Çay kambalası
Çay kambalası (Platichthys flesus) — Kambalalar fəsiləsindən olan balıq növüdür .
Balığın bədəni yuxarıdan və aşağıdan yastıdır. Gözləri bədənin sağ tərəfində yerləşmiş olub, gözlərinin yerləşdiyi arxa hissəsi yaşılımtıl və ya sarımtıl qəhvəyi ləkələrlə örtülmüşdür. Kürək üzgəci gözdən başlayaraq quyruq üzgəcinə qədər davam edir və quyruq üzgəci ilə birləşmir. Üst hissəsinin rəngi tünd qəhvəyi, qismən qəhvəyi rəngli, tünd ləkələrlə örtülmüş olub, aşağı hissəsi isə ağdır. Bədəni tamamilə kiçik pulcuqlarla örtülmüşdür. Yan xətti gözünün yerləşdiyi tərəfdə döş üzgəcinin ətrafında əyridir. Kürək və anal üzgəcləri quyruq üzgəcinə çatmır.
Bu balıqlar, bol miqdarda qida tapdıqları qumlu dəniz diblərində yaşayan yastı balıqlardırlar. Ancaq yetkin çay kambalaları yumurtalarını bu ərazilərdə qoymuş olarlarsa, dəniz cərəyanları həssas yumurtaları bu təhlükəsiz yerlərdən uzaq yerlərə aparacaqdır.