keçəcək
keçəçilik
OBASTAN VİKİ
Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi. == Tarixi == Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir. Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.
Keçəçi oğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Məhəmməd Zəkəriyya Keçəçi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Ələddin Siddiq Keçəçi
Ələddin Siddiq Keçəçi — məşhur Keçəçi ailəsindən olan bürokrat. Təbrizdən olan Ələddin Siddiq Keçəçi 1447-ci ildən 1455-ci ilə qədər Qaraqoyunlu hökmdarı Cahanşahın (1438-1467) vəziri olaraq çalışmışdır. O, Cahanşahın ölümündən sonra taxta yiyələnmək uğrunda baş vermiş sülalə daxili mübarizədə mühüm rol oynamışdır. Onun ailəsindən olan şəxslər Ağqoyunlu və Səfəvi sülalələri dövründə də mühüm vəzifələrdə çalışmışdırlar. Mahmud Heydər Keçəçi ailəsi Daniel Zakrzewski. Local Elites and Dynastic Succession: Tabriz prior to, under and following Mongol Rule (Sixth/Twelfth to Ninth/Fifteenth Centuries). Brill. In Durand-Guédy, David; Mottahedeh, Roy; Paul, Jürgen (eds.). Cities of Medieval Iran. 2018.
Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi
Əmir Şəmsəddin Məhəmməd Zəkəriyya Keçəçi (Təbriz – 1513, Təbriz) — dövlət xadimi. Təbrizin Keçəçilər ailəsindən olub Ağqoyunlu vəziri kimi fəaliyyət göstərmişdir. 1501-ci Şah İsmayılın tərəfinə keçərək onu Əlvəndə hücum etməyə təşviq etmişdi. Təbrizin alınmasından sonra Səfəvilər dövlətinin ilk vəziri təyin olunmuşdur.
Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü === Keçənin yaranması === Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200–1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin "İlliada" əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı. == Azərbaycanda keçəçiliyin tarixi == Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.

Digər lüğətlərdə