karluqlar
karmelit
OBASTAN VİKİ
Karma
Karma, kamma (sanskr. कर्म — «hərəkət, fəaliyyət», sanskr. कर्मन् karmanIAST — «iş, əmək», karIAST — «etmək») — hinduizmin əsas mərkəzi anlayışlarından biri. == Karma qanunu == Karma (sanskr. कर्म, sanskr. कर्मन् karman - "etmək, eyləmək, bir hərəkətdə olmaq") - Hinduizm, Buddizm, Çaynizm, Siqhizmdə istifadə edilən bir termindir. Karma sözcüyü fərqli sözlərlə birlikdə istifadə edilərək, Karma qanunu, karmik plan, karmik kompensasiya kimi fərqli mənalara gələn terminlərin yaradılmasında istifadə edilmişdir. (Lakin karma fəlsəfəsi deyə bir termin yoxdur; karma, buddist fəlsəfəsindəki və hindu fəlsəfəsindəki bir anlayış və bir qanundur.) == Mənaları == Terminin dörd fərqli mənanı verməsi mənasının qərblilər tərəfindən yaxşı qavrana bilməməsinə və bəzən tək mənasıyla istifadə edilməsinə səbəb olmuşdur. Termini Şərqdə bu dörd mənada istifadə edirlər: Bədən hərəkətləri (söz, davranış) və ya zehni hərəkətlər (niyyət, düşüncə, imic meydana gətirmə). Bunlar "səbəb"dir.
Karma (oxatan)
Karma (6 iyun 1990) — Butanlı oxatan. Karma Butanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Tuyana Daşidorjiyeva ilə üz-üzə gəldi. Həmin görüşdə Karma rəqibinə 3:7 hesabı ilə uduzdu.
Occidentali's Karma
Occidentali's Karma (azərb. Qərblilərin Karması‎) — İtalyan müğənnisi Françesko Qabbani tərəfindən bəstələnən və ifa edilən mahnı. Mahnı İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmiş və ölkəyə final mərhələsində 6-cı yeri qazandırmışdır. == Mətn == Qabbaninin bildirdiyinə görə mahnının mətnində Şərq mədəniyyətini götürüb "qərbləşdirməyə" çalışan qərblilər lağa qoyulur. Mahnıda Şərq ideologiyasından gələn Budda və Nirvanadan bəhs edilir. Eyni zamanda mahnıda əsas toxunulan mövzulardan biri də insanın meymundan təkamülüdür. Françesko həmin bu ideyanın Dezmond Morrisin yazdığı "Çılpaq meymun" kitabından əsaslandığını vurğulamışdır. Mahnının adında İngilis sayağı yiyəlik şəkilçisindən istifadə edilməsinə səbəb isə müasir dövrdə İtalyan dilinin "ingilisləşdirilməyə" çalışılmasına tənqidi yanaşdığından istehza olaraq həmin şəkilçidən istifadə olunduğunu bildirmişdir.Karma, Sanskrit dilində “hərəkət, iş, əməl” anlamına gəlir. Bu eyni zamanda mənəvi prinsiplərin səbəb olduğu və yaratdığı nəticələrə (şəxsin niyyət və hərəkətlərinin həmin şəxsin gələcəyinə təsir etməsi) şamil edilir. Yaxşı niyyət və yaxşı əməl yaxşı karmaya və ya gələcək xoşbəxtliyə şərait yaratdığı halda pis niyyət və pis əməl pis karmaya və ya gələcək əzaba səbəb olur.
Karma (Miri Yusif albom)
== Albom haqqda == 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomu işıq üzü gördü. Bu Miri Yusifin sayca ikinci albomudur.
Babrək Karmal
Babrək Karmal (puşt. ببرک کارمل; doğ. 6 yanvar 1929, Kamari, Kabul, Əfqanıstan — 3 dekabr 1996, Moskva, Rusiya) — Əfqanıstan dövlət və partiya xadimi. == Həyatı == Babrək Karmal 6 yanvar 1929-cu ildə Əfqanıstanda, Kabul yaxınlığında hərbçi ailəsində anadan olmuşdu. Babrək Karmal 3 dekabr 1996-cı ildə Rusiyada, Moskvada vəfat edib.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Jozef Karman
Jozef Karman (mac. József Kármán; 14 mart 1769 və ya 15 yanvar 1771, Luçеnеts, Banska Bistritsa – 3 iyun 1795, Peşt[d], Peşt medyesi) — sentimentalist Macarıstan yazıçısı. == Həyatı == Losonç (indiki Slovakiyanın Luçenets şəhəri) şəhərində kalvinist rahibin ailəsində anadan olmuşdur. Losonç və Peşt şəhərlərində təhsil almış və Vyanaya miqrasiya etmişdir. Burada gözəl və cazibədar Kountess Markoviç ilə tanış olmuşdur. Jozef “Fanninin vəsiyyətnaməsi” (Fanni hagyományai) adlı əsərində baş qəhrəman obrazını Kountessdən ilhamlanaraq yaratmışdı. Sonda isə Peşt şəhərinə gedərək orada hüquqşünas kimi fəaliyyət göstərdi. == Fəaliyyəti == Həssaslığı, sosial cazibəsi, liberal ideyaları (Macarıstanın ilk masonlarından biri idi) və şəxsi gözəlliyi gələcək karyerasında ona ən gözəl imkanları yaratdı. 1792-ci ildə Raday ilə birlikdə Budada ilk teatr cəmiyyətini qurdu.
Karmaskalı rayonu
Karmaskalı rayonu (başq. Ҡырмыҫҡалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Karmaskalı kəndidir. Ufadan 50 km cənubda yerləşir. == Coğrafi yerləşməsi == Başqırdıstanın mərkəzi hissəsində, Ağidel çayının sahili boyunca sahildə yerləşir. Rayonun ərazisi 1751 km² təşkil edir. Sərhədlərinin ümumi uzunluğu 903 km-dir. İqlimi kontinental, bir az qurudur. r. Orta illik temperatur: +2,5 °C, yanvar: -16 °C, iyul: +19 °C. Maksimal temperatur: +40 °C, minimal: −48 °C. Orta illik yağıntı 500 mm., quraq illərdə 350 mm.
Təvəkkül Karman
Təvəkkül Abdel-Salam-Salam Karman — (ərəb. توكل عبد السلام خالد كرمان‎ Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul, Tawakel) (7 fevral 1979-cu il təvəllüdlü ) Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi. 2005-ci ildə qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi olan 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması oldu. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən "Dəmir qadın" və "İnqilabın anası" adlandırılır. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadın olur.Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazandı, Yəmənli jurnalist və mobil telefon xəbər xidmətinin vəkili kimi 2007-ci ildə lisenziyanı rədd etdi,bundan sonra mətbuat azadlığı üçün etirazlara rəhbərlik etdi. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil etdi. Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabını dəstəkləmək üçün Yəmən etirazlarını yönləndirdi. Prezident Əli Abdullah Saleh rejiminin sona çatması üçün səs verən rəqib idi. == Şəxsi həyatı == Təvəkkül Karman, 7 fevral 1979-cu ildə Yəmənin Taiz vilayəti, Şarab As Salam rayonunda anadan olmuşdur.
Kolka–Karmadon buz və qaya sürüşməsi
Kolka buzlağı enməsi — 20 sentyabr 2002-ci ildə Şimali Osetiyada Karmadon dərəsində baş vermiş fəlakət. Onun nəticəsində "Rabitəçi" (rus. «Связной») filminin çəkiliş qrupu və onun tərkibindəki aktyor və rejissor Sergey Bodrov da daxil olmaqla 125 nəfər öldü və itkin düşdü. == Hadisələrin irəliləməsi == 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində baş verən Rusiya tarixində ən böyük buzlaq fəlakəti ən azı 125 nəfərin həyatına son qoydu. Rəsmi məlumatlara görə, qlasial selinin enməsi zamanı 19 nəfər ölüb, 106 nəfər itkin düşüb, onlar içərisində o cümlədən Şimali Osetiyada “Rabitəçi” (rus. «Связной») filmini çəkən kinorejissor kiçik Sergey Bodrovun (27.12.1971 — 20.09.2002) çəkiliş qrupundan 42 nəfər.20 sentyabr 2002-ci ildə 20:08 saatları radələrində başlayaraq buz-palçıq-daş axını Genaldon çayı vadisi boyunca 150-200 km/s sürətlə təxminən 20 km irəliləyərək binaları, istirahət mərkəzlərini və elektrik xətlərini dağıtdı. Genaldon çayının və onun qollarının bəndlənməsi nəticəsində bir neçə bəndlənmiş göl əmələ gəlmişdir. 2002-ci il fəlakəti bir çox cəhətdən mütəxəssislər və səlahiyyətlilər üçün gözlənilməz oldu, çünki bu hadisədən 33 il əvvəl baş verən buzlaq enməsi hamar və yavaş hərəkət ilə müşayət olunmuşdu və heç bir dağıdıcı nəticələr göstərməmişdir. Bundan əlavə, bəzi versiyalara görə, buzlaqların irəliləməsi Kolka buzlağının tipik pulsasiyası ilə əlaqəli deyil idi (buzlaqşünasların proqnozlarına görə, belə hadisə təxminən 2030-cu ildə baş verməli idi), həmin ehtimallara görə, buzlağın qəfil enməsi seysmik, vulkanik və meteoroloji xarakterli kompleksli səbəblərdən baş vermişdir. == Fəlakətin səbəbləri haqqında hipotezlər == 2002-ci ildə Genaldon vadisində baş vermiş buzlaq fəlakətinin səbəbləri haqqında vahid bir versiya yoxdur.

Digər lüğətlərdə

деме́ственный догрева́ние допря́нуть межева́ть моле́льный по-порося́чьи рого́зовый свиноро́й царёв дубоно́с ко́е-ка́к лекси́ческий лыжня́ перекры́ть успе́х Каргополь кессель centerfold jujube-plum look-ahead oingk strip-pit Евангелие постройка рычать