kalava 2021
kaldera 2021
OBASTAN VİKİ
Kalder
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Aleksandr Kalder
Aleksandr Kalder (22 iyul 1898[…], Filadelfiya, Pensilvaniya – 11 noyabr 1976[…], Nyu-York, Nyu-York ştatı[…]) — həm öz estetik, həm də statik "stabil"ləri və monumental ictimai heykəlləri ilə tanınan amerikalı heykəltəraşdır. Kalder öz işini təhlil etməməyə üstünlük verərək, "Nəzəriyyələr rəssamın özü üçün çox yaxşı ola bilər, amma başqa insanlara yayım olmamalıdır" dedi. == Erkən yaş == Aleksandr "Sendi" Kalder 1898-ci ildə Pensilvaniya ştatının Lawnton şəhərində anadan olmuşdur. Onun doğum tarixi qarışıqlıq mənbəyi olaraq qalır. Kalderin anası Nanettenin (née Lederer) sözlərinə görə, Kalder avqustun 22-də anadan olub. Bununla belə, onun Filadelfiya Şəhər Zalında doğum haqqında şəhadətnaməsi, əllə yazılmış yazıya əsasən 22 iyul tarixində yazılıb. Kalderin ailəsi doğum haqqında şəhadətnamədən xəbər tutanda şəhər məmurlarının səhv etdiyini əminliklə iddia etdilər. Anası yəhudi və alman mənşəli, atası isə Kalvinist və şotland mənşəli idi, lakin Kalder özü heç vaxt heç bir dinə etiqad etmirdi və millətçiliyi rədd edirdi. Kalderin babası, heykəltəraş Aleksandr Milne Kalder Şotlandiyada anadan olub, 1868-ci ildə Filadelfiyaya mühacirət edib. O, Filadelfiya şəhər zalının qülləsində Uilyam Pennin nəhəng heykəli ilə tanınır.
Norman Xose Kaldera Kardenal
Norman Xose Kaldera Kardenal (isp. Norman José Caldera Cardenal; d. 21 oktyabr 1946, Manaqua, Nikaraqua) — Nikaraqua Respublikasının xarici işlər naziri (2002–2007). == Həyatı == 21 oktyabr 1946-cı ildə Manaqua şəhərində anadan olmuşdur. == Təhsili == İlk təhsilini Kalasanz Kollecində almışdır. Daha sonra təhsilini Qranadanın Mərkəzi Amerika Kollecində davam etdirmişdir.1968-ci ildə Leksinqton şəhərinin Hərbi Ventvors Akademiyası və Gənclər Kollecinin Müəssisələr Administrasiyası üzrə texnik peşəsinə yiyələnmişdir. == Fəaliyyəti == 1975-ci ildə Mərkəzi Amerika üçün Nikaraqua İxracat Mərkəzinin administratoru seçilmişdir.1980–1984-cü illərdə Qvatemalada beynəlxalq ticarət üzrə məsləhətçi kimi xidmət göstərmişdir.1984-cü ilin yanvar ayında Hondurasda baş texniki məsləhətçi vəzifəsinə təyin olunmuşdur.1996-cı ildə Beynəlxalq Ticarət Mərkəzində fəaliyyətə başlamışdır.1999-cu ildə Nikaraqua Ticarət, Sənaye və İnkişaf Nazirliyinə vəzifəyə təyin olunmuşdur. == Siyasi fəaliyyəti == 2002-ci il yanvarın 10-da Nikaraqua Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, üç övlad atasıdır.
Rafael Kalderon
Rafael Kalderon (14 mart 1949) — 1990-1994-cü illərdə Kosta-Rikanın prezidenti. 1990-1994-cü illərdə ölkəyə rəhbərlik edən Kalderon səhiyyə müəssisələrinə avadanlıqlar alınması zamanı rüşvət almaqda təqsirli bilinib. Onun nə qədər rüşvət aldığı məlum deyil. Amma bildirilir ki, tibbi ləvazimatları almaq üçün 40 milyon ABŞ dolları xərclənib. Rafael Kalderon 2004-cü ildə həbs edilib və 5 ay həbsdə olub. O, bu günə kimi ev dustağı kimi saxlanılıb. 2009-cu ildə isə ona rüşvət aldığına görə 5 il həbs cəzası verilib.
Rosir Kalderon
Rosir Kalderon — kubalı qadın voleybolçu. 1984-cü ildə dekabrın 28-i paytaxt Havanada anadan olmuşdu. 1978-ci il dünya çempionatında çempionluq yaşamış Erenia Diazın qızıdır. Hal-hazırda Dinamo Krasnodarın şərəfini qoruyur. == Karyerası == Rosir 2002-ci ildən etibarən Kuba millisinə düzənli olaraq çağrılır. 2009-cu ildən etibarən isə milli komanda ilə demək olar ki, heç bir matça çıxmır. Voleybolçu bu müddətdə 65 dəfədən çox milli komandasının formasını tərlətmişdi. Onun millidəki ən böyük uğuru 2004 Yay Olimpiya Oyunlarında olmuşdu. Afinada keçirilən turnirdə komandasının yaşadığı üçüncülük sayəsində olimpiya bürüncünü boynundan asmışdı. 2011-ci ildə Qalatasaray ilə anlaşan voleybolçu karyerasında ilk dəfə olaraq Türkiyədə legioner həyatı yaşamışdı.
Visente Kalderon Stadionu
Stadion Madrid şəhərində yerləşir.Həmçinin La Liqa oyunlarına ev sahibliyi edir.Belə ki, Atletiko Madrid Futbol Klubu öz ev oyunlarında bu stadionun xidmətindən yararlanır.57 minlik azarkeş tutumuna malikdir.1966-cı ildə tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. 1982-ci il FİFA Dünya Kubokunun bəzi önəmli matçları bu arenada baş tutmuşdur.Stadion klubun unudulmaz prezidentinin şərəfinə adlandırılmışdır.
Yellouston kalderi
Yellouston kalderası və ya Yellouston supervulkanı — Amerikanın qərbində Yellouston Milli Parkında yerləşən vulkanik kaldera və supervulkan. Kaldera və parkın böyük bir hissəsi Vayominqin şimal-qərb küncündə yerləşir. Kalderanın əsas hissəsi təxminən 34–45 mil (55–72 km) ölçüsündədir.
Kalderaş
Kalderaş, həmçinin kelderarlar və ya kelderari (rum. căldărari sözündən) — qaraçıların subetnosu. Rumıniya ərazisində etnik qrup kimi formalaşmışdır. Onlar daha kiçik qruplara bölünür: moldovan, serb, yunan və başqaları. Rusiyada və dünyada ən böyük və ən geniş yayılmış qaraçı etnik qruplarından biri olan kelderarlar Avropada və Amerikada geniş şəkildə məskunlaşıblar. == İstinadlar == == Əlavə ədəbiyyat == Деметер Н. Г., Бессонов Н. В., Кутенков В. К. История цыган — новый взгляд / РАН. Ин-т этнологии и антрополгии им. Н. Н. Миклухо-Маклая; под ред. Деметера Г. С. — Воронеж, 2000. — 334 с.: ил. ISBN 5-89981-180-3 Друц Е. А., Гесслер А. Цыгане.
Felipe Kalderon
Felipe de Xesus Kalderon İnoxosa (isp. Felipe de Jesús Calderón Hinojosa; 18 avqust 1962[…], Morelia) — Meksika siyasətçisi, 2006–2012-ci illərdə Meksika Prezidenti. O, sağ mərkəzçi Milli Fəaliyyət Partiyasından (PAP) seçilmişdir. Kalderon solçu namizəd Andres Manuel Lopes Obradora qarşı yüksək rəqabətli seçkilərdə qalib olduqdan sonra hakimiyyətə gəlmişdir. Odur ki, Obrador məğlubiyyətini qəbul etməmişdir. Seçkilərin nəticəsi kütləvi etiraz nümayişlərinə səbəb olmuş və nəhayət, yalnız iki ay sonra məhkəmədə təsdiqlənmişdir. Kalderon 2004-cü ilə qədər sələfi Visente Foksun hökumətində energetika naziri olmuşdur. 2006-cı ildə Kalderon güclü narkotik kartellərinə qarşı ordu göndərmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Calderón Hinojosa, Felipe // Encyclopedia of Latin America. 4.
Kaldera
Kaldera (isp. Caldera; "yemək qazanı") və ya kalder — vulkanın zirvəsinin və ya bəzən ona bitişik olan sahənin bir hissəsinin uçması zamanı əmələ gələn az və ya çox dərəcədə düz dibli, dik divarlı sirkvari oval və ya dairəvi çuxur. Kaldera eninə ölçüləri 10–15 km-ə, dərinliyi isə bir-neçə 100 m-ə çatır. Belə güman olunur ki, vulkan boğazından və ya çatdan partlayış zamanı külli miqdarda maqma püskürür. Bu zaman vulkan kamerasının daha dərin mənbələrdən gələn materiallarla dolmasına nisbətən, onun enməsi daha sürətlə gedir və vulkanın tavanı dayaq nöqtəsini itirərək uçur, yer səthində kaldera əmələ gəlir. Kraterdən mənşəyinə və böyük ölçülərinə görə fərqlənir. Vilyams qeyd edir ki, kraterin diametri əsasən 1–1,5 km olduğu halda, bir çox kaldera diametri 8 km-dən 15 km və daha böyük olur. Kaldera təsnifatı onların formasına və genezisinə əsaslanmışdır. Ritman, 1964, aşağıdakı kaldera tiplərini ayırır: zirvə kalderası (və ya nəhəng kraterlər), nəhəng eksploziv püskürmələr nəticəsində əmələ gələn monogen kaldera, bir sıra ardıcıl püskürmələr nəticəsində əmələ gələn poligen kaldera. Kalderanın əmələ gəlməsi haqqında iki fərziyyə məlumdur: Eşerə görə, kaldera maqmatik ocağın yalnız böyük dərinlikdə, Vilyamsa görə isə, yalnız az dərinlikdə yerləşməsi nəticəsində əmələ gələ bilər.
Yellouston kalderası