Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Çərmik
Çərmik (türk. Çermik ) — Türkiyənin Diyarbəkir ilində şəhər və rayon. İnsanlar qədim zamanlardan bu yerlərdə yaşayıblar. Sonradan şəhər müxtəlif dövlətlərin bir hissəsi idi. Qədim Avarn şəhərinin burada yerləşdiyi güman edilir. XVI əsrdən Osmanlı imperiyasının tərkibində olmuşdur.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı rayonu. Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur. Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Etimologiya == "Bərmək" qədim fars dilində "başçı", "rəis", "lider", "rəhbər" kimi mənalara gəlir. Sanskritcədə "pramukha" ( प्रमुख ) kimi səsləndirilən bu söz ərəblər tərəfindən "bərmək" kimi tələffüz edilib. Urdu dilində پرمکھ ("pramukh", "prəmuk") yazılır. Әrəb dilində saitlər yazı zamanı qeyd edilmədiyi üçün bu söz әrәb hәrflәriylә yazıldığda saitlərin dəyişməsi, beləliklə "pərməkeh" → "bərmək" kimi oxunması da mümkündür.
Gərtək (Sərdəşt)
Gərtək (fars. گرتك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (7 ailə).
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çərək pauza
Çərək pauza — uzunluğuna görə çərək nota bərabər olan pauza.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Çərmə (Qars)
Çərmə — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 914 nəfərdir (2022).
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Cermuk
Cermuk, Quşçu — Ermənistan Respublikasında Arpaçayın (Araz hövzəsi) yuxarı axınında, 2100 m yüksəklikdə yerləşən şəhər. 1961-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 173 km məsafədədir. Balneoloji və kurort şəhəridir. == Əhalisi == 1873-cü ilin kameral sayımına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, sağ sahilində, "İstisu" adlanan mineral bulaqların yaxınlığında yerləşən və dövlət xəzinəsinə məxsus İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla toplam 114 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdılar.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Sofiya Cermen
Sofiya Cermen (fr. Marie-Sophie Germain; 1 aprel 1776[…], Paris, Fransa krallığı – 27 iyun 1831[…], Paris, İyul monarxiyası) — Fransa riyaziyyatçısı, mexaniki və filosofu. Zəngin ipək tacirinin qızı olan Mari Sofiya Jermen ailəsinin üç qız uşağından ikincisi idi. O, 1 aprel 1776-cı ildə Parisdə anadan olub. 1789-cu il iyulunda Bastiliya hadisələri zamanı Paris küçələrində başına bir iş gəlməsin deyə Sofiyanın evdən çıxması qadağan edilmişdi. Evdə sıxıldığı münasibətlərdən qaçan Sofiya çarəni atasının zəngin kitabxanasına sığınmaqda görür. Riyaziyyata olan həvəsi qədim yunan riyaziyyatçısı Arximedin Sirakuzanın romalılar tərəfindən istilası zamanı həndəsə məsələsini həll etməyə çalışdığı anda öldürülməsi hekayəsini oxuduğu zaman yaranmışdı. Bu tarixi hadisədən o qədər mütəəssir olur ki, riyaziyyat araşdırmaları ilə məşğul olmağa qərar verir. Sofiya riyaziyyat çalışmaları ilə yanaşı, maraqlandığı sahələr üzrə mətnləri oxuya bilmək üçün latın və yunan dillərini də öyrənməyi düşünürdü. Ancaq atası bu istəyinə etiraz edir.
Xertek Toybuxaa
Xertek Xoybuxaa(rus. Тойбухаа Хертек Коштайович; 1917 – 1981) — Tıvanın görkəmli daş ustası, Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar artisti, Rusiya Sovet Federativ Sosialist Respublikası İ. E. Repin adına Dövlət mükafatı laureatı, Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Tıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatı laureatı. Xertek Toybuxaa 1917-ci ildə Barun-Kemçik rayonunda, Hondelen çayının sahilində bir çoban ailəsində anadan olmuşdur (Kop-Suk kəndi, Bay-Tayqa kojuun). Karyerasına kənddə sadə bir işçi kimi başlamışdır. 1936-cı ildə Xertek Toybuxaa Qızıl-Majalik kəndində bir feldsher-baytar həkimi kurslarını başa vurur və otuz ildən çox Bay-Tayqa rayonunun Qızıldağ kəndində baytar işləyir. 1949-cu ildən etibarən Xertek Toybuxaa müxtəlif sərgilərdə iştirak etməyə başlayır və onun əməyi yüksək qiymətləndirilir. 1964-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul edilir. Tıva və rus təsviri sənətinin inkişafındakı böyük töhfəsinə görə Xertek Toybuxaa "Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar artisti" (1970), "Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti" (1977), 1971.1972-ci illərdə müvafiq olaraq Tıva Muxtar Sovet Sosialist Respublikasının və Rusiya Sovet Federativ Sosialist Respublikasının Dövlət Mükafatlarına lauiq görülmüşdür. Adı respublikanın ən yaxşı məktəblərindən birinə Bay-Tayqa Uşaq Rəssamlıq Məktəbinə verilir. Xertek Toybuxaa köhnə daş kəsici Kujuqet Duktuq-oola çox şey öyrənir.
Yermek Omirtay
Çermen (kənd)
Çermen (Oset. Черменыхъæу) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Çermenski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Vladiqafqazdan 12 km şimalda, Kambileyevka çayının sağ sahilində yerləşir. Kəndin şimal kənarında "Qafqaz" federal magistral yolu keçir və "Çermen" federal postu yerləşir. 1844-cü ildə İnquş zadəganı M. B. Bazorkin tərəfindən təsis edilmişdir. Qismən müasir kəndin yerində Qraf Uvarovun əmlakı var idi. 1944-cü ilə qədər Çermen kəndi Bazorkino adlanırdı və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi və İnquşetiyanın ən vacib siyasi və iqtisadi mərkəzi idi. Xüsusilə, 1917-ci ildə Sovet hakimiyyəti İnquşetiyada ilk dəfə burada elan edildi. Kəndlilər yüksək təhsilli idilər.
Çerek rayonu
Çerek rayonu (kab.-çərk. Шэрэдж район / Шэрэдж куей, qaraç.-balk. Черек район) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kaşxatau qəsəbəsidir. Çerek rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Çeqem rayonu, şimalda Urvan rayonu, şərqdə Leskenski rayonu, həmçinin qərbdə Şimali Osetiyanın Diqora rayonu, cənubdan Gürcüstan. Rayonun sahəsi 2215,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Çerek rayonu Rusiya Federasiyasındakı ən yüksək rayonlarından biridir. Əsas torpaq kütləsi dağlıq zonada yerləşir.
Çerek çayı
Çerek çayı (Qaraç-balk:Шэрэдж) — Kabardino-Balkariyada yerləşən və Baksan çayına tökülən çay. Çerek balkarca və eləcə də türkcə çay deməkdir. Çayın uzunluğu 79 km həcmi isə 3070 км²-dir. Çerek çayı Balkar Çerek (54 km) çayı ilə Bezengi Çerek (46 km) çayının Babukent kəndi yaxınlığında qovuşması ilə formalaşır. Çayın qidalanması əsasən qar və buzlaqlardandır. Çayın üzərində yerləşən yaşayış məntəqələri bunlardır: Babukent, Kaşxatau, Zaragij, Auşiger, Psıqansu, Köhnə Çerek, Aşağı Çerek, Psınabo, Mayskiy.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Getmək fikrində deyiləm
Getmək fikrində deyiləm (ing. Don't Make Me Go) — 2022-ci ildə ekranlara çıxan ABŞ filmi. == Süjet == Beyin xərçəngi diaqnozu qoyulan ata yeniyetmə qızını heç vaxt görmədiyi anasına qovuşdurmaq üçün yol səyahətinə başlayır.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.