı sürfələrin, nimfa halına keçən vaxtı, qırmızı rəngdə gözləri görünməyə başlayır. Nimfa yaşılımtıl- ağ rəngdədir. Ağqanadlının inkişafı 7 mərhələdə gedir: yumurta, sürfə 1-4 yaş, nimfa və imaqo.
İstixana effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Otöy istixanalar bağı
Otöy istixanalar bağı (fr. Jardin des Serres d'Auteuil Fransızca tələffüz: [ʒaʁdɛ̃ de sɛʁ dotœj]) — Paris şəhərinin Otöy məhəlləsindəki Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Bağın yerləşdiyi ərazi ilk olaraq 1761-ci ildə XV Lüdovikin hakimiyəti altında botanika bağı kimi fəaliyyət göstərmişdir. Bu günkü bağ 1895–1898-ci ildə memar Kamil Formij tərəfindən dizayn edilmişdir. 1998-ci ildə bağ Parisin botanika bağının bir hissəsi oldu. Bağda endemik bitkilərin qiymətli kolleksiyası qorunub saxlanılır. Hal-hazırda Otöy istixanalar bağında bələdiyyə binalarının iç dekorasiyası üçün ildə 100.000 bitki istehsal edilir.

Digər lüğətlərdə