JELE

[fr.] сущ. желе (емишрин цикай ийидай лахта хьтин недай затӀ).
JELATİNLƏŞMƏK
JELONKA
OBASTAN VİKİ
Jele
Jele (fr. gelée) — kaloidli qida qarışığı (adi meyvələrdən), jelatin əlavəli (pektin, aqar), və bütün kütləni soyuduğu zaman jelatin görünüşü olur. == Haqqında == Jele həmçinin jelatinin buzağın ayaqlarından və başlarından hazırlanır. Şirin jele (fr. gelée), ətli jeledən fərqli olaraq (fr. l’aspic), yeməyin üzərinə tökülməsi isə rus-dilində xolodeç(soyuq) adlanır. Meyvələrdən və giləmeyvələrdən ibarət jele özündə çoxlu pektinləri birləşdirir. Onları jelatin əlavə etmədən də almaq olar çünki pektin ona xüsusi dad verir. Belə jeleləri turş almalardan hazırlayırlar. Jelenin ölçmə dərəcəsi litrdir.
Jelena Karleusa
Yelena Karleuşa Toşiç (serb. Jelena Karleuša Tošić, Јелена Карлеуша Тошић) — Serbiyanın pop müğənnisi.
Jelena Rozga
Jelena Rozga (23 avqust 1977, Split, Dalmatiya, Xorvatiya) — Xorvatiyalı müğənni.
Jeleznik FK
Jeleznik (Belqrad) — Serbiyanın futbol klubu.
Jelezniçar Sarayevo FK
Jelezniçar Sarayevo – Bosniya və Herseqovinanın futbol klubu.
Jeleznodorojnı rayonu (Rostov-na-Donu)
Jeleznodorojnı rayonu (rus. Железнодорожный район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1937-ci ildə təsis edilən rayon. Rayonun ərazisi 69,0 km² təşkil edir. == Tarixi == Rayon ərazisində ilk yaşayış məntəqəsi hələ çoxdan mövcud idi. 1747-ci ildə Don çayının sağ sahilində, Temernik çayının aşağı axarında Qnilovski stanisası inşa edilmişdi. 1864-cü ildə bölgədən dəmir yolu çəkilmişdir. Stansiya və yaşayış məntəqəsi 1937-ci ildə rayon olaraq təsis edilmişdir. Rayonun adı isə onun ərazisindən keçən dəmir yolu ilə əlaqəlidir. == Əhalisi == Rayonun ümumi əhalisinin hər üçündən biri təqayütçüdür. == İqtisadiyyat == Rayonun iqtisadiyyatın mühüm yeri Şimali-Qafqaz dəmir yolları tutur.
Jeleznoqorsk
Jeleznoqorsk — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir
Jeleznoqorsk-İlimski
Jeleznoqorsk-İlimskiy (rus.
Jeleznovodsk
Jeleznovodsk — Rusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir.
Jeleznovodsk Kommünikesi
Jeleznovodsk Kommünikesi, Jeleznovodsk Bəyannaməsi və ya Jeleznovodsk Razılaşması — Rusiya Prezidenti Boris Yeltsin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə müvafiq dövlətlərin arasında keçirilmiş görüşdə qəbul edilmiş birgə sülh razılaşması. Razılıq əldə edilsə də, saziş heç vaxt təsdiq olunmamışdır. == Tarixi == 1988-ci ilin əvvəllərindən başlayan, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar olan Qarabağ münaqişəsi bir sıra mülki şəxslərin ölümünə səbəb olmuşdu. == Mediasiya prosesi == Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə Boris Yeltsin və Nursultan Nazarbayev 1991-ci il sentyabrın 20-23-də Bakı, Gəncə, Xankəndi və İrəvan şəhərlərinə səfər ediblər. Ərazi bütövlüyü, suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquqlarına başlanğıc nöqtə kimi riayət edilməsi kimi prinsipləri rəhbər tutaraq, sentyabrın 22-də Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməsindən sonra irəliləyiş əldə olundu. Bu, tərəflərin növbəti gün birgə razılığına imkan verərək, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu. Vəziyyəti nizama salmaq məqsədilə “müvəqqəti işçi qrupu yaradılır”. Razılığa görə Sovet Ordusu və daxili qoşunlar hələ də münaqişə zonasında qalacaq və proses Rusiya və Qazaxıstan rəsmiləri tərəfindən idarə olunacaqdı. Sülh bəyannaməsi Y.Şapoşnikov, V.Barannikov, S.Voskanyan, M.Gözəlov, V.Cəfərov, R.Köçəryan, L.Petrosyan, M.Radayevin iştirakı ilə müzakirə olunmuş və Boris Yeltsin (Rusiya Federasiyası), Ayaz Mütəllibov (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan) və Levon Ter-Petrosyan (Ermənistan) tərəfindən imzalanmışdı. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişdir.
Jeleznyakov adası
Jeleznyakov adası — ada Şərqi Sibir dənizinə daxil olan Draqosennaya buxtası yerləşir. Bunqe Torpağının şimal-qərindən bir qədər aralıda yerləşir. Yeni Sibir adalarına daxildir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada ilk dəfə 1902-ci ildə Fyodor Andreyeviç Matisen tərəfindən matros Vasili Aleksandroviç Jeleznikovun şərəfinə adlandırılmışdır. Ancaq dənizçinin soyadı səhv tələffüz edilmiş və Jeleznyakov adası kimi adlanmışdır..
Jeleznı Roq
Jeleznı Roq — Taman yarımadasının cənub sahillərində, Taman stansiyasından 10 km cənubda yerləşən burun. Burun dənizə doğru 1.3 km məsafədə uzanır. Maksimal hündürlüyü 65 m-dir. Burunun yuzarı hissəsində üzüm kolları əkilmişdir. Cənub-qərb sahillərində elə də böyük olmayan çimərlik vardır. Jeleznı Roq Kubanda yeganə yerdir ki burada dəmir filizi ehtiyatı vardır. Dəmir filizi səthə yaxın yerləşməsi ilə seçilir. Burada filiz 1932-ci ilə qədər kustar üsulla çıxarılmışdır. == Mənbə == Лотышев И. П. География Кубани. Энциклопедический словарь.
Jelyu Jelev
Jelyu Mitev Jelev (Желю Митев Желев, 3 mart 1935[…] – 30 yanvar 2015[…], Sofiya) — bolqar filosof, siyasi xadim, Bolqarıstanın demokratik yolla seçilmiş ilk prezidenti (1990–1992, 1992–1997). == Həyatı == Jelyu Jelev 3 mart 1935-ci ildə Bolqarıstanın Şumen vilayətinin Veselin kəndində anadan olub. 1954-cü ildə Müqəddəs Oxrodski adına Sofiya Universitetinin fəlsəfə fakültəsini bitirib. 1974-cü ildə fəlsəfə elmləri doktoru adını alıb. 1960–1965-ci illərdə Bolqarıstan kommunist partiyasının üzvü olub. Siyasi baxışlarına görə partiyadan təlxis olunub. Bir çox kitab və məqalə müəllifidir. Ən məşhur əsəri 1982-ci ildə çap olunan "Faşizm" kitabıdır.

Digər lüğətlərdə