KİF

I
сущ. плесень (бархатистый, пушистый налет на чём-л. гниющем, влажном, представляющий собой скопление микроскопических грибков). Kif atmaq (bağlamaq, basmaq, tutmaq) покрываться, покрыться, порастать, порасти плесенью, плесневеть, заплесневеть
II
прил.
1. плесенный. Kif iyi плесенный запах
2. плесневой. Kif göbələkləri бот. плесневые грибы
KİÇİLTMƏK
KİFAYƏT
OBASTAN VİKİ
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. == Ümumi == Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.
Konyaspor KİF
Konyaspor KİF — Stokholm şəhərinin, Botkirka rayonunun Albi ərazisində yerləşən İsveç futbol klubudur. == Tarixi == Konyaspor Kultur och İF 1989-cu ildə İsveçdə yaşayan türklər tərəfindən yaradılmışdır. Türk mədəni kökləri ilə əlaqəsi vardır. Klubun adı və rəngi Türkiyə futbol klubu olan Konyaspordan götürülmüşdür. Konyaspor KİF yarandığı gündən İsveç Futbol Liqası sisteminə əsasən orta və aşağı diviziyalarda iştirak edir. Hal-hazırda klub İsveç Liqasının dördüncü dərəcəli Norra Svealand 2-ci Diviziyasında çıxış edir. Klub öz ev oyunlarını Norsborqda yerləşən Albi İP-də keçirir. Konyaspor KİF Stockholms Fotbollförbund-a üzv olan klublardan biridir.
Cannabis sativa var. kif
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Dünya kifayət deyil (film, 1999)
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Kifarabad
Kifarabad (fars. كيفاراباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər. yaşayır (4 ailə).
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1983, Kəlbəcər) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Kifayət Qasımova 1998-ci ilin noyabrında imza atdı. Kifayət Qasımova Rumıniyanın Buxarest şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında bürünc medala sahib oldu. 1999-cu ildə isə Kifayət Qasımova İsveçdə Avropa Gənclər Olimpiya Festivalını bürünc medalla başa vurdu və İtaliyada U-20 Avropa Çempionatının qalibi oldu. Daha sonra Kifayət Qasımova 2000-ci ildə Tunisdə U-20 Dünya Çempionatının və 2002-ci ildə Niderlandda U-20 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ilin mayında Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatını yeddinci pillədə başa vuran Kifayət Qasımova həmin ilin noyabrında Lyublyana şəhərində (Sloveniya) U-23 Avropa Çempionatının qalibi oldu. 2005-ci ildə isə Kifayət Qasımova mayda Rotterdam şəhərində növbəti dəfə Avropa Çempionatını yeddinci pillədə başa vurdu, noyabrda isə Kiyev şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Kifayət Qasımova 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Barbara Harela məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il Azərbaycan Çempionatının qalibi olan Kifayət Qasımova bir il sonra, 2007-ci ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu. 2007 və 2008-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Kifayət Qasımova 2008-ci ilin aprelində Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Kiffiy mədəniyyəti
Kiffiy mədəniyyəti — E.ə. 8–6 min il əvvəl Saxara səhrasının ərazisində mövcud olan mədəniyyətin adı. E.ə. 8–6-cı minilliklərdə Afrikada Saxara ərazisi rütubətli iqlimə malik idi. 2000-ci ildə Nigerin Tenera səhrasının Qobero rayonunda aparılan arxeoloji qazıntılar zamanı həmin mədəniyyətə aid insan qalıqları aşkar edilmişdir. Kiffiylər ovçuluq və yığıcılıqla məşğul olurdular. Onların yaşadıqları ərazidə Savanna üçün xarakterik olan iri heyvanların sümüklərinin qalıqlarının tapılması sübut edir ki, onlar vaxtilə bu ərazidə mövcud olmuş gölün sahillərində yaşamışdır. Kiffiylər hündürboylu idilər, boyları 1 m 80 sm-dən çox olmuşdur. Kiffiy mədəniyyəti e.ə. 6000-ci ildə, Saxara səhrasında uzunmüddətli quraqlıq baş verdiyi dövrdə yoxa çıxmışdır.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'yı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılgınteröristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Don Kifer
Donald H. "Don" Keefer (18.8.1916, Highspire, Pennsilvaniya, ABŞ) — aktyor.
Kift müharibəsi
Kift müharibəsi, həmçinin Vappinger müharibəsi — 1643-1645-ci illərdə Yeni Niderlandın yaranmaqda olan koloniyasının mühacirləri ilə Nyu-Yorka çevriləcək ərazidə Lenape (delavarlar) hindiləri arasında münaqişə. Münaqişə məsləhət şurasının razılığı olmadan və kolonistlərin istəklərinə zidd olaraq hindlilərə hücum təşkil edən general-qubernator Villem Kiftin şərəfinə adlandırılmışdır. Hollandiya əsgərləri Lenape düşərgələrinə hücum edərək yerli insanları öldürmüş, bu da yerli alqonkin tayfalarının hollandlara qarşı birləşməsinə və qarşılıqlı nifrətin artmasına kömək etmişdir. Bu, yerli amerikalılar və avropalı köçkünlər arasında ən erkən münaqişələrdən biri idi. Kieftdən narazı qalan Niderland Vest-Hind şirkəti qubernatoru Avropaya geri çağırsa da, o, yolda gəmi qəzasında həlak olmuşdur.

Digər lüğətlərdə