1. İçində kinayə olan (bax kinayə 1-ci mənada). Kinayəli söz. Kinayəli baxış.
– Bu, eyhamla deyilmiş kinayəli sözlər qocaları yerindən oynatdı.
Mirzə ani bir sükutdan sonra kinayəli sözlərini dedi.
2. Rişxəndli.
[Xortdanın] qaçmağını gördükdə Molla Kərimdən kinayəli bir qəhqəhə çıxdı.