KİŞİNYOV

кишинев (столица молдавии)
KİŞİLİK
KİŞLƏMƏK
OBASTAN VİKİ
Kişinyov
Kişinyov (rum. Chișinău, qaq. Kişinöv) — Moldovanın paytaxtı.
Kişinyov şəhəri
Kişinyov (rum. Chișinău, qaq. Kişinöv) — Moldovanın paytaxtı.
Daçiya Kişinyov FK
"Daçiya" (mold. Dacia) — Kişinyov şəhərini təmsil edən Moldova futbol klubu. Klub 1999-cu ildə qurulub. Ev oyunlarını Novoannensk rayonunun Speya kəndindəki "Moldova" stadionunda oynayır. Moldova milli divizionunda 2002-2017-ci illərdə çıxış etmiş, 2010/2011 futbol mövsümündə ölkə çempionu olmuşdur.
Kapitoli canavarı (Kişinyov)
Kapitoli canavarı (rum. Lupoaica Capitolină) — Moldovanın paytaxtı Kişinyovda yerləşən, Avropadakı bir çox Kapitoli canavarı heykəlindən biri. Abidə Moldovanın Milli Tarix Muzeyinin önündə yerləşir. == Tarixi == 20-ci əsrin ilk onilliklərində İtaliya Rumıniyaya Kapitoli canavarını Kişinyovda (1921), Buxarestdə (1906), Kluj-Napokada (1921), Trıq-Mureşdə (1924) və Timişoarada (1926) quraşdırılmış beş nüsxəsini bağışladı. Kişinyovda abidə 1923-cü ildə tamamlanaraq Sfatul Tarii Sarayının önünə qoyuldu. 1940-cı ildə SSRİ-nin Bessarabiya və Şimali Bukovinanın işğalının başlanğıcında Kişinyovdan çıxarılan nüsxə məhv edildi. 1990-cı ildə Rumıniya Moldovaya Kapitoli canavarının yeni bir nüsxəsini bağışladı. Yeni heykəl 1990-cı il dekabrın 1-də Moldova Milli Tarix Muzeyinin qarşısında açıldı. == 2005–2009 bərpası == 2005-ci il parlament seçkilərindən bir qədər sonra, 2005-ci ilin aprelində bürünc heykəl bərpa üçün aparıldı. Abidə Milli Tarix Muzeyinin zirzəmisində saxlanıldı və bərpası siyasi kontekstdən asılı idi.
Kişinyov Politexnik İnstitutu
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Qızılgül dərəsi (Kişinyov)
Qızılgül dərəsi (rum. Valea Trandafirilor ) ― qədim Slavyan ziyarətgahının qalıqlarını da ehtiva edən şəhər parkı. Park Moldovanın Kişinyov şəhərində yerləşir. == Tarixi == 6-cı əsrdən 13-cü əsrə qədər Moldova ərazisində Slavyan qəbilələri olan Uliç, Tivertsi və Daçilər məskunlaşmışdır. Bu dövrdə üç gölün olduğu bir dərədə Slavyan qəbilə tanrılarına və ölmüş əcdadlarına həsr olunmuş ziyarətgah mövcud idi. Bura Rus xalqının mifik əcdadı olan Rossun şərəfinə "Ross dərəsi" adlanırdı. Ərazidə bir sıra Slavyan tanrılarının və əcdadlarının havadarlarının bütləri və qurbangahları yerləşirdi. Paqanizm bayramlarında dərədə və göllərdə xalq şənlikləri təşkil olunurdu. 9-cu əsrdə Peçeneqlər və Kumanlar bu torpaqları işğal etməsindən sonra Slavyan xalqının dini həyatında Ross dərəsinin rolu azaldı. X–XI əsrlərdə Slavyan tayfaları arasında xristianlığın yayılmasından sonra ziyarətgah dağıldıldı.
Zimbru Kişinyov FK
Zimbru — Moldovanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 13 dəfə Avropa kuboklarında iştirak edib.
Nizami Gəncəvinin heykəli (Kişinyov)
Nizami Gəncəvinin heykəli — görkəmli Azərbaycan şairi, Nizami Gəncəvinin Moldovanın paytaxtı Kişinyov şəhərində 2005-ci ildə qoyulmuş heykəli. Abidənin heykəltaraşı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Akif Əsgərov, memarı isə Moldovanın əməkdar memarı Semyon Şoyxetdir. == Tarixi == Abidənin açılış mərasimi 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində baş tutmuşdur. Abidənin qoyulması fikri Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur. 12 noyabr 2012-ci ildə əsaslı yenidənqurma və bərpadan sonra Nizami Gəncəvinin adını daşıyan parkın açılışı olub. Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər.

Digər lüğətlərdə