İtdirsəyi
İtdirsəyi - göz qapaqlarının kənarında yerləşən tük kisəsi və piy vəzisinin kəskin iltihabı. Törədicisi stafilokokk bakteriyalarıdır.
== Əlamətləri ==
Göz qapağının məhdud bir nahiyəsi şişkinləşir, ağrılı olur. 2-3 gündən sonra irincik əmələ gəlir, deşildikdə irin ifraz olunur. Maddələr mübadiləsinin pozulması, avitaminoz, qanazlığı, ümumi zəiflik, diabet və s. xəstəliklər itdirsəyinin törəməsinə səbəb olur.
== Müalicəsi ==
İtdirsəyini törədən səbəbləri arada qaldırmaq, xəstəliyin başlanğıcında çay sodası, yaxud kalendula məhlulundan həmin nahiyəyə islatma qoymaq, brilyant yaşılı sürtmək və s. İtdirsəyini sıxdıqda, göz yuvasının fleqmonasına səbəb ola bilər.
== Həmçinin bax ==
Xalyazion
== Ədəbiyyat ==
"Göz xəstəlikləri" - Musabəyli U.S. Bakı 1972
Azərbaycan Sovet Ensiklopediyası V cild, səh.