Khan

der; -s, -e xan
Khaki
Kibbuz
OBASTAN VİKİ
Dschinghis Khan
Dschinghis Khan (alman dilindən — "Chenghis Khan") 1979-cu ildə musiqi prodüseri Ralf Siegel tərəfindən dördüncü yeri tutduğu Eurovision Mahnı Müsabiqəsində iştirak etmək üçün Almaniyada yaradılan Qərbi Alman diskoteka qrupudur. O, daha çox "Dschinghis Khan", "Moskau", "Rocking Son of Dschinghis Khan" kimi mahnıları ifa etməklə tanınır.
Khan Academy
Khan Academy və ya Xan Akamdemiyası — 2008-ci ildə Sal Xan tərəfindən yaradılan sinif daxilində və xaricində öyrənmək istəyənlərin özlərinə ən uyğun şəkildə öyrənə bilmələri üçün çalışma tapşırıqları, öyrədici videolar, interaktiv çalışmalar vasitəsilə şəxsiləşdirilmiş öyrənmə təcrübəsi vəd edən amerikan qeyri-kommersiya təşkilatı. Riyaziyyat, fizika, proqramlaşdırma, tarix, incəsənət, iqtisadiyyat və daha bir çox bunlar kimi mövzulara toxunur. Boşluqları və güclü cəhətləri aydınlaşdırıb uyğun olaraq tapşırıq vermə alqoritmamızdan istifadə edərək riyaziyyat üzrə ibtidai sinifdən universitet səviyyəsinə qədər bütün şagirdlərə bələdçilik edir. Sayt həmçinin daha mütəxəssisləşdirilmiş məzmun vəd etmək üçün NASA, Modern Sənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və MIT kimi qurumlarla əməkdaşlıq edir. Veb-sayt və onun məzmunu əsasən ingilis dilində verilir, bununla yanaşı, eyni zamanda, azərbaycan, benqal, bolqar, çin, çex, danimarka, ərəb, holland, fransız, gürcü, alman, ivrit, hindi, indoneziya, italyan, yapon, koreya, norveç, polyak, portuqal, serb, ispan, isveç, tamil, teluqu, türk, urdu və özbək dillərində də fəaliyyət göstərir. == Tarixçə == Qurumun qurucusu Salman Xan, ABŞ-nin Nyu-Orlean şəhərində bir benqallı ata və bir hind anasının övladı olaraq doğulub böyüdü. Massaçusets Texnologiya İnstitutunda üç fərqli sahə üzrə təhsil aldıqdan sonra dörd il ərzində Harvardda biznes idarəetməsi fakültəsi üzrə magistratura pilləsini qazandı. 2004-cü ilin sonlarına yaxın əmisi oğlu Nadiaya riyaziyyat tədris edərkən, bənzər kurs istəkləri tələbi ilə Youtube videolarını hazırlamağa başlayan Salman Xan, hazırladığı dərsləri yüksək qiymətləndirənlərin sıx marağına görə 2009-cu ildə işini tərk etmiş və 2010-cu ildən bəri "Khan Academy" adlı qeyri-kommersiya təşkilatı yaratmış və dərslər hazırlamağa başlamışdır. Məlumatın ehtiyacı olan hər kəs üçün sərbəst olacağına inanan Xan, maliyyə sektorunda uğurlu bir karyeradan imtina edərək, ən dəyərli bir şey olduğuna inandığı biliklərini paylaşmağı seçir. Khan Academy, qazanc üçün deyil, ianə ilə dəstəklənən və təhsil sahəsindəki sosial sahibkarlığın nümunəsidir.
Nquyen Khan
Nquyen Khan (vyet. Nguyễn Khánh; 8 noyabr 1927 – 11 yanvar 2013, San-Xose, Kaliforniya) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və dövlət xadimi, Cənubi Vyetnamın prezidenti və baş naziri (1964). Nquyen Khan 8 noyabr 1927-ci ildə Fransa Hind-Çininin Çavin vilayətində varlı ailədə anadan olmuşdur. O, Sayqonda elit fransız məktəbində oxumuşdur. Nquyen Khan gəncliyində Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan kommunist hərəkatına qoşulmuş, lakin 15 aydan sonra Ho Şi Minin tərəfdarları sıralarını tərk etmişdir. Buna müxtəlif səbəblər ortaya atılmışdır. İddialara görə, o, Fransanın təklif etdiyi məbləğə görə tərəf dəyişdirmişdi, lakin özü qeyd etmişdir ki, bunda səbəb özünün kommunist yox, milliyətçi olması idi. 1960-cı ildə dövlət çevrilişinə cəhddən sonra tutduğu mübahisəli vəzifəyə görə rütbəsi aşağı salınaraq korpus rəisi vəzifəsinə təyin edilmişdir. 1963-cü ildə general Zıonq Van Minin başçılıq etdiyi hərbi çevrilişdə iştirak etdi. O, buna baxmayaraq, bundan siyasi divident götürməmişdir.
Dschinghis Khan (mahnı)
Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur, == Orijinal ifa == Mahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur). === Çartlar === == Frederikin versiyası == Fin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildirib. == Digər versiyalar == 1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur. "Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur.
Akshaye Khanna
Akşay Xanna (28 mart 1975, Bombey) — məşhur Bollivud aktyorudur. Bir neçə mükafatın, o cümlədən "Kişi rolunda ən yaxşı kinodebüt" nominasiyasında "Filmfare Awards", "Screen Awards" və IIFA Awards mükafatlarına layiq görülüb. “Sərhəd”, “Sirrimi bilirsən”, “Atam Qandi” və sair filmlərdə çəkilib. Akşay Xanna 28 mart 1975–ci ildə Hindistanın Mumbay şəhərində anadan olub. Onun atası Vinod Xanna məşhur hindistanlı aktyor və prodüserdir. Mumbay şəhərində Kişor Nemit Kapur adına İnstitutu bitirib. 1977-ci ildə “Sərhəd” adlı filmdəki rolu ona "Ən yaxşı ikinci dərəcəli kişi rolu" nominasiyasında "Filmfare Awards" mükafatı qazandırıb. Bir neçə ildən sonra Akşay kinodan gedərək təhsilini davam etdirmək qərarına gəlir. 2 illik fasilədən sonra, 2002-ci ildə “İnsanın alçaqlığı” və “Sirrimi bilirsən” filmlərində çəkilir. Hər iki film uğur qazanır.
Khanran
Khanran (vyet. Khăn rằn) — kxmer kramasının təsiri ilə yaranan və Vyetnamda Mekonq Deltasında yayılmış geyim elementi. Vyetnam müharibəsi zamanı Vyetkonq döyüşçüləri khanrandan uniformanın elementi kimi istifadə edirdilər.
Chai Khana media