KLERK

orta əsrlərdə Fransada və İngiltərədə: ruhani.
KLERİKALİZM
KLİR
OBASTAN VİKİ
Myalityana Klerk
Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir. Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Aqnes Mariya Klerk
Aqnes Mariya Klerk (ing. Agnes Mary Clerke, 10 fevral 1842[…] – 20 yanvar 1907[…], London) — astronom, astronomiya aid kitabların müəllifi. Aqnes Mariya Klerk 10 fevral 1842-ci ildə İrlandiyada Skibberendə anadan olub. Elmi müzakirələrin getdiyi bir evdə böyüyən Aqnes Mariya kiçik yaşlarından etibarən riyaziyyat və astonomiya elmlərinə böyük maraq göstərmişdi. Atası Con Villis Klerk həvəskar bir elm coşqusu ilə hər üç övladını aktiv olaraq oxumağa yönləndirmişdi. Evindəki laboratoriyada kimya təcrübələri aparan Con Villis Klerk həyət bağçasında bir teleskop da qurmuşdu. Klerkin bütün övladları evdə təhsil aldılar, latın, yunan dillərini öyrəndilər, riyaziyyat və astronomiya biliklərini mənimsədilər. Astronomiya Mariya Klekin daha çox diqqətini çəkmişdi və hələ 15 yaşında ikən bir astronomiya tarixi yazmağa başlamışdı. 1867-ci ildən etibarən Aqnes Mariya anası və bacısı Ellen ilə qış aylarını İtalyanın Florensiya şəhərində keçirməyə başladılar. Aqnes Mariya burda zamanının çox hissəsini kitabxanalarda keçirir və elmi biliklərə olan aclığını doyurmağa çalışırdı.

Digər lüğətlərdə