itirilmiş görkəmlə

to like a duсk in a thunderstorm с растерянным, жалким, несчастным видом
itirib-axtaran yoxdur*
itkinə düş!
OBASTAN VİKİ
İtirilmiş Pleyada
İtirilmiş Pleyada (ing. The Lost Pleiad, fr. L'Etoile Perdue) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. əsər 1884-cü ildə tamamlanmışdır. Tablo 195,5 × 95 sm ölçüyə malikdir. Əsərdə yunan mifologiyasında Artemidanın rəfiqələri olmuş və sonradan hər biri ulduza dönərək göyə qalxmış yeddi bacılardan — Pleyadalardan biri təsvir edilmişdir. Əsər hazırda şəxsi kolleksiyada saxlanılır.
İtirilmiş cənnət
"İtirilmiş cənnət" (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir. Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir. Poemanı 1640-cı illərin inqilabi hadisələri ilə qismən paraleldir. Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə doğru getdiyini təsdiq edir. Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-biyyətinin təsviri ilə bağlayır.
İtirilmiş klaster
İtirilmiş klaster (en. lost cluster) – əməliyyat sistemi tərəfindən istifadədə olan kimi qeyd olunmuş, ancaq heç bir faylın yerləşmədiyi klaster (diskdə yaddaş fraqmenti). İtirilmiş klaster, adətən, xidməti əməliyyatların düzgün olmayan şəkildə bitirilməsi nəticəsində (məsələn, sistemdən “kobud” surətdə çıxılması, tətbiqi proqramın asılıb qalması və ya yarıda kəsilməsi) yaranan verilənlər “qırıqlarından” ibarət olur. İtirilmiş klasterlər istifadə olunası disk yaddaşının həcmini azaldır. Belə klasterləri aşkarlamaq və onların istifadəsiz olduğunu qeyd etmək üçün Norton Utilities paketinə daxil olan Disk Doctor, Windows əməliyyat sisteminin xidməti utilitlərindən olan SCANDISK kimi proqramlardan istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İtirilmiş nəsil
İtirilmiş nəsil (fr. Génération perdue, ing. Lost Generation) — Birinci Dünya Müharibəsindən sonra meydana çıxmış ifadə. Buradakı “itirilmiş” sözü müharibədən sağ qayıtmış insanların “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” ruhlarına istinad edir. Belə ki, bu nəslin nümayəndələri hələ gənc yaşlarında müharibəyə getməli olmuş, onun dəhşətlərini öz gözləri ilə görmüş, müharibədən sonra isə həyata uyğunlaşa bilməmiş, içkiyə qurşanmış və ya intihar etmişdilər. İfadə əsasən 1920-ci illərdə vətənini tərk edib Parisdə yaşayan amerikalı yazıçılara aid edilir. İfadənin yaranması amerikalı romançı və şairə Gertruda Staynın adı ilə bağlı olsa, Ernest Heminqueyin 1926-cı ildə yazdığı Fiesta romanının epiqrafında işlətdiyi “Siz hamınız itirilmiş nəsilsiniz” cümləsi sayəsində məşhurlaşmışdır. Stayn "siz hamınız itirilmiş nəsilsiniz" cümləsini ilk dəfə Heminqueylə söhbət edərkən səsləndirmişdir. Ümumi götürdükdə, “İtirilmiş nəsil” ifadəsi 1883-1900-cü illər arasında dünyaya göz açmış nəslə istinad edir. "İtirilmiş nəsil" dedikdə Birinci Dünya müharibəsi və ondan bir qədər sonrakı dövrdə yazıb-yaradan insanlar nəzərdə tutulduğu üçün bu nəslə bəzən "Birinci Dünya müharibəsi nəsli" də deyilir.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
İtirilmiş həftəsonu
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir. Ən yaxşı film – Çarlz Brekkett Ən yaxşı kişi roluna görə – Rey Milland Ən yaxşı rejissor işinə görə – Billi Uaylder Ən yaxşı ssenariyə görə – Çarlz Brekkett, Billi Uaylder Ən yaxşı operator işinə görə – Con F. Seits Ən yaxşı musiqiyə görə – Mikloş Roja Ən yaxşı montaja görə – Doan Harrison Əsərin müəllifi : Çarlz Cekson Ssenari müəllifləri : Çarlz Brekkett, Billi Uaylder Rejissor : Billi Uaylder Operator : Con F. Seits Bəstəkar : Mikloş Roja Prodüser : Çarlz Brekkett Rey Milland – Don Birnam Ceyn Uayman – Helen Sent-Ceyms Fillip Terri – Vik Birnam Hovard da Silva – Net Doris Doulinq – Qloriya Frenk Feylen – Bim Nolan Meri Yanq – missis Deveric Anita Bolster – missis Foli Lilian Fonteyn – missis Sent-Ceyms Frenk Ort – asılqançı Lüis L. Rassell The Lost Weekend — Internet Movie Database saytında.
Pandemonium (İtirilmiş cənnət)
Pandemonium (ing. Pandæmonium) — Con Miltonun "İtirilmiş cənnət" epik poemasında cəhənnəmin paytaxtı. "Pandemonium" yunan dilində "hamısı" və ya "hər biri" mənasını verən "παν" və "kiçik mələk" və ya "kiçik ruh" demək olan "δαιμόνιον" sözlərindən gəlir. Xristianlar ikinci sözü "kiçik cin", daha sonra isə "demon" kimi təfsir etmişdir.. Beləliklə, bu söz "Bütün demonlar" kimi tərcümə olunur, lakin "Παν-δαιμον-ειον", yəni "pandemoneyos" sözü "bütün iblislər yeri" kimi də şərh edilir. Con Milton cəhənnəmin paytaxtının adını"İtirilmiş cənnət" əsərində birinci nəğmənin (1667) sonunda yaratmışdır. Burada Mamonanın təklifi ilə "Şeytanın və onun tərəfdaşlarının uca paytaxtı" tikilmişdir. Əvvəl cənnətdə sarayların dizayneri olmuş memar Mulsiber tərəfindən hazırlanmışdır. Roma dövründə Mulsiber tanrı Vulkanın başqa adı idi.
İtirilmiş simvol (kitab)
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
İtirilmiş zamanın axtarışında
İtirilmiş zamanın axtarışında — Marsel Prust həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
Atlantida: İtirilmiş imperiya
Atlantida: İtirilmiş İmperiya (ing. Atlantis: The Lost Empire) — 15 iyun 2001-ci ildə Volt Disney tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. Minlərlə il əvvəl Atlantida, əzəmətin zirvəsini yaşayan çox güclü bir xalq idi. Ancaq Kral və ətrafındakılar, əllərindəki bu yüksək gücü dünyaya hökm etmə məqsədiylə istifadə etmək üçün cəhd etdilər. Bu səbəbdən çox böyük bir döyüş çıxdı və böyük sivilizasiya yer üzündən yox oldu. Nəhəng bir qabarma-çəkilmə dalğası okeanın dərinliklərinə basdırılan sivilizasiya sanki heç vaxt mövcud olmamış kimi itkin düşdü. 1914-cü ildə Xəritə və Dilçilik mütəxəssisi cavan ABŞ alimi Maylo Ceyms Tetç Vaşinqton Muzeyində, itkin qitə Atlanıldısan yerini bildiyi mövzusunda Muzeydəki həmkarlarını razı salmağa çalışır. Babası Taddeus Tetç ona əsrarəngiz bir sivilizasiyadan söz etmiş və "Çobanın gündəliyi" adını daşıyan bu antik kitabın içində qitənin yerinə bağlı açar məlumatın olduğunu izah etmişdir. Ancaq gənc Tetçin ətrafındakı insanlar, eynilə bir zamanlar ulu babalarına baxdıqları kimi ona da ağlını itirmiş kimi baxırlar… «Atlantida: İtirilmiş İmperiya» — Internet Movie Database saytında.
İtirilmiş həftəsonu (film, 1945)
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir. Ən yaxşı film – Çarlz Brekkett Ən yaxşı kişi roluna görə – Rey Milland Ən yaxşı rejissor işinə görə – Billi Uaylder Ən yaxşı ssenariyə görə – Çarlz Brekkett, Billi Uaylder Ən yaxşı operator işinə görə – Con F. Seits Ən yaxşı musiqiyə görə – Mikloş Roja Ən yaxşı montaja görə – Doan Harrison Əsərin müəllifi : Çarlz Cekson Ssenari müəllifləri : Çarlz Brekkett, Billi Uaylder Rejissor : Billi Uaylder Operator : Con F. Seits Bəstəkar : Mikloş Roja Prodüser : Çarlz Brekkett Rey Milland – Don Birnam Ceyn Uayman – Helen Sent-Ceyms Fillip Terri – Vik Birnam Hovard da Silva – Net Doris Doulinq – Qloriya Frenk Feylen – Bim Nolan Meri Yanq – missis Deveric Anita Bolster – missis Foli Lilian Fonteyn – missis Sent-Ceyms Frenk Ort – asılqançı Lüis L. Rassell The Lost Weekend — Internet Movie Database saytında.
İtirilmiş həyat (teleserial, 2017)
Gənc qız illər öncə unudulmayan bir səhv edir. Bu səhv onun keçmişi və gələcəyi arasında sanki bir körpü rolunu oynayır. Bu elə bir səhvdir ki, keçmişinə baxanda keçmişini, gələcəyə baxanda gələcəyini itirməkdən qorxur. Etdiyi səhvə görə bütün doğmalarını itirir. O bir övladı ilə çıxılmaz vəziyyətdə qalır. Nəhayət bir gün özünə iş axtaran zaman keçmişi ilə üzləşir. Bu hadisədən sonra onun əsl həyat mübarizəsi başlayır. Qeyd: Obrazların adı titrlərdəki kimidir.
Atlantida: İtirilmiş imperiya (cizgi filmi, 2001)
Atlantida: İtirilmiş İmperiya (ing. Atlantis: The Lost Empire) — 15 iyun 2001-ci ildə Volt Disney tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. Minlərlə il əvvəl Atlantida, əzəmətin zirvəsini yaşayan çox güclü bir xalq idi. Ancaq Kral və ətrafındakılar, əllərindəki bu yüksək gücü dünyaya hökm etmə məqsədiylə istifadə etmək üçün cəhd etdilər. Bu səbəbdən çox böyük bir döyüş çıxdı və böyük sivilizasiya yer üzündən yox oldu. Nəhəng bir qabarma-çəkilmə dalğası okeanın dərinliklərinə basdırılan sivilizasiya sanki heç vaxt mövcud olmamış kimi itkin düşdü. 1914-cü ildə Xəritə və Dilçilik mütəxəssisi cavan ABŞ alimi Maylo Ceyms Tetç Vaşinqton Muzeyində, itkin qitə Atlanıldısan yerini bildiyi mövzusunda Muzeydəki həmkarlarını razı salmağa çalışır. Babası Taddeus Tetç ona əsrarəngiz bir sivilizasiyadan söz etmiş və "Çobanın gündəliyi" adını daşıyan bu antik kitabın içində qitənin yerinə bağlı açar məlumatın olduğunu izah etmişdir. Ancaq gənc Tetçin ətrafındakı insanlar, eynilə bir zamanlar ulu babalarına baxdıqları kimi ona da ağlını itirmiş kimi baxırlar… «Atlantida: İtirilmiş İmperiya» — Internet Movie Database saytında.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır. Qriqori Plotkin — Petya Zubov, 3 "B" sinif şagirdi (səsləndirmə: Mariya Vinoqradova) Vera Volkova — Marusya Morozova Lidiya Konstantinova — Nadya Mixail Kulayev — Vasya Oleq Anofriyev — qoca Petya Lüdmila Şaqalova — qoca Marosiya Rina Zelyonaya — qoca Nadya Saveli Kramarov — qoca Vasya Sergey Martinson — Prokofi Prokofyeviç Georgi Vitsin — Andrey Andreeviç İrina Murzaeva — Anna İvanovna Valentina Telegina — Avdotya Petrovna Yuri Çekulaev — yük maşınının sürücüsü Vadim Qraçyov — Maslyuçenko, polis serjantı Yevgeni Morqunov — "Moskviç"in sahibi Qriqori Şpigel — "Təcili yardım"ın həkimi Yeva Sinelnikova — ququ quşu (səsləndirmə) Nina Qrebeşkova — Mariya Sergeyevna, 3 "B" sinfinin müəlliməsi Marqarita Jarova — pirojna satan Muza Krepkoqorskaya — Petyanın anası İtirilmiş vaxt haqqında nağıl — Internet Movie Database saytında.
Evdə tək 2: Nyu-Yorkda itirilmiş
Evdə tək 2: Nyu-Yorkda itirilmiş (ing. Home Alone 2: Lost in New York) — 1992-ci ildə çəkilmiş ABŞ filmi. Kevin (Makaley Kalkin) ailəsi bu dəfə Milad bayramında Çikaqodan Floridaya getmək üçün hazırlaşırlar.9 yaşlı Kevin MkKallisters (Makaley Kalkin) məktəbli tamaşası zamanı Kevin (Makaley Kalkin) böyük qardaşı Baz (Devin Retrey) onu solo zamanı alçaldır və Kevin (Makaley Kalkin) onu vurur. O, öz hərəkətlərinə görə üzr istəmir və üçüncü qatda yatmağa cəzalandırılır. Səhərisi gün, hər kəs Hava limanına çatır. Kevin (Makaley Kalkin) isə atası Piter (Con Hed) çantasından baterika daşı axtaraq geridə qalır və başqa təyarəyə minir. Təyarədən enəndən sonra bilir ki, Floridaya yox Nyu-York enib. Bundan sonra o, Midtovn Manhettan Plaza hotelində ev sifariş edir. Daha sonra isə, təsadüfən həbsxanadan yenicə çıxmış Harri (Co Peşi) və Marv (Deniel Ştern) onu görürlər və onu tutmağa hazırlaşırlar. Artıq, bu dəfə Kevin (Makaley Kalkin) evdə deyil, əmisinin evində Harri (Co Peşi) və Marv (Deniel Ştern) qarşı planlar qurur və onların qarşısını alır.
Evdə tək 2: Nyu-Yorkda İtirilmiş (film, 1992)