KAĞIZSIZ
KAHAL
OBASTAN VİKİ
İd Kah məscidi
İd Kah məscidi — (uyğ. ھېيتگاھ مەسچىتى; çin. 艾提尕尔清真寺; fars dilində: عیدگاه, Eydgah, mənası "Bayram, şənlik yeri") Çinin, Sintszyan-Uyğur Muxtar Rayonunun, Qaşqar şəhərində yerləşən məscid. == Tarixi == İd Kah məscidi Sintszyan-Uyğur Muxtar Rayonunda ən böyük məsciddir və Çindəki ən böyük məscidlərdən biridir. Hər cümə təxminən 10.000 nəfər ibadət edir və 20.000 nəfərə qədər insan məsciddə ibadət edə bilər.Məscid Əmir Seyid Əlinin iki oğlundan böyüyü Saqsız Mirzə tərəfindən tikilmişdir. Atalarının xatirəsini yad etmək üçün 1442-ci ildə tikilən məscid (996-cı ilə aid köhnə tikililəri özündə birləşdirsə də) 16.800 kvadrat metr ərazini əhatə edir. Məscidin müasir qızıl kərpicdən olan tikilisi 1798-ci ildə inşa edilmişdir və 1832-ci ildə mövcud ölçüsünə qədər daha da genişləndirilmişdir.9 avqust 1933-cü ildə Çin Respublikası Milli İnqilab Ordusunun 36-cı müsəlman Diviziyasının generalı huey Ma Çzanq Kumul üsyanının uyğur liderlərindən olan Timur Bəyi öldürdü və başını kəsib İd Kah məscidində süngü üzərinə keçirərək ümumi tamaşaya qoydu.1934-cü ilin martında uyğur əmiri Abdulla Buğranın da başının kəsildiyi, başının İd Kah məscidində göstərildiyi mənbələrdə əksini tapmışdır.1934-cü ilin aprelində çinli müsəlman general Ma Çjunin, Qaşqardakı İd Kah məscidində nitq söyləmişdir. Bu nitqində o, uyğurlara Çin Respublikası Nankinin Homindan hökumətinə sadiq qalmalarını tələb etmişdir.30 iyul 2014-cü ildə məscidin imamı, Cumə Tahir səhər namazına qatıldıqdan bir müddət sonra bıçaqlanaraq öldürülmüşdür. Oğlu Məmət Cümə İd Kah məscidinin hazırkı imamıdır. == Memarlıq xüsusiyyətləri == İd Kah məscidi bir ibadətgah, sutra salonu, darvaza qülləsi və bəzi digər köməkçi binalardan ibarətdir.
Adnan Kahveçi
Adnan Kahveci (tam adı: Adnan Kahveçi, türk. Adnan Kahveci; 20 fevral 1949, Trabzon – 5 fevral 1993, Bolu) — elektrik mühəndisliyi üzrə professor, sabiq Türkiyə deputatı, sabiq maliyyə və gömrük naziri. == Həyatı == 1949-cu ildə Trabzonun Körpübaşı mahalı Beşköy diyarının Yılmazlar kəndində anadan olmuşdur. İbtidai məktəb illərində "Milliyyət" qəzetinin keçirdiyi yarışmada birinci olmuşdur. Təhsilinə İstanbul Kabataş Liseyində davam etmişdir. 1966-cı ildə cari ilin birincisi kmii məzun olmuşdur. Universitetə qəbul imtahanında birinci olmuş və İstanbul Universitetinə daxil olmuşdur. Təhsilinə ABŞ-də İndianadakı Purdue Universitetində davam edərək elektrik mühəndisi ixtisası üzrə məzun olmuşdur. Missuri Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Bu universitetdə bir müddət akademik işlərinə davam etdikdən sonra Türkiyəyə qayıdaraq Boğaziçi Universitetində pedaqoji fəaliyyətə başlamışdır.
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Frida Kahlo
Frida Kalo de Rivyera (isp. Frida Kahlo de Rivera; 6 iyul 1907[…] – 13 iyul 1954[…]) və ya Maqdalena Karmen Frida Kalo Kalderon (isp. Magdalena Carmen Frieda Kahlo Calderón) — yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam, kubist rəssam Dieqo Riveranın həyat yoldaşı. == Həyatı == Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.
Hərmələ ibn kahil əsədi
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kahalabad (Xudabəndə)
Kahalabad (fars. كهل اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (118 ailə).
Kahaq (Marağa)
Kahaq (fars. كهق‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,600 nəfər yaşayır (425 ailə).
Kahard
Kahard kəndi, İranın Həmədan ostanında, Rəzən şəhristanının Mərkəzi bəxşi və Rəzən qəsəbəsində yerləşib. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, bu kəndin 1,411 nəfər əhalisi və 301 ailəsi var.
Kahaçay
Kahaçay — Sədərək rayonu ərazisində çay. Çanaqçıçayın sağ qolu. == Haqqında == Uzunluğu 15 km, hövzəsinin sahəsi 35 kv. km-dir. Yağış və qrunt suları ilə qidalanır.
Kahcıq (Marağa)
Kahcıq (fars. كهجوق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,256 nəfər yaşayır (306 ailə).
Kahhir 313
Kahhir 313, İranın istehsal etmiş olduğu yerli döyüş təyyarəsidir. 2012-ci ildən təyyarənin üzərində işlərə başlanılmışdır. 2 fevral 2013-cü ildə, milli və beynəlxalq mediaya və ictimaiyyətə təqdim edilmişdir. Təyyarənin haqqında kifayət qədər məlumat yoxdur. Təyyarənin milli hərbi hava qüvvələrinə yardım etməsi üçün yaradıldığı bildirilmişdir. Bundan əlavə yerli imkanlar və mütəxəssislərin səyi ilə yaradılmış olan bu təyyarənin, yüksək texnoloji qabiliyyətlərə sahib olduğu bildirilir. Təyyarənin başqa bir güclü tərəfi isə yüksək hücum qabiliyyətinə sahib olmasıdır. İran müdafiə naziri Əhməd Vahidi, “qısa məsafəli uçuş-enmə zolağı da daxil olmaq şərti ilə asanlıqla enmə və qalxma edə bildiklərini” bildirmişdir.. Açılış mərasimində çıxış etmiş olan keçmiş İran prezidenti Mahmud Əhmədinejad, “İranın müdafiə qüdrəti, başqa bir ölkəyə hücum üçün deyil, cəzalandırmaq üçündür” demişdir. Təyyarə ilə bağlı olan texniki məlumatlar.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Kahramanmaraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Kahramanmaraş Belediyespor
1920 Maraşspor Türkiyədə Kahramanmaraş şəhərini təmsil edən köhnə bir futbol klubudur.
Kahramanmaraş ili
Qəhrəmanmaraş (türk. Kahramanmaraş) — Türkiyədə il.
Kahuzi-Bieqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar. 2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar. 1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi.
Kahuzi-Byeqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı — Afrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar. 2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar. 1990-cı ildəki Konqo və Ruanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi.
Kahya Yahya
Kahya Yahya — Cem Karacanın 1990-cı ildə Qızıl Göyərçin mükafatında 1-ci olmuş mahnısı. Mahnının sözləri Cem Karacanın musiqisi isə Cahit Berkayındır.
Kahı
Kahı (lat. Lactuca sativa) – süddəyən cinsinə aid bitki növü.Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür. Qəbizliyi aradan qaldırar.
Kahılqu (Kəleybər)
Kahılqu (fars. كهل قو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (28 ailə).
Karo Kahkecyan
Karapet (Karo) Kahkecyan (erm. Կարապետ (Կարո) Քահքեջյան; 24 mart 1962, Hələb – 26 iyun 1993, Çardaqlı) — Qarabağ müharibəsində iştirak etmiş erməni terrorçu. Karo Qarabağ müharibəsi zamanı əsasən diaspor üzvlərindən təşkil edilmiş Xaçlılar (erm. Խաչակիրներ) adlı könüllü hərbi birləşmənin rəhbəri və qurucusu olmuşdur. Hərbi əməliyyatlarda fəal iştirak etməsi səbəbindən qısa müddətdə tanınmış və böyük nüfuz qazanmışdır. Karo Kəlbəcərin işğalı zamanı 1993-cü ilin 26 iyun tarixində Azərbaycan ordusunun snayperi tərəfindən vurularaq öldürülmüşdür. == Həyatı == Kahkecyan 1962-ci ildə Suriyanın ən böyük ikinci şəhəri olan Hələb şəhərində dünyaya gəlmişdir. Ailəsi Suriya ermənilərindəm olan Karo uşaqlıq yaşlarından türklərə qarşı böyük nifrət hissi ilə tərbiyə edildi. Ali təhsil almaq üçün Almaniyanın Frankfurt şəhərinə yollanmış və burada memarlıq sahəsi üzrə təhsil almışdır. Daha sonra Almaniyada olan təhsilini mexanika mühəndisliyi üzrə davam etdirmişdir.
Klod Kahen
Klod Kahen(fr. Claude Cahen; 26 fevral 1909[…], Parisin 6-cı rayonu[d], Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. == Tarix == Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. == Coğrafiyası == Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.

Digər lüğətlərdə

агроклимати́ческий бесёнок злоязы́чник ла́вры молл мочего́нный огороди́ть прифасо́ниваться электроэнцефало́граф опи́лки радикули́тчик рентгеноте́хника сверхсто́имость уже́ли Equatorial Guinea fire-fighter marvelously pilot's licence Sorbian superempirical water-soak механизм наган порхать тук-тук