JURNAL
JURNALİSTİK
OBASTAN VİKİ
Jurnalist
Jurnalist — Jurnalist xəbər və ya digər cari məlumatları toplayan, yazan və ya ictimaiyyətlə paylaşan bir şəxsdir. Jurnalistin işi Jurnalistika adlanır. Jurnalist ümumi məsələlər ilə işləyə və ya müəyyən məsələlərdə ixtisaslaşa bilər. Amma əksər jurnalistlər ixtisaslaşmağa meyillidirlər və digər jurnalistlər ilə əməkdaşlıq edərək bir çox mövzuları əhatə edən jurnallar və ya qazetlər hazırlayırlar. Məsələn, bir idman jurnalisti idman dünyasında olan xəbərləri işıqlandırır, amma bu jurnalist bir çox fərqli mövzuları əhatə edən qəzetin bir hissəsi ola bilər. 'Müxbir' (jurnalistika) mənbələrində təqdimat etmək, reportajlar aparmaq, araşdırma etmək və hesabat vermək üçün məlumatları araşdıran, yazan və hesabat verən bir növ jurnalistdir. Yazı yazmaq kimi işin istehsal hissəsindən fərqli olaraq bir jurnalistin işinin məlumat toplama hissəsi bəzən reportaj adlanır. Jurnalistlər vaxtlarını xəbər otağında işləmək ilə hadisələrin şahidi olmaq yaxud insanlarla görüşmək arasında bölüşdürə bilər. Müxbirlər xüsusi bir reportaj sahəsində vəzifəyə təyin edilə bilər. jurnalist termininə müxtəlif redaktorlar, rəyçilər, köşə yazarları və vizual jurnalistlər, məsələn, fotojurnalistlər (fotoqrafiyadan istifadə edən jurnalistlər) daxil ola bilər.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti. Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.
Elman Babayev (jurnalist)
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Məmmədov (jurnalist)
Elman Telman oğlu Məmmədov (15 may 1950, Düdəngə, Noraşen rayonu) — Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Şərurun səsi qəzetinin baş redaktoru. Elman Məmmədov Şərur rayonunun Düdəngə kəndində sadə bir kəndli ailəsində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini Düdəngə kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olur. Ailəli olub (həyat yoldaşı 2013-cü ildə vəfat edib), 2 oğlu (1-i 2016-cı ildə vəfat edib), 2 qızı, 10 nəvəsi, 2 nəticəsi var. 1966-cı ilin sentyabr - 1967–ci ilin fevral ayına qədər Rayon pambıqtəmizləmə zavodunda fəhlə; 1967–ci ilin fevral – 1967–ci ilin oktyabrına qədər Düdəngə kəndində Dimitrov adına kolxozun üzvü; 1968-ci ilin oktyabr – 1970-ci ilin mart ayına qədər "İşıqlı yol" qəzetində mürəttib; 1970-ci ilin mart – 1971-ci ilin dekabr tarixinə kimi "İşıqlı yol" qəzetinin mətbəəsində çapçı; 1971-ci ilin dekabr – 1974-cü ilin may ayına qədər "İşıqlı yol" qəzetində çapçı və briqadir; 1974-cü ilin may – 1975-ci ilin avqustuna qədər "İşıqlı yol" qəzetində ədəbi işçi; 1975-ci ilin avqust – 1992-ci ilin sentyabr ayına qədər "İşıqlı yol" qəzetinin şöbə müdiri; 1992-ci ilin sentyabr ayından hal-hazırkı vaxta qədər "Şərurun səsi" qəzetinin baş redaktoru. 4 may 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüş; 21 iyul 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunmuş; 21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adı verilmişdir.
Elxan Əliyev (jurnalist)
Əliyev Elxan Hacıağa oğlu — Azərbaycan Respublikasının əməkdar jurnalisti. Elxan Hacıağa oğlu Əliyev 24 dekabr 1933-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1949-cu ildə musiqi məktəbini, 1950-ci ildə isə orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra təyinatla göndərildiyi Şahbuz rayon gəzeti redaksiyasında məsul katib kimi işə başlamışdır. 1957-ci ildə o, "Şərq qapısı" qəzetində işləməyə göndərilir və 1965-ci ilədək redaksiyada məktublar, mədəni-məişət və kənd təsərrüfatı şöbələrinin müdiri kimi fəaliyyət göstərir. Bu arada o, SSRİ Jurnalistlər İttifaqının üzvü olur. 1965-ci ildən 1972-ci ilədək Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktor vəzifəsində, 1972-1974-cü illərdə isə Azərbaycan KP Naxçıvan şəhər Komitəsi şöbə müdiri vəzifəsində çalışır. Jurnalistika sahəsində zəngin təcrübəyə malik olduğu, işgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1974-cü ilin mart ayında Naxçıvan MSSR Nazirlər Soveti Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin olunur. Elə həmin il o, Ulya Noraşen seçki dairəsindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir. 1989-1992-ci illərdə o, jurnalist fəaliyyətinə qayıdaraq Naxçıvan Muxtar Respublikasının "Şərq qapısı" qəzetinin baş redaktor müavini vəzifəsində işləmişdir.
Emin Axundov (jurnalist)
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. Ailəlidir, üç övladı var. 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Hüseynov (jurnalist)
Emin Rafiq oğlu Hüseynov (4 dekabr 1979, Bakı) — azərbaycanlı jurnalist, insan hüquqları üzrə aktivist. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri. Azərbaycanda həbs olunmaqdan yayınmaq üçün, o, gizlənməyə məcbur oldu. Müəyyən müddətdən sonra Emin Hüseynov Azərbaycandan qaçdı və hal-hazırda İsveçrədə məcburi köçkün kimi yaşayır. Azərbaycanda baş verən böyük problemləri Avropa qurumlarında və məhkəmələrində dəfələrlə öz sübutu ilə açıqlamaya çalışıb. Emin Hüseynov 4 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurub. 2002-2005-ci illərdə Bakıda yerləşən Turan İnformasiya Agentliyində işləyib.[1] 2006-cı ildə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təsisçi üzvü və sədri oldu.[2][1] O, 2014-cü ildə gizlənənə qədər sədr vəzifəsində qalıb. 2008-ci ildə İTV telekanalının monitoru olub. 2010-cu ildə O, Objective TV-nin təsisçi üzvü və sədri oldu.[1] O, Amerika vətəndaşı olan Sarah Paulsworth ilə evlidir.[3] 2008-ci ildə Hüseynov dinc aksiyaların Azərbaycan polisi tərəfindən dağıdılması barədə məlumat verib.
Etibar Məmmədov (jurnalist)
Etibar Məmmədov (Etibar Teyyub oğlu Məmmədov; 27 noyabr 1975, Kirovabad) — Azərbaycan jurnalisti, teleaparıcı, araşdırma, ictimai-siyasi, xəbər və sənədli jurnalistika üzrə ekspert, sənədli filmlər rejissoru. Etibar Məmmədov 1975-ci il noyabrın 27-də Gəncə şəhərində anadan olub. 1982–1992-ci illərdə Gəncə şəhəri 4 nömrəli orta məktəbdə orta təhsil alıb. 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politogiya İnstitutunun politologiya fakültəsində bakalavr pilləsində, 1997–1999-cu illərdə isə həmin institutun "Magistratura" şöbəsinin "Milli Təhlükəsizlik və siyasi strategiya" ixtisasında təhsil alıb. Bakalavr və magistr pillələrində təhsilini əla diplomla başa vurub. Ailəlidir, iki övladı var. 1998–2002-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin tərkibində "ANC ÇM" radiosunda "İsti-isti" ictimai-siyasi verilişinin və Xəbərlərin aparıcısı, 2000-ci ildən isə ANS TV-də "Xəbərçi" proqramı və "Nəzər Nöqtəsi" verilişinin aparıcısı və aparıcı redaktor olub. 2002–2008-ci illərdə ATV telekanalının Xəbərlər Xidmətində çalışıb. Telekanalın Xəbərlər Xidmətinin əsas qurucularından biridir. "Son Xəbər" informasiya buraxılışının və "Həftə Sonu" analitik-informasiya buraxılışının aparıcısı olub.
Hacı Hacıyev (jurnalist)
Hacı Əliheydər oğlu Hacıyev (18 fevral 1925, Bakı – 23 fevral 2008, Bakı) — tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sədri (1989–2006), Azərbaycanın əməkdar jurnalisti (1985). Hacı Hacıyev 1925-ci il fevralın 18-də Bakı şəhərində kommersant ailəsində anadan olmuşdur. Burada şəhər məktəbində orta təhsilini başa vurmuşdur (1943). Bakıda emal sexində hesablayıcı işləmişdir (1942). Ordu sıralarında xidmət etmişdir (-1950). Tərxis olunandan sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1950–1957). "Azərbaycan gəncləri" qəzetində ədəbı işçi, şöbə müdiri (1950–1953), Azərbaycan radiosunda məsul redaktor və baş redaktor (1953–1959), Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı nəşriyyatında redaktor (1959–1961), "Ekran" Yaradıcılıq Birliyinin sədri (1968–1970) , Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" jurnalında baş redaktor (1970–1974) vəzifələrində çalışmışdır. Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi (1974–1989) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin sədri olmuşdur (1989–2006). 2006-cı ildən qurumun fəxri sədri seçilib.
Həmid Həmidov (jurnalist)
Həsən Həsənov (jurnalist)
Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017). Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir. "Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub. "Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.
Həsən Məmmədov (jurnalist)
Həsən Səməd oğlu Məmmədov (10 aprel 1930, Şamaxı, Çuxuryurd) — jurnalist, şair. Həsən Səməd oğlu Məmmədov 10 aprel 1930-cu ildə Şamaxının Çuxuryurd kəndində anadan olub. Çox zəngin və maraqlı həyat yolu olan Həsən Məmmədov ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, lakin cəmi dörd sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Həsən Məmmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin sonradan jurnalistika şöbəsində oxuyub. 1954-cü ildə universiteti bitirəndən mətbuatda çalışan H.Məmmədov jurnalist kimi ilk dəfə "Azərbaycan pioneri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Dəmirçi" kino-ssenarisi çap edilən Həsən çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Həsən Məmmədov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək ikinci mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Həsən bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Darıxmışam" (1962), "Gözəlliklər şəhəri" (1964), "Sən belə deyilsən" (1966), "Sarı çiçək" (1968) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Həsən iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
Jurnalist Həmkarları İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Əməkdar jurnalist
Azərbaycan Respublikasının əməkdar jurnalisti — uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri ad.
Murad Əliyev (jurnalist)
Mübariz Əhmədov (jurnalist)
Əhmədov Mübariz Ataxan oğlu (12 iyun 1969, Musalı, Saatlı rayonu – 13 sentyabr 2023, Bakı) — fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq Münasibətlər, Regionşünaslıq və Jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti. 1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan "Azərbaycan" qəzetinin təsisçisi və ilk baş redaktoru.[mənbə göstərin] Mübariz Əhmədov 12 iyun 1969-cu ildə Saatlı rayonunun Musalı kəndində dünyaya gəlib. Udlu tayfasının Qızılquş Əhməd nəslindəndir. Atası 1914-cü ildə anadan olmuş Əhmədov Ataxan Mansur oğlu 15 yaşındaykən Güney Azərbaycanın Biləsuvar rayonunun Udlu kəndindən təxminən 1929–1930-cu illərdə Qüzeydəki Biləsuvarın Ağpost (hazırda bu kənd Nərimankənd adlanır) kəndinə xalasına sovqat gətirib geri qayıdanda sərhəddən buraxılmayıb. O, 1937-ci ildə bu kəndin bir çox sakinləri ilə birgə güya İrana keçmək cəhdinə görə siyasi motivlərlə Cənubi Qazaxıstana sürgün olunub. 1959-cu ildə bəraət alaraq, ailəsi ilə birlikdə Azərbaycanın Saatlı rayonunun Musalı kəndinə gəlib və orada məskunlaşıb. Mübariz Əhmədov 1983-cü ildə Saatlı rayonu Nərimankənd orta məktəbinin 7-ci və 1984-cü ildə Saatlı şəhər M. Əzizbəyov adına orta məktəbinin 8-ci sinfini, 1988-ci ildə Əli Bayramlı (Hazırda Şirvan şəhəri) Sənaye Texnikumunu bitirib hərbi xidmətə yollanıb. 1988–1991-ci illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında xidmət edib, 1998-ci ildə Rusiyada (Vladivostok şəhərində) Uzaq Şərq Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Tələbəlik illərində "Avanqard" adlı qəzetlə əməkdaşlıq edib, "Primoriya Azərbaycan Diasporu" ictimai təşkilatının yaradılmasında fəal iştirak edib. 1999-cu il 18 mayda Vladivostokda "Azərbaycan" ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis edib və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlayıb.
Məmməd Məmmədov (jurnalist)
Məmməd Məmmədov (tam adı: Məmməd Yarəli oğlu Məmmədov; d.4 iyul 1962; Şərur, Çərçiboğan k. − ö. 21 may 2011) — 2010-cu ilin noyabr ayında üçüncü dəfə Ali Məclisin deputatı seçilmişdi. Azərbaycan Respublikasının əməkdar jurnalisti olmuşdur. Məmməd Məmmədov 1962-ci il iyul ayının 4-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1969–1979-cu illərdə Çərçiboğan kənd orta məktəbində ilk təhsilin alıb, 1979-cu ildə Naxçıvan Dövlət Universitetinin (o vaxtkı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) tarix ixtisasına qəbul olunub və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən doğulduğu kənddə tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə ikinci təhsilini almışdır. Məmməd Məmmədov orta məktəbdə oxuduğu illərdən jurnalistliyə böyük həvəs göstərmiş, şagird ikən "Şərq qapısı"nda, rayon qəzeti "İşıqlı yol"da müxtəlif mövzuda yazıları dərc olunub. Jurnalistikaya marağı onu elə bu sahəyə yönləndirmişdir.
Namiq Əhmədov (jurnalist)
Namiq Qədim oğlu Əhmədov — Əməkdar jurnalist. Namiq Əhmədov (Qədimoğlu) 1 sentyabr 1959-cu ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Orta təhsilini Alakol kənd orta məktəbində alıb. 1977-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 1982-ci ildə təhsilini başa vurub. Ailəlidir, 3 övladı var. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbə olarkən mətbuatda çalışmış, universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetinin müxbiri olmuşdur. Azərbaycan radiosunda və müxtəlif media qurumlarında ardıcıl çıxış etmişdir. 1982-ci ildə universiteti bitirdikdən sonra könüllü olaraq orduya zabit səfərbərliyininə qoşulmuş, Sibir, Belarus, Uzaq Şərq hərbi dairələrində "Sovetskiy voin", "Suvorovskiy natsk" kimi ordu qəzetlərində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Hərbi xidmətdən sonra Sov. İKP MK-nın Bakı Ali Partiya Məktəbinə göndərilmişdir.
Namiq Əliyev (jurnalist)
Nizami Məmmədov (jurnalist)
Məmmədov Nizami Şamil oğlu (21 mart 1933, Bakı – 20 aprel 1974, Bakı) — Radio və televiziya diktoru, səs tembrinə görə Azərbaycanın "Levitanı" adlandırılırdı. Jurnalist, filologiya elmləri namizədi. Məmmədov Nizami Şamil oğlu 1933-cü ilin mart ayının 21-də Bakıda dövlət qulluqçusu ailəsində anadan olmuşdur. İstedadlı jurnalist, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin diktoru, SSRİ Jurnalistlər İttifaqının üzvü (1960), filologiya elmləri namizədi (1974). S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şö’bəsini (1956) və Bakı Ali Partiya Məktəbini (1971) bitirmişdir. 1951-ci ildən Azərbaycan radiosunda diktor işləməyə başlamış, 1958-ci ildən xarici ölkələrə radio yayımı redaksiyasında böyük redaktor vəzifəsində çalışmış, 1968-ci ildə Azərbaycan televiziyasında diktor tə’yin edilmişdir. O, Böyük Vətən müharibəsinə həsr olun: muş bədii və sənədli filmlərdə məşhur diktor, SSRİ xalq artisti, Ümumittifaq radiosunun diktoru Yuri Borisoviç Levitanı (1914-1983) dublyaj etmişdir. Çox çəkmədən respublikada bir diktor kimi məşhurlaşan Nizami Məmmədovu “Azərbaycanın Levitam” adlandırmışlar. Nizami Məmmədov Azərbaycan radiosunda Gənclər üçün Verilişlər Redaksiyasında (1962-1964), Cənubi Azərbaycan redaksiyasında böyük redaktor işləmiş, televiziyaya yenidən diktor vəzifəsinə qayıtmış, 1971-ci ildən ömrünün sonunadək “Gənclik” redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. İste’dadlı jurnalist işlədiyi dövr ərzində “Tələbə klubu”, “Nəsillərə nümunə”, “Hünər”, “İlham”, “Sabahın ustaları”, “Məş’əl” silsilə verilişlərinin və “Zaqatala qızıl gülü” televiziya filminin ssenari müəllifi olmuşdur.
Nurəddin Babayev (jurnalist)
Nurəddin Həsən oğlu Babayev (23 mart 1921, Gəncə – 25 sentyabr 1991) — yazıçı-jurnalist, alim, professor (1981), publisist, pedaqoq, Əməkdar incəsənət xadimi (1982). Nurəddin Babayev 23 mart 1921-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Həsən Babayev və Zəhra Babayevanın ailəsində intellektual mühitdə böyüyən Nurəddin Babayevin böyük əmisi Çar ordusunun generalı olmuşdur. O, uşaq yaşlarında olarkən ailə Bakı şəhərinə köçmüş və Babayev orta məktəbi burada bitirmişdir. Ali təhsilini 1944-1949-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alan Nurəddin Babayevə o dövrün tanınmış ədib və mütəfəkkirlərindən dərs almışdır. Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və başqaları Nurəddin Babayevin həyatında böyük rol oynayıblar. Nurəddin Babayev jurnalistlik fəaliyyətinə 1940-1941-ci illərdə "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi başlamışdır. 1941-1943-cü illərdə II Dünya müharibəsi dövründə ön cəbhədə döyüşlərdə iştirak etmiş, ağır yaralanaraq baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. Nurəddin Babayev 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda, olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Nəcəf Nəcəfov (jurnalist)
Nəcəfov Nəcəf Adil oğlu (24 iyun 1955, Bakı – 17 dekabr 1999, Bakı) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri. Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda fəhlə ailəsində anadan olub. Xalq Təsərüffatı İnstitutunu bitirib. 1980-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib və 1986-cı ilə kimi bu vəzifəni yerinə yetirib. Həmin il "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub. 1986–1989-cu illərdə "Molodyoj Azerbaydjana" faktiki olaraq Respublikanın mərkəzi qəzetinə çevrilib. 1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet erməni separatçılarının Azərbaycana elan etdiyi ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N. Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib.
Oktay Məmmədov (jurnalist)
Oktay Aydın oğlu Məmmədov (15 iyul 1951, Qaraçala, Salyan rayonu – 20 yanvar 2009, Bakı) — "Əməkdar İncəsənət Xadimi", "Tərəqqi" medalı mükafatçısı, "Media Açarı" mükafatçısı, məşhur fotoqraf. Oktay Məmmədov 1951-ci il iyunun 15-də Salyan rayonu Qaraçala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968–1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1975–1976-cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub. 1976–1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən ("Azərinform") Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb. Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.
Rafael Hüseynov (jurnalist)
Rafael Hüseynov — Rusiyanın Əməkdar mədəniyyət işçisi, Rusiya Jurnalistlər İttifaqının katibi, “Vətən qarşısında xidmətlərə görə” ikinci dərəcəli medal təltifçisi, RF Jurnalistlər İttifaqının Moskva bölməsinin idarə heyətinin üzvü. Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaydjana”, “Komsomolskaya pravda”, “Trud” və digər qəzetlərdə, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir. Moskvada keçirilən “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatında çıxış edən Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatırlayır: Гусейнов Рафаэль Джагидович Секретарь Союза журналистов России.
Rasim Quliyev (jurnalist)
Rasim Quliyev (tam adı: Rasim Vaqif oğlu Quliyev; 30 avqust 1970, Şahbuz rayonu) — Azərbaycanlı siyasətçi, jurnalist, dövlət məmuru. Rasim Vaqif oğlu Quliyev 30 avqust 1970-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Şahbuz rayonunda anadan olub. 1977–1987-ci illərdə Qarababa kənd orta məktəbində orta təhsil alıb. 1988-ci ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunub, 1993-cü ildə Geofizik-Mühəndis ixtisası üzrə bitirib. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. Jurnalist Bəhruz Quliyevin böyük qardaşıdır. 1988–1993-cü illərdən başlayan Azərbaycan Milli Azadlıq Hərəkatı dövründə tələbə hərəkatının aktiv liderlərindən biri kimi SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən dəfələrlə millətçi adı ilə təqib, təzyiqlərə məruz qalıb və dəfələrlə siyasi mövqeyinə görə qısamüddətli həbs olunub. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 1999-cu il YAP-ın 1-ci qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. O dövrdə Heydər Əliyevin qatı tərafdarı kimi siyasi fəaliyyət göstərmiş, "yaş senzinin ləğvi" ilə bağlı mitinqlərdə aktiv iştirak edib. 1992-ci ilin 30 dekabrında həmin dövrün hakimiyyəti tərəfindən həbs edilib və ölkədə demokratiyanın, insan haqlarının, söz azadlığının bərqərar olunması tələbi ilə həbsxanada aclıq aksiyası keçirmişdir.
Data jurnalistika
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data jurnalistikası
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Elmi jurnalistika
Foto-jurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Fərəc Fərəcov (əməkdar jurnalist)
Fərəc Fərəcov (azərb. Fərəcov Fərəc Rza oğlu;‎1947, Yaycı, Culfa rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikası əməkdar jurnalist Fərəc Fərəcov 1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. 1971-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib. 7 il Naxçıvan Mətbuat Şurasının sədri vəzifəsində çalışıb, onun təşəbbüsü ilə "Muxtar respublika mətbuatı: Dünən və bu gün", "Jurnalist" kitabları çap olunub. Ədəbi fəaliyyəti ilə yanaşı, muxtar respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. İkinci, üçüncü, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub və hazırda beşinci cağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Hüquq jurnalistikası
Hüquq jurnalistikası, ictimai və ya siyasi məqsəd üçün qəsdən və şəffaf şəkildə qərəzsiz bir nöqteyi-nəzərdən qəbul edilən jurnalistika janrıdır. Çünki, həqiqətə uyğun və təbliğatdan fərqlidir. Həm də medianın qərəzli olması və mediada obyektivliyin olmaması hallarından fərqlənir, çünki qərəz olduğu ehtimal olunur. Bəzi insan haqları jurnalistləri ənənəvi obyektivlik idealının ya bütövlükdə, ya da reklamda korporativ sponsorların olması səbəbindən mümkün olduğunu inkar edirlər. Bəziləri ictimai marağın fərqli şəffaf baxışları olan müxtəlif KİV-lər tərəfindən daha yaxşı təmin olunduğunu və ya təbliğat jurnalistikasının makkraker və ya məlumat verən kimi eyni rol oynadığını düşünürlər. Müstəqil Media Mərkəzi olan "alternativ" jurnalist kooperativinin bir yazarı fəaliyyətə çağırışda aşağıdakıları yazır: Jurnalistikanın klassik prinsipləri obyektivlik və neytrallıq tələb edir. Bunlar artıq ümumdünya hörməti olmayan köhnəlmiş prinsiplərdir … Onlara bağlılığımızı hiss etməməliyik. Əgər biz hər zaman mənalı dəyişiklik etmək istəyiriksə, təbliğat jurnalistikası zəruri təşkilatı təmin edən ən vacib element olacaqdır. Buna görə də, təbliğat sahəsində uğurlu jurnalist olmağı öyrənməyimiz çox vacibdir. Çoxları üçün bu, məqsədləri müəyyənləşdirmək və əldə etmək üçün fərqli bir yol tələb edəcəkdir.
Hərbi jurnalistika
Hərbi jurnalistika — müharibə yaxud hərbi konflikt hallarında münaqişə zamanı əsgərlərlə birgə hərəkət edən və hadisəni onların aspektindən görüb-yansıdan müxbirlər üçün işlədilən termindir. Bu termin haqqındaki qavramlar əvvəllərə dayansa da, mübahisəli şəkildə yayılması 2003-cü ildə başlayan İraq savaşında oldu. Bir çox qələm əhli üçün hərbi jurnalistika sivillər və ordu arasındaki əlaqələri qaydaya salan bir yol idi. Buna görə də bu jurnalistika metodunun geniş istifadə olunduğu zamanlar 2-ci Dünya Müharibəsinə təsadüf edir. Müharibə zamanlarında SSRİ bu metoddan istifadəylə həmin illəri əhatə edən 208 film çəkmişdir və bu günümüzə qədər gəlib çatmışdı. Yazıçılar üçün bu hal Böyük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələr və Jurnalistlər arasındaki münasibətin müsbət olduğunun göstəricisidir. 2003-cü ilin martında -müharibə başlayan zaman- 775 jurnalist və fotoqraf müharibə müxbiri olaraq iştirak etdi. Bu korrespondentlər (müxbirlər) hərbi şöbə ilə müqavilələr bağladılar. Orduların yerləşdiyi məkan, planlaşdırılan əməliyyatlar və silahlar haqqında məlumatları əks etdirən informasiyaları yaymayacaqlarına dair söz verdilər. Müharibə müxbirlərinin hazırlığı 2002-ci ilin, noyabr ayında müharibə başlamazdan əvvəl başlandı.
Jurnalistika
Jurnalistika — hadisələrin, faktların, ideyaların və insanların qarşılıqlı əlaqəsi haqqında "günün xəbəri" olan və cəmiyyəti ən azı müəyyən dərəcədə dəqiqliklə məlumatlandıran reportajların hazırlanması və yayılması. İsim olan bu söz peşəyə (peşəkar və ya həvəskar), məlumat toplamaq üsullarına və ədəbi üslublara aid edilir. Jurnalistika üçün uyğun rol ölkədən ölkəyə, peşə haqqında təsəvvürlərə və nəticədə statusa görə dəyişir. Bəzi ölkələrdə xəbər mediası hökumət tərəfindən idarə olunur və müstəqil deyil. Digərlərində xəbər mediası hökumətdən müstəqildir və özəl sektor kimi fəaliyyət göstərir. Bundan əlavə, ölkələr söz azadlığı, mətbuat azadlığı, eləcə də böhtan ilə əlaqədar qanunları fərqli tətbiq edə bilər. İnternetin və smartfonların yayılması XXI əsrin əvvəllərindən bəri media mənzərəsinə əhəmiyyətli dəyişikliklər gətirmişdir. Bu, çap media kanallarının istehlakında dəyişiklik yaratmışdır, çünki insanlar qəzet, jurnal və ya televiziya xəbər kanallarının ənənəvi formatlarından fərqli olaraq elektron kitablar, smartfonlar və digər şəxsi elektron cihazlar vasitəsilə xəbərləri getdikcə daha çox istehlak etmişdilər. Xəbər təşkilatları rəqəmsal qanadlarından tam şəkildə pul qazanmaqla yanaşı, dərc edərək yayımladıqları kontekstdə improvizasiya etməkdə də çətinlik çəkirlər. Qəzetlər çap gəlirlərinin rəqəmsal gəlirlərin artım sürətindən daha sürətlə azaldığını görmüşdülər.
Jurnalistika sosiologiyası
Jurnalistika sosiologiyası — jurnalistikanı sosial bir fenomen olaraq araşdıran, sosioloji metodların onlarla işləməkdə tətbiqi, jurnalistlərin və kütləvi informasiya vasitələrinin auditoriyasının sosial düşüncəsinin xüsusiyyətləri və s. kimi araşdıran xüsusi bir sosioloji sahədir. Sosiologiya və jurnalistika, ortaqlıqlarının inkişaf etdirildiyi üçün fərqli, lakin yaxın bilik sahələri kimi fəaliyyət göstərir: Kütləvi informasiya vasitələri yeni sosioloji məlumatlar yayırlar - yəni sosioloji məlumatlar kütləvi informasiya vasitələri istehlakçılarına verilir. Jurnalistlər sosioloji tədqiqatların nəticələrini dəlillərini dəstəkləmək üçün hekayələrində istifadə edirlər. Nəhayət, müəyyən bir vəziyyətdə, bir jurnalistin sosioloji düşüncəsi sosioloji jurnalistikanın - üzvi bir "bağlama"-nın, jurnalistika və sosiologiyanın sintezinin - reallığı tanıma metodlarının olduğu xüsusi bir keyfiyyətə malik bir jurnalist əsərinin yaranmasına kömək edir. Metodoloji səviyyədə: Jurnalistika və sosiologiya sosial elm sahəsindəki birinci sahə daha çox praktik tərəfə aiddir, ikincisi isə proses və hadisələrin proqnozlaşdırılmasına yönəlib. Bənzər münasibətlər: humanist istiqamət, sosial məsuliyyət, vətəndaşlıq, təsdiqlənmiş məlumatlara həsrət. Tədqiqat obyektlərinin ümumiliyi: cəmiyyət və onun quruluşu obyektiv və subyektiv mənada, sosiologiya isə kütləvi statistikaya bağlanır, media isə insanların və hadisələrin özünəməxsusluğuna diqqət yetirir. Metodologiya sahəsində, sosiologiyada oxşarlıq kütləvi statistika üstünlük təşkil edir, rəsmiləşdirilmiş metodlar və jurnalistikada fərdi hadisələrin hərtərəfli öyrənilməsi Jurnalistika sosiologiyası XIX əsrdə, obyektiv tərəfdən baxıldığı təqdirdə, ilk növbədə Qərbdə nəzəri sosiologiyanın inkişafı ilə əlaqəli olaraq ortaya çıxdı. Subyektiv baxımdan, eyni zamanda bir çox sosioloqun eyni zamanda elmi jurnalları redaktə edib nəşr etməsi və ya jurnalistika ilə məşğul olması da az əhəmiyyət kəsb etmirdi.
Jurnalistika tarixi
Jurnalistika tarixi müntəzəm olaraq məlumat toplamaq və yaymaq üçün xüsusi üsulların meydana gəlməsi ilə qeyd olunan texnologiya və ticarətin böyüməsini əhatə edir, bu da bir jurnalistika tarixini ortaya qoyduğu kimi, mövcud xəbərlərin dairəsinin daim artmasına səbəb olmuşdur. Mətbəə icad olunmamışdan əvvəl ağızdan gələn xəbər xəbərlərin əsas mənbəyi idi. Geri dönən tacirlər, dənizçilər və səyahətçilər materikə yeni xəbər gətirirdilər, bu da şəhərdən şəhərə yayılırdı. Bu cür xəbərin yayılması çox etibarlı deyildi və bu üsul mətbəənin ixtirası ilə öldü. Jurnalistlər qədim dövrlərdə məlumat yaymaq üçün daha çox qəzetlərdən istifadə etsələr də, XX əsrdə radio və televiziya, XXl əsrdə isə internet əsas vasitəyə çevrilmişdir. Avropa Avropada intibah dövrünün başlaması ilə əlaqədar yarmarkalar keçirilən şəhərlərdə informasiya mərkəzləri yarandı. Həm də həmin şəhərlərdə əlyazma halında qəzetlər buraxılırdı və burda ticarət xəbərləri ilə yanaşı digər informasiyalara da yer verilirdi. "Qəzet" sözü də həmin dövrdə meydana gəlmişdir. Bu ad Venesiyada (İtaliyada) işlənən pul vahidinin adından götürülüb. İnformasiyalar hıəmin pula, yəni qazettaya satılırdı.
Jurnalistlər və Ədiblər İttifaqı
Jurnalistlər və Ədiblər İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qeyri-hökumət yaradıcılıq birliyi. 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar ittifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətindən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbrahimov (Xəlil İbrahim), xəzinədarı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mübahisəli məsələlərə təşkilatın nəzdində yaradılmış arbitraj komissiyasında baxılırdı. İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfinə tamaşa göstərilmişdi. Elə həmin vaxt "jurnalist günü"nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır.
Jurnalistlər üçün hərbi məlumat kitabı
Jurnalistlər üçün hərbi məlumat kitabı — jurnalistlər üçün nəzərdə tutulmuş məlumat kitabı. Tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir. Kitabın redaktoru Cavid İsmayıldır. Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib. Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib. Kitabın tərtibçiləri Rəşad Süleymanov və Ramil Məmmədov, redaktoru Cavid İsmayıldır. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb.

Значение слова в других словарях