Skafandr və kəpənək (film, 2007)
Skafandr və kəpənək (fr. Le scaphandre et le papillon) — amerikalı rejissor Culian Şnabel tərəfindən Jan-Dominik Bobinin eyniadlı hekayəsi əsasında çəkilən və ilk nümayişi 23 may 2007-ci ildə baş tutan fransız filmi. Ən yaxşı rejissor işinə görə 2007-ci il Kann kinofestivalının mükafatçısı.
Film "Elle" jurnalının redaktoru Jan-Dominik Bobinin real həyatından götürülmüşdür. 8 dekabr 1995-ci ildə 42 yaşlı Bobi insult keçirir. Komadan ayılanda heç bir bədən üzvünü hərəkət etdirə bilmdəyinin, həmçinin danışmaq qabiliyyətini itirdiyinin fərqinə varır. Tərpədə bildiyi yeganə organı, sol göz qapağıdır. Bu sayədə asan suallara "hə", "yox" cavablarını verə bilir. Bu, ətraf mühitlə yeganə bağlantısıdır. Ünsiyyət və danışıq terapevti Bobinin daha yaxşı ünsiyyət qura bilməsi üçün, hərfləri fransız dilindəki işlənmə tezliyinə görə sıralayır (E, L, A, O, I, N, S, D və s.) və yüksək səslə oxyur.