Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehran
Mehran (şəhər)
Mehran (şəhər)
Mehran — İranın İlam ostanının şəhərlərindən və Mehran şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,118 nəfər və 2,958 ailədən ibarət idi.
Mehran şəhristanı
Mehran şəhristanı — İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Mehran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,878 nəfər və 5,238 ailədən ibarət idi.
Mehranilər
Mehranilər — 330-821-ci illərdə Qafqazın bir neçə bölgəsində hökmranlıq edən sülalə. Onlar Sasani farsəsilli olduqlarını iddia edirdilər, lakin parf mənşəli idi. == Tarix == Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş mehranilər sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixlə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur. Moisey (Musa) Kalankatuka görə sülalənin tarixçəsi belədir: Mehran, Mehranın oğlu Armail, Armailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli hakim sülalənin — Aranilərin 60 nümayəndəsini qətlə yetirdi və Qırdman (Girdiman) qalasını tikdirdi.), Cəsur I Vardanın (600–615) oğulları Varazman (615–628) və Varaz-Qriqor. Varaz Qriqor (628–642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qırdmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni , 510–628-ci illərdə Sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630–642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Bərdə şəhərinə köçürdü. Varaz Qriqorun Varaz Peroz, Cavanşir, II Varazman , İyezut-Xosrov adlı oğulları var idi. Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu.
Mehranilər sülaləsi
Mehranilər — 330-821-ci illərdə Qafqazın bir neçə bölgəsində hökmranlıq edən sülalə. Onlar Sasani farsəsilli olduqlarını iddia edirdilər, lakin parf mənşəli idi. == Tarix == Miladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş mehranilər sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixlə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur. Moisey (Musa) Kalankatuka görə sülalənin tarixçəsi belədir: Mehran, Mehranın oğlu Armail, Armailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli hakim sülalənin — Aranilərin 60 nümayəndəsini qətlə yetirdi və Qırdman (Girdiman) qalasını tikdirdi.), Cəsur I Vardanın (600–615) oğulları Varazman (615–628) və Varaz-Qriqor. Varaz Qriqor (628–642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qırdmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni , 510–628-ci illərdə Sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630–642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Bərdə şəhərinə köçürdü. Varaz Qriqorun Varaz Peroz, Cavanşir, II Varazman , İyezut-Xosrov adlı oğulları var idi. Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu.
Mehranrud nahiyəsi
Mehranrud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri. == Tarixi == Təbrizin şərqində yerləşən bu mahal Təbrizdən axan Mehranrud çayının adı ilə əlaqədardır. Şəhər darvazasından oraya beş fərsəng məsafə var idi. İsfənc, Sədabad onun böyük qəsəbələri idi. Orada bir sıra kəndlər, o cümlədən Çanqur, Qasımabad, Yuxarı Gəvanlıq, Mərnab, Bakşin, Nəhənd, Üsbənc, Qərəçəlu, Növcədih, Quvalan, Anbardan, Kəlixan, Zırnıq, Fəhvəsfənc (indiki Basmınc), Ġstiliq, Keçəlabad, Kərmavcan, Barus var idi1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin nahiyəsi E. Çələbinin yazdığına görə, Təbrizin dörd tərəfində təqribən 7 nahiyə (Mehranrud, Səravrud, Dideherdər, Ərdənəq, Dudqat, Canımrud, Bədistan) var. Şəhərin şərqində yerləşən Mehranrud nahiyəsinə daxil olan Rut, İsfənc, Səidabad kəndlərində müxtəlif məscid, karvansara, hamam, kiçik üstüörtülü bazar, bağ və bağçalar yerləşirdi. Səyyah xüsusilə vurğulayır ki, əksər kəndlər adı çəkilən ictimai tikililərə malik idilər.1725-ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz livasının nahiyəsi .
Yelena Mehrani
Yelena Mehrani — Varaz Qriqorun qızı, Qafqaz Albaniyasının şahzadəsi və Ermənistan knyaginyası. Qriqor Mamikonyanla evlənmişdi. Varaz Trdata kömək edərək Müqəddəs Qriqorinin çənəsini ona göndərmişdi. Övladı olmamışdır. Onun xahişi ilə Qriqor Aruç kilsəsini inşa etdirmişdir.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov —DigərMehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Tehran
Tehran (fars. تهران‎) – İranın paytaxtı. Sahəsi 1.500 kv.km, əhalisinin sayı 2006–cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-ci ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930 - 23 iyun 2015) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Cəfər Mehrad
Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1947, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor. == Həyatı == 14 oktyabr 1947-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur. == Elmi fəaliyyəti == Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST), o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.
Mehman (Həştrud)
Mehman (fars. مهمان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 178 nəfər yaşayır (35 ailə).
Mehman (ad)
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov —DigərMehman (povest) — Süleyman Rəhimovun əsəri.
Mehman (povest)
Mehman — Süleyman Rəhimovun yazdığı böyük əsər, povest. Əsər əsasında "Qanun naminə" adlı film çəkilmişdir.Burada Mehman adında bir oğlan rayonda prukror olur. Mehman qatı cinayətlər törədənlərə qarşı mübarizədə canını qurban verməli olur.
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mehman Səlimov
Mehman Səlimov (12 avqust 1955, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycanlı hərbçi, polkovnik. Azərbaycanın müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini (1995–1999). == Həyatı == Mehman Əmirxan oğlu Səlimov 1955-ci il avqustun 12-də Gürcüstan SSR-in Dmanisi rayonundakı Qızıl-Kilsə kəndində anadan olmuşdur. 1962-ci ildə Dmanisi rayonunun 1 saylı rus orta məktəbinin I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1974-cü ildə Donetsk Ali Siyasi Hərbi Məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissələrində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə akademiyanı bitirmişdir. 1987-ci ildən Zaqafqaziya Hərbi Dairəsində Ermənistan SSR-in o vaxtkı Leninakan, indiki Gümrü şəhərində 120-ci tank alay komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir. 1989-1990-cı illərdə Gəncədə 130-cu tank alayı komandirinin siyasi məsələlər üzrə müavini işləyib. 1990-1991-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıdakı 295-ci motoatıcı diviziyası komandirinin müavini-siyasi şöbənin rəisi vəzifəsində çalışmışdır. 1991-ci ilin yayından başlayaraq gizli və açıq şəkildə Azərbaycanda Milli Ordu quruculuğuna, Müdafiə Nazirliyi strukturunun formalaşmasına dəstək verməyə başlayıb.
Mehman Səyyadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Mehman Yusifov
Mehman Musa oğlu Yusifov (18 iyul 1979, Bayramlı, Tovuz rayonu – 5 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub. 1985–1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında iki oğlu Fatimə adında isə qızı yadigar qaldı. == Hərbi xidməti == Mehman Yusifov 1998–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin " Gizir hazırlığı kursu"nu bitirib . Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyul 2002-ci il tarixli əmri ilə " gizir " rütbəsi verilən Yusifov Xızı rayonunun Yaşma qəsəbəsində "N" saylı hərbi hissədə vəzifəyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edən Yusifov Mehmana Azərbaycan Respublikası Müdafiə Nazirinin 25 iyun 2013-cü il tarixli əmri ilə " baş gizir " hərbi rütbəsi verilir. Yusifov xüsusi təyinatlı qrupun kəşfiyyatçısı (sanitar), rabitə bölüyünün baş çavuşu, mühafizə və təminat bölüyünün baş çavuşu, maddi — texniki təminat bölüyünün baş çavuşu vəzifələrində xidmət edib.
Mehman göl
Mehman göl — Azərbaycanın Ağcabədi, İmişli və Beyləqan rayonları ərazisində göl. == Xüsusiyyətləri == Göl dəniz səviyyəsindən 7 metr yuxarıda yerləşir. Ümumi sahəsi 1200 ha-dır. Gölün uzunluğu 8 km, eni 4 km, maksimal dərinliyi isə 1,5 m təşkil edir. Göl Kür çayından damba vastəsi ilə ayrılır. Son zamanlar gölün sahəsi kişilmişdir. Göl ətrafının iqlimi quru subtropik, yarımsəhradır. Yayı quru, olduqca isti, qışı isə mülayim keçir. Yayda ətraf ərazilərdə temperatur 22-35 °С, yanvarda isə +2,5 °С təşkil edir. Göl qış ayları donmur.
Mehman İsmayılov
Mehman Şirvanov
Mehman Mirəziz oğlu Şirvanov (24 fevral 1980; Lənkəran rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mehman Şirvanov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mehman Şükürov
Mehman Əliyev
Mehman Əliyev (tam adı: Mehman Yadulla oğlu Əliyev) — azərbaycanlı jurnalist, Turan İnformasiya Agentliyinin direktoru (1990 – h.h.) == Həyatı == Mehman Əliyev 1957-ci ilin 26 oktyabrında anadan olub. 1964–1974-cü illərdə orta təhsil alıb. 1988-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1988–1989-cu illərdə "Molodyoj Azerbaycana" qəzetində müxbir, 1989–1990-cı illərdə "Azərinform" Dövlət Agentliyində müxbir, 1990–1991-ci illərdə "Xazar" jurnalında məsul katib, 1993-cü ildə Prezident Aparatının ictimai əlaqələr sektorunun müdiri vəzifələrində çalışıb. Hal-hazırda, 1990-cı ildə təsis etdiyi "Turan" İnformasiya Agentliyinin direktorudur. Azərbaycan jurnalistlərinin III qurultayında Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. Hazırda Şuranın iqtisadiyyat məsələləri üzrə komissiyasına rəhbərlik edir. 27 avqust 2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunaraq Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.Ailəlidir, bir övladı var. == Mənbə == "Tərcümeyi-hal / Əliyev Mehman Yadulla oğlu" (az.). presscouncil.az.
Mehman Ələkbərov
Mehman Ələkbərov (tam adı: Mehman Ələkbər oğlu Ələkbərov; 6 oktyabr 1957, Kirovabad – 4 iyun 1993, Gəncə) — Gəncə özünümüdafiə batalyonunun komandiri. 4 iyun Gəncə qiyamının şəhidi. == Həyatı və hərbi fəaliyyəti == Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.
Mehman Əzizov
Mehman Akif oğlu Əzizov (rus. Азизов, Мехман Акиф оглы; 1 yanvar 1976, Bakı) — Orta-ağır çəki dərəcəsində Azərbaycanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında və 2000-ci illərin bütün dövrlərində Azərbaycan yığmasında çıxış etmişdir. Üç Yay Olimpiya Oyunlarının iştirakçısı, Avropa Çempionatının gümüş medalının sahibi, Pekin Yay Tələbə Oyunlarının gümüş mükafatçısı, milli və beynəlxalq turnirlərdə bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Mehman Əzizov 1 yanvar 1976-cı ildə Azərbaycan SSR-inin Bakı şəhərində anadan olmuşdur. Monte-Karloda keçirilən Avropa Gənclər Çempionatının bürünc mükafatına yiyələnib. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etməyə başlamışdır. Bir il sonra Tiflisdə keçirilən beynəlxalq yarışda bürünc medal qazandı. Belçikanın Ostende şəhərində keçirilən Avropa birinciliyində iştirak etmiş, Parisdə dünya birinciliyində 1/16 final mərhələsinə qədər çatmağı bacarmışdır. Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 1998-ci ildə nail olmuçdur.
Mehman Abdullayev
Abdullayev Mehman Qəhrəman oğlu (2 fevral 1958, Göyçay) — Azərbaycan tarixçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri. == Həyatı == Mehman Abdullayev 2 fevral 1958-ci ildə Göyçay şəhərində anadan olub. Ağdaş kənd təsərrüfatı texnikumunda müəllim və fənn komissiyasının sədri (1980–1985), BDU-nun Tarix fakültəsinin "Azərbaycanın qədim və orta əsrlər tarixi" kafedrasında laborant (1985), baş laborant (1987), müəllim (1990), baş müəllim (1993), dosent (1996), BDU-nun Tarix fakültəsinin "Azərbaycan tarixi" (təbiət fakültələri üzrə) kafedrasında müdir əvəzi (2004–2006), müdir (2006-hal hazırda) vəzifələrində işləyib. "Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər" mövzusunda dərs deyir. 30 məqalə, 1 monoqrafiya, 8 kitabın müəllifidir. == Seçilmiş əsərləri == XIX əsrin 20–30-cu illərində Şimali Azərbaycanın dövlət kəndində rus çarizminin maliyyə siyasəti "Tarix və onun problemləri"jurn.,2001, I sayı Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması. Kürəkcay müqaviləsi (Müqavilənin bağlanmasının 200 illiyinə) "Tarix və onun problemləri"jurnalı, 2005, II sayı XVIII əsrin II yarısı-XIX əsrin ortalarında Azərbaycanda vəqf institutu(Qarabağa aid materiallar əsasında) Bakı Universitetinin Xəbərləri(humanitar elmlər seriyası). Bakı, 2007, sayı 1 Naxçıvan xanlığına aid kəngərli sənədlərində mülk torpaq sahibliyinin xüsusiyyətləri. "Azərbaycan tarixinin aktual problemləri" adlı elmi metodiki konfransı "Tarix və onun problemləri"jurnalı, 2007, III sayı Rusiya İmperiyasının Azərbaycanda müstəmləkə siyasətinin bəzi aspektləri (XIX əsrin ilk onillikləri) // "Geostrategiya" № 1, Yanvar-fevral 2013, Azərbaycan Səfəvi Dövlətinin Tarixinə Bir Baxış: Tariximizin şanlı səhifəsi və Qürur Mənbəyimiz // TQDK. Abituriyent jurnalı № 2, 2013 Вакфная земельная собственность в Азербайджане в период ханств: "Хабаршы" тарих сериясы, Вестник Казахский Национальный Университет имени Аль- Фараби № 2 (69)2013 1918-ci ilin Mart soyqırımı — Təhsil jurnalı № 03, 2014 (http://www,sciencepublishinggroup.com/j/history) Wakf in the socio-ekonomic structure of Azerbaijan, the place of Wakf property (on the basis of archival materials of Etchmiadzin monastery) Xanlıqları Döründə Azərbaycanda Ali Zümrənin tərkibi və statusu. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları, 21–23 may 2018 il s.
Mehman Allahverdiyev
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi. == Bioqrafiya == Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir. 2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb. Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır.
Mehman Alıyev
Mehman İbrahim oğlu Alıyev (1969, Gədəbəy rayonu – 1992, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == 1969-cu ildə Gədəbəy rayonunun Qaradağ kəndində anadan olmuşduşdur. 1990-cı ildə Sovet ordusundan tərxis olunan Mehman erməni quldurlarına qarşı aparılan döyüşlərdə iştirak etmiş, 1992-ci ilin yanvar ayından isə Xüsusi Təyinatlı Milis Batalyonun tərkibində vuruşmuşdur. Ağdərədə, Goranboyda, Şəmkirdə rus qoşunlarının çıxarılmasında iştirak edib. İvanovka, Mutudərə, Mormor, Göyəmli, Başkənd yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində fəal iştirakı olumuşdur. O, ilk dəfə Qırmızı Bazar kəndi yaxınlığında əsil kəşfiyyatçı kimi sınaqdan çıxıb. Burada bir neçə erməni qulduru öldürüb. 800-dən artıq oğurlanmış qoyunun geri qaytarılmasında iştirak edib. Ümumiyyətlə, onun kəşfiyyatdan əliboş qayıtdığı olmayıb. Ona görə də yoldaşları bu cəsur oğlana "REMBO" adı vermişdilər.1992-ci il Mormor əməliyyatı igid kəşfiyyatçının son döyüşü oldu.
Vəhran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Kəhran (Ərdəbil)
Kəhran (fars. كهران‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 169 nəfər yaşayır (35 ailə).
Fərhan Fərhan
Fərhan Fərhan (24 oktyabr 1996) — Bəhreynli üzgüçü. Fərhan Fərhan Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fərhan Fərhan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 24.61 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Fərhan Ölkələrin Paradında Bəhreynin bayraqdarı idi.