Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Narbağı
Narbağı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 505 nəfərdir. Yaşayış məntəqəsi Rvo kəndindən çıxmış ailələrin Narbağı adlanan ərazidə məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə cəmi dörd ailədən ibarət kiçik məntəqə olmuş həmin kənd XDC əsrin ortalarına aid mənbədə Anarabağ (talış dilində “narbağı”) və Naroba (narlıqda salınmış oba) variantlarında da qeydə alınmışdır.
Xanbağı
İranda Xanbağı (Kəleybər) — İranda kənd. Xanbağı (Bicar) Azərbaycanda Xan bağı (Qarabağ) — Azərbaycanın Şuşa rayonu yaxınlığında yer. Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer.
İmambağı
İmambağı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Imambağı oyk., sadə. Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Imanbağı şəklində də işlənir. Yaşayış məntəqəsini keçmiş Mirzəcanlı kəndindən köçmüş ailələr İmamqulubəy adlı şəxsə məxsus İmambağı adlanan ərazidə saldıqları üçün belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu.
Herald zanbağı
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Ledebur zanbağı
Ledebur zanbağı (lat. Lilium ledebourii) — zanbaqkimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir - EN A2c; D. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaq oval və ya oval-yumurtavari, tünd-sarı, pulcuqludur. Gövdə hamar, 80-100 sm hündürlükdə, yarpaqlar xətvari və ya dar-xətvari, 10-12 sm uzunluğunda, enində, 3 ədəd qövsvari damarlıdır. Çiçəklərin çox hissəsi 1, bəzən 2-3 ağımtıl və ya sarımtıl, tünd-qırmızı nöqtəlidir. Yarpaqları neştərşəkilli və ya dar-neştərşəkilli, aşağı tərəfdən sıxılmış, orta hissəsi xaricdən burulmuşdur. Tozcuğu ağarmış sarı, qutucuq tırs-yumurtavari, altı qabarıq qanadlıdır. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, mеyvə əmələgətirmə iyul ayına təsadüf edir.
Narbağı bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanbağı (Bicar)
Xanbağı (fars. خانباغي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (58 ailə). Əhalisini kürdlər təşkil edir.
Xanbağı (Kəleybər)
Xanbağı (fars. خان باغي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (24 ailə).
Xanbağı (Xocalı)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Xanbağı (Şuşa)
Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi. 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Bülbül — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olmuşdur.
Çaybağı (Marağa)
Çaybağı (fars. چای باغی‎) — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanındadır. 2006-cı il məlumatına görə kənddə 279 nəfər yaşayır (62 ailə).
Şadbağı (Sərab)
Şadbağı (fars. شادباغي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 439 nəfər yaşayır (130 ailə).
Əlcəzair Kasbahı
Kasbah (ərəb. قصبة‎, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi. Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir. Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi. Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir. Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı.
Broun zanbağı
Broun zanbağı (lat. Lilium brownii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü.
Düyü kababı
Düyü kababı (fars. چلوکباب‎) — İran mətbəxinin ən məşhur ənənəvi yeməklərindən biri. Kababın hazırlanması üçün yağdan, düyüdən və pomidordan istifadə olunur. Bu yemək ilk dəfə Naser od Din tərəfindən yeyilib. Bişmiş düyüdən ibarət olan İran yeməyidir. İranın "milli yeməyi" hesab olunur. Ehtimal ki, Qacar ​​sülaləsi dövründə yaradılmışdır. Kababın inqridentləri kərə yağı, soğan, pomidor və yumurtadır. Kabab ilə müşayiət olunan ənənəvi içki, karbonatlı sulardan hazırlanmışdır. Kabab əvvəlcə bişirilir sonra lavaşın içərisinə qoyulur.
Həvəskar kababı
== Tərkibi == Qoyun əti — 330 qram, baş soğan — 60 qram, göy soğan — 40 qram, cəfəri və reyhan — 10 qram, sumaq — 3 qram və ya nar şərab — 5qram, duz, istiot. == Hazırlanma qaydası == Xammallar və hazırlanma qaydası tikə kababda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa hissəsindən qabırğa sümükləri ilə birlikdə 5–6 tikə ət kəsilir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.
Kartof kababı
Kartof kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. == Hazırlanması == Kartof kababı bişirilərkən şişə taxılmır, ət məhsullarından hazırlanmış kabablar bişirildikdən sonra manqalda közə basdırılır. == İstifadə == Süfrəyə verilərkən kartofun qabığı bıçaq vasitəsilə qaşınaraq təmizlənir.
Pomidor kababı
Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir. Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir. Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir. Azərbaycan Kulinariyası Ensiklopediyası, səh.
Qaraciyər kababı
Ciyər kababı – Azərbaycan və Türkiyə mətbəxində ciyərdən hazırlanan kabab növü. Ciyər kəbabı həm şişdə, həm də boşqabda servis edilə bilər. Türkiyənin hansısa bölgəsi üçün spesifik xörək deyil, lakin Qaziantep və Diyarbəkir şəhərlərində daha çox bişirilir. Qaziantepdə ciyər kababı lavaşda servis edilir, üzərinə nanə, bibər əlavə olunur. Diyarbəkirdə səhər yeməyi hesab olunur. Ciyər kababının hazırlanmasında qoyun qaraciyərindən, sumaqdan və duzdan istifadə olunur. Qaraciyər pərdələrdən azad edilib kub formalı tikəciklərə, eyni zamanda da qoyun quyruğu tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.
Qazan kababı
adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Cambage
Riçard Haynd Kembic (ing. Richard Hind Cambage; 7 noyabr 1859, Yeni Cənubi Uels – 28 noyabr 1928, Sidney) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Riçard Haynd Kembic akasiya və evkalipt üzrə ixtisaslaşmışdır. == Əsərləri == Cambage, R.H. Notes on the botany of the interior of New South Wales. — Sydney, 1903. — 133 p. == Şərəfinə adlandırılmış taksonlar == Acacia cambagei R.T.Baker, 1900 Şablon:Bt-latrlatazus Kunzea cambagei Maiden & Betche, 1913 Loranthus cambagei Blakely, 1923 [≡ Amyema cambagei (Blakely) Danser, 1929] Pultenaea cambagei Maiden & Betche, 1908 [≡ Almaleea cambagei (Maiden & Betche) Şablon:Crisp & P.H.Weston, 1991] == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Mennega E. A. Taxonomic Literature : [англ.]. — Ed. 2. — Königstein, 1995.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Acacia cambagei
Acacia cambagei (lat. Acacia cambagei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia georginae auct.
Aleksandr Kazbeqi
Aleksandr Kazbeqi (gürc. ალექსანდრე ყაზბეგი; 8 (20) yanvar 1848 – 22 dekabr 1893, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — Gürcüstan yazıçısı. == Həyatı == Aleksandr Kazbeqi 1848-ci ildə anadan olmuşdu. Aleksandr Kazbeqi 1893-cü ildə Tbilisidə vəfat edib.
Neoseiulus rambami
Neoseiulus rambami (lat. Neoseiulus rambami) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Racosperma cambagei
Acacia cambagei (lat. Acacia cambagei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür. Acacia georginae auct.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib. Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir.
Elyar Kamrani
Moharram (Elyar) Kamrani (1979, Əhər, Şərqi Azərbaycan ostanı) Güney Azərbaycanlı siyasi aktivist və AzNews TV (AN. T) televiziyasının baş müdiridir. == Həyatı == Elyar Kamrani 1979-cu ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan doğuldu. İlk və orta məktəbini Əhər şəhərində bitirib və 1998-ci ildə Urmiya Universitetində baytarlıq üzrə təhsil almağa başlayır. 2005-ci ildə doktorantura təhsilini bitirdi və 2013-cü ildə Əhər Azad universitetinin hüquq fakültəsinə daxil olur və 2016-cı ildə məzun oldu. == Siyasi fəaliyyəti == Elyar Kamrani məktəb illərində şəhər qəzetlərində məqalələr yazırdı və universitetdə oxumağa başlayanda siyasi-ictimai fəaliyyəti daha da artdı və bir İnsan hüquqları müdafiəçisi olaraq tanınmağa başladı, o cümlədən "Ustad Şəhryar Kanunu", "Səttar Xan Konfransı", "Nizami Gəncəvi Qurultayı"nda şirkət etmişdir. Bir neçə jurnalda, o cümlədən "Baxış", "Oyanış", "Ölkə", "Yaşıl" və bir çox başqa nəşrlərdə məqalələr yazıb dərc etdmişdir. Həmçinin "Baxış", "Oyanış" jurnallarının məsul direktoru və redaktoru olmuşdur. Elyar Kamrani həm də "Azərbaycan Tələbə Nəşrləri Mərkəzi"nin mərkəzi şurasının təsisçisi və üzvü olubdur. ==== Həbs edilməsi ==== 2004-cü ildə qardaşı Saleh Kamrani ilə birlikdə Babək qalası Qurultayının ildönümü ərəfəsində Urmiya şəhərində gözaltına alınır. Bundan sonra o, müxtəlif mərasimlərdə, o cümlədən 2005-ci ildə həbsə məhkum edilib.