KÜNDƏ₁

is.
1. Sonradan yaymaq, yastılamaq üçün yumru hala salınmış xəmir parçası. Bir kündə xəmir. Kündələri tabağa yığmaq.
– Atam elə bicdir ki, kündəni sayır, anam elə bicdir ki, kündədən kəsir. (Məsəl).
Gülsənəm son kündəni də … sacın üstünə sərdi. S.Rəhimov.
Pəri nənə səy və diqqətlə iri kündəni yayırdı. M.Hüseyn.

2. məc. Qalın, kobud, kələ-kötür.
[Mürsəl:] Ayaqların kündə, əllərin kösöy; Gəlin gedən kimi qaynananı döy! S.Rüstəm.

// Sif. mənasında. Kündə əl. Kündə ayaq.

Омонимы

  • KÜNDƏ KÜNDƏ I is. [ fars. ] Yaymaq və yastıqlanmaq üçün müxtəlif ölçülərdə kəsilmiş və girdə şəklə salınmış xəmir parçası

Этимология

  • KÜNDƏ Farsca kəndən məsdərindən əmələ gəlib, mənası “kəsmək”, “kəsilmiş” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
KÜNCÜDLÜ
KÜNDƏ₂
OBASTAN VİKİ
Kündələc (Mərənd)
Kündələc (fars. كندلج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,025 nəfər yaşayır (602 ailə).

Значение слова в других словарях