KADR²

[fr.] 1. кадр (1. кьушунрин гьамиша авазвай состав; 2. гз. кадрояр (са идарадин, карханадин, тешкилатдин ва мс. чпихъ гьазурвал авай, пеше авай кӀвалахдаррин асул состав).
KADR¹
KADRİL
OBASTAN VİKİ
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Kinokadr nedir?
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Adam Kadr
Adam Kadr (ing. Adam Cadre; 5 fevral 1974, Silver-Sprinq[d], Merilend) — ABŞ yazıçısı. O, romanlar, ssenarilər, veb-komikslər, esselər kimi bir sıra formalarda aktivdir, lakin ən yaxşı interaktiv uydurma sahəsindəki işi ilə tanınır. == Həyatı == Adam Kadr 5 fevral 1974-cü ildə ABŞ-də, Merilend ştatının Silver-Sprinq şəhərində anadan olmuşdur. Onun 1998-ci ildə dərc edilən "Fotopiya" əsəri əvvəllər üstünlük təşkil edən tapmacaları və resurs idarəetmə elementlərini aradan qaldıraraq interaktiv uydurmada yeni bir istiqamətə öncülük etmişdir. Əsər bu sahənin "inkişafına çox təsirli" və "bütövlükdə video oyunlar üçün, interaktiv mühit haqqında anlayışımızın inkişafı üçün vacibdir" kimi qeyd edilmişdir.
25-ci kadr
25-ci kadr — videoya əlavə kadrların qoyulması vasitəsi ilə insanın altşüuruna təsir etməyin metodikasıdır. Bu ifadənin müəllifi, Ceyms Vikeri bu cür təsirin mövcudluğu sübut edən eksperementlərinin nəticələrini özü saxtalaşdırdığını etiraf edib. 1958-ci ildə Amerikan Psixoloqlar Birliyi rəsmi olaraq 25-ci kadrın psixoloji effekti olduğunu inkar edib. İddia insan gözünün saniyədə 24 kadrdan çox görə bilmədiyində əsaslanır. Əslində isə, 25-ci kadr insan tərəfindən görünə bilər və beləliklə gizli deyil. Daha geniş mənada hiss olunmaz ismarış (ing. subliminal message) və ya stimul (ing. subliminal stimuli) şəxsin şüurlu qavrayış həddinin altına təsir edən hər hansı həssas stimuludur. 2012-ci ildə aparılan funksiyanal maqnit rezonans tomoqrafiya (fMRT) araşdırması göstərib ki, hiss olunmaz stimullar, ondan xəbərsiz olan iştrakçıların müəyyən beyin hissələrini aktivləşdirir. 61 iştrakçı ilə aparılan eksperement göstərib ki, hədəfli prayminq iştədən, içki brendin adını hiss olunmaz ismarışlar iştrakçıların həmin praym edilən mallarnan bağlı davranışa təsir edə bilər.
36 kadr (film, 1996)
36 kadr qısametrajlı bədii televiziya filmi rejissor Rövşən İsgəndərov tərəfindən 1996-cı ildə ekranlaşdırılmışdır. Film "Sabah" yaradıcılıq birliyində istehsal edilmişdir. Filmdə rolları Səbinə Minasazova, Kamran Şahmərdanov və Kamran Əhmədov ifa edirlər. Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın son gününü əks etdirir. == Məzmun == Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın (Kamran Şahmərdanov) son gününü əks etdirir. Fotoqraf aşiq cütlüyün (Səbinə Minasazova-Kamran Əhmədov) fotolarını çəkir. Çəkdiyi kadrlar bəlkə də onun şah əsərləri olacaqdı. Cütlük yaxşı şəkillərin alınması üçün əllərindən gələni edirlər. Bir çox çəkilişlərdən sonra qəflətən fotoqraf fotoaparatına lent qoymadığını görür və çox pərt olur. Bunu görən cütlük həvəsdən düşərək ondan uzaqlaşırlar.
Yerli kadr təsdiqə gedir (film, 1973)
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Arifə Kadriyə Sultan
Arifə Kadriyə Sultan (24 mart 1895, Konstantinopol – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Kadriyə Sultan 24 mart 1895-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Yıldız sarayında yaşamışdır. Bu səbəblə Yıldız sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu.
Kadri Aytaç
Kadri Aytaç (6 avqust 1931, İstanbul – 28 mart 2003, Türkiyə) — Türkiyə futbolçusu və məşqçisi. O, Beyoğluspor, Fatih Karagümrük, Qalatasaray, Fənərbaxça və Mersin İdman Yurdu komandalarında oynamışdır. Baş məşqçisi kimi çalışdırdığı 4 klub Birinci Türkiyə Futbol Liqasına (onun dövründə türk futbol liqası sistemində ən yüksək səviyyə) vəsiqə qazana bilmişdir. == Oyunçu karyerası == 1958/1959 mövsümündə Aytaç Qalatasaraydan Fatih Karagümrük klubuna keçdi, transferin dəyəri 57.000 Türk lirəsi idi. Türkiyə Milli Liqasının ilk mövsümündə, 25 fevral 1959-cu ildə Vefa klubu ilə matçda penalti zərbəsini uğursuz yerinə yetirən ilk oyunçu olmuşdur. Oyunçu karyerası boyunca Kadri Aytaç iki dəfə ölkə çempionluğunu qazanmışdır, 1961-ci ildə Fənərbaxça ilə və 1963-cü ildə Qalatasarayla. Kadri Aytaç Türkiyə millisinin heyətində 26 oyun keçirtmişdir. 1966/1967 mövsümündə Aytaç ikinci dərəcəli liqada çıxış edən Mersin İdman Yurduna qatıldı. O, bu klubun kapitan sarğısını daşıyırdı. Mövsümün sonunda klub Birinci Liqaya vəsiqə qazandı və futbolçu klubun heyətində Birinci Liqada daha iki mövsüm keçirtdi.
Kadriya Temirbulatova
Qədriyə Teymurbulatova və ya Kadriya Temirbulatova (rus. Темирбула́това Кадрия Уразбаевна; d. 14 dekabr 1948, SSRİ, RSFSR, Dağıstan MSSR, Noqay rayonunun Terekli-Məktəb kəndi – ö. 30 iyun 1978, SSRİ, RSFSR) — görkəmli noqay şairi. == Həyatı == Qədriyə Orazbay qızı Teymurbulatova 14 dekabr 1948-ci ildə Rusiyanın Dağıstan MSSR-nın Noqay rayonunun Terekli-Məktəb kəndidində çoban ailəsində anadan olmuşdur. Qədriyəni 1954-cü ildə, hələ 5 yaşı tamam olmamış kəndlərindəki orta məktəbin birinci sinfinə aparırlar. Həmin illərdə uşaqlar 7 yaşından birinci sinifə qəbul edilirdilər. Ona görə də Qədriyə sinifdəkilərdən həm yaşca kiçik, boyca da balaçaymış. Buna baxmayaraq iti qavramasıyla, dərin zəkasıyla sinif yoldaşları arasında seçilərək müəllimlərinin sevimlisinə çevrilir. 1965-ci ildə Terekli-Məktəb kənd orta məktəbini bitirərək, Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun Filalogiya fakültəsinə daxil olmuşdur.
Kadriye Nurmambet
Kadriye Nurmambet (rum. Kadriye Nurmambet, krımtat. Qadriye Nurmambet, 21 avqust 1933, Dobriç[d] – 31 yanvar 2023, Buxarest) — Rumıniyada krımtatar əsilli xalq mahnılarının ifaçısı və folklorşunas. Kadriye ölkədə Dobruca bülbülü adını almışdır. == Bioqrafiyası == Kadriye Nurmambet 21 avqust 1933-cü ildə Rumıniya krallığı, Doburca vilayəti ərazisində (indiki Dobriç, Bolqarıstan) krımtatatr ailəsində anadan olmuşdur. Onun atası artilleriya zabiti olmuşdur. Runımiya İkinci Dünya müharibəsinin əvvəllərində Cənubi Doburcanı Bolqarıstana güzəştə gedərkən, atası şimala, Mecidiyəyə köçür. Burada qarnizon komandiri vəzifəsində çalışır. O, Buxarest Universitetində hüquq fakültəsinə daxil olur. 1957-ci ildə isə universiteti bitirir.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Mehmed Kadri Paşa
Mehmed Kadri Paşa (1832, Qaziantep, Hələb əyaləti – 11 fevral 1884, Ədirnə) — II Əbdülhəmidin səltənətində 3 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Aslan, Adnan, "Mehmed Kadri Paşa" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.2 s.146-147 ISBN 975-08-0072-9 Kuneralp, Sinan (1999) Son Dönem Osmanlı Erkan ve Ricali (1839 - 1922) Prosopografik Rehber, İstanbul:ISIS Press, ISBN 9784281181 İnal, İbnülemin Mahmud Kemal, "Mehmed Kadri Paşa" (1982) Son Sadrazamlar 4 Cilt, İstanbul:Dergah Yayınları (3.
İnşaatçı kadrlar (qəzet)
İnşaatçı kadrlar - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi qəzeti. Azərbaycan Memarlıq və İnşaat Universitetinin "İnşaatçı kadrlar" qəzeti 1983-cü il iyunun 16-dan nəşr olunur. Qəzetin ilk redaktoru bu günədək həmin vəzifədə çalışan Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi Akif Nemət oğlu Hacıyevdir. Nəşr olunduğu ilk gündən "İnşaatçı kadrlar" qəzeti universitetdə aparılan təlim-tərbiyə işində, gənclərin hərbi-vətənpərvərlik ruhunda böyümələrində rektorluğa, ictimai təşkilatlara və professor-müəllim heyətinə həmişə yaxından köməklik göstərib. Qəzetin səhifələrində universitetin, eləcə də respublikamızın tədris ocaqlarında çalışan təcrübəli müəllimlərin, elm, sənət adamlarının, ziyalıların maraqlı, aktual yazıları dərc olunur. "İnşaatçı kadrlar" qəzeti öz oxucularını yalnız universitetin həyatı ilə deyil, həm də Azərbaycanda və beynəlxalq aləmdə baş verən yeniliklərlə tanış edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti rektorluğunun, professor-müəllim heyəti və tələbə kollektivinin mübariz tribunası olan "İnşaatçı kadrlar" qəzetinin fəaliyyəti, demək olar ki, bu tədris ocağının qaynar həyatı ilə həmişə sıx bağlı olub. Universitetin 36 ildə keçdiyi şanlı və şərəfli yol, bu qəzetin nömrələrində dərc olunmuş yazılarda, məktublarda və fotoşəkillərdə yaşayır.
Kadrlar xidməti
İnsan resurslarının idarəedilməsi — müəssisənin strukturunda ixtisaslaşdırılmış bölmələrin (onlarda işləyən vəzifəli şəxslərlə — menecerlər, mütəxəssislər, texniki işçilər ilə) uyğunlaşdırılması üçün müəssisənin kadrlarını idarə etmək üçün nəzərdə tutulmuşdur. İnsan resursları xidmətlərinə işə qəbul agentlikləri, işə qəbul agentlikləri və peşəkar inkişaf şirkətləri daxildir. Kadr xidmətlərinin funksiyaları bir çox cəhətdən müəssisələrdə kadr şöbələrinə bənzəyir, lakin eyni zamanda bir qədər daha genişdir. == İnsan Resursları Təcrübələrinin Əsasları == === İşə qəbul === Biznesin uğurlu inkişafı üçün ixtisaslı kadrlar lazımdır. Hər bir vəzifə üçün əsas xüsusiyyətləri və xüsusiyyətləri əks etdirən iş təsvirlərini hazırlayın. İxtisaslı namizədlərin axtarışı və seçilməsi kadrların idarə edilməsi praktikasında mühüm elementə çevrilir. Qəbul təcrübələrinizin qanuna uyğun olduğundan əmin olun. Müəssisənin kadrlar şöbəsi tərəfindən işçilərin işə qəbulu mərhələləri Xətt menecerindən sifariş axtarın. Vəzifə, ərizəçiyə qoyulan tələblər, şərtlər haqqında ətraflı məlumatın əldə edilməsi. Məlumat bazansından, İnternetdən, mediada reklamdan, birbaşa axtarış və işə götürmə agentliyinin xidmətlərindən istifadə edərək axtarışı.
Yosef Kadraba
Yosef Kadraba (çex. Josef Kadraba) — Hücumçu kimi çıxış edən slovakiyalı futbolçu. Sokolun (Rakovnik) klubunun yetirməsidir. Böyüklər səviyyəsində 1953-cü ildə oynadığı Liberecin Slovan klubunda oynamağa başlayır, sonra paytaxtın Tankista klubunda karyerasını davam etdirir. 1955-ci ildən o, Spartak Praqa Sokolovo adlanan Spartada (Praqa) oynayır. O, futbolçu karyerasının növbəti üç mövsümünü Praqa komandasında keçirib. 1958-ci ildən o, 1960-cı ildə yüksək diviziona çıxmağa kömək edən ikinci divizion klubu SONP Kladno-da oynayıb. Ümumilikdə o, karyerasının səkkiz ilini komandada keçirib. 1965-ci ildən iki mövsüm Slaviya klubunun komandasının rənglərini qoruyub. Bu müddət ərzində o, 114 oyun keçirib və 46 qol vurub.

Digər lüğətlərdə