Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Lülhəm (Urmiya)
Lülhəm (fars. لول هام‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (50 ailə).
Məlhəm (Maku)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 187 nəfər yaşayır (38 ailə).
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Məlhəm (Şamaxı)
Məlhəm – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən biridir. Məlhəm kəndi əsasən Azərbaycanda elm ocağı kimi tanınır. Burada yetişən saysız alimlər, şairlər və elm adamları saymaqla bitməyəcək qədər çoxdur. Burda yetişən ən böyük şairlərdən biri olararaq Əfzələddin Xaqani`ni rahatlıqla göstərə bilərik. Hal-hazırda Şamaxının Məlhəm kəndi Azərbaycanın ən qədim kəndlərindən hesab olunur. Tarixdə Azərbaycana paytaxtlıq edən Şamaxının ən böyük elm ocaqlarından biri olmuşdur. Burada mədrəsələr, məscidlər və elm ocaqları çoxdur. Elm ocaqları yerindən yeksan olub, hələ də onların qalıntıları gözlə görüləcək qədər asandır. Mədəniyyəti heç təsəvvür edilməyəcək qədər zəngindir.Hələ də öz köhnə ata-baba adət ənənəsinə görə hərəkət edən yeganə kəndlərimizdən biridir.Hər bölgənin özünə məxsus mədəniyyəti vardır.Məlhəm kəndinin mədəniyyəti Azərbaycan`ın ən gözəl mədəniyyət ocaqlarından biri olaraq göstərilir.Hətta, adət ənənəsinə görə bu kənddə "Bəyin oğurlanması" adında kinofilm çəkilmişdir.Filmdə kəndin gözəl adət ənənələrindən biri olan toy mərasimi lentə alınmışdır Məşhur Bəyin oğurlanması (film, 1985) filmi Məlhəm kəndində çəkilib.
İbn Mülcəm
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici. Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.:309 Tabataba'i, Muhammad Husayn. Shi'ite Islam. SUNY Press. 1977. ISBN 978-0-87395-390-0.
Əbdürrəhman ibn Mülcəm
Əbdürrəhman ibn Mülcəm əl-Muradi (ərəb. عبدالرحمن بن ملجم المرادي‎) — İslam xəlifəsi Əli ibn Əbu Talibi öldürən xarici. Əli ibn Əbu Talib 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində sübh namazı qılarkən başına zəhərli qılınc zərbəsi almışdır. Baş həkim Ətir bin Əmr əs-Sakuni Əliyə tibbi müdaxilə etmiş, ancaq Əli 28 yanvar 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. Əli əmr verir ki, əgər o, aldığı yaralardan vəfat etsə, ibn Mülcəm edam edilərək ondan qisas alınmalıdır. Həsən ibn Əli atasının təlimatlarına riayət edərək ibn Mülcəmi edam edərək ondan qisas alır.:309 Tabataba'i, Muhammad Husayn. Shi'ite Islam. SUNY Press. 1977. ISBN 978-0-87395-390-0.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. Muarem Makedoniyada doğulsa da, əslən türkdür. Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Fulhem
Fulhem (ing. Fulham) — London şəhərinin rayonu. == Tarixi == == Mədəniyyəti == === İdman === İngiltərə Premyer Liqasında çıxış edən Fulhem FK rayonda yerləşir.
Mayhem
Mayhem — Norveç blək-metal qrupu. 1984-cü ildə, Yevronimus tərəfindən quruldu. Möhkəm bir Venom fanatı olan Euronymous qrupun adını Venom'un Mayhem With Mercy adlı mahnısından təsirlənərək qoymuşdur. Qrup, həqiqi mənada black metalı formalaşdıran bir qrup kimi qəbul edilir. Sonraki illərdə Norveç'də qurulan black metal qrupları Mayhem'in stilinə oxşadıb black metal yaratmağa çalışmışlar. == Tarixi == Qrupa üzv axtaran Euronymous ilə birlikdə, bas gitarada Necrobutcher, bateri də Manheim çıxış edərək qrupun ilk heyətini yaratmış oldu. İlk çıxardıqları Pure Fucking Armageddon demosunda vokalları Euronymous öz üzərinə götürdü. Ancaq vokalının bəs etməməsi ve pis olduğu səbəbiylə, digər qrup üzvlərinin təkidi ilə qrupa yeni bir vokalist axtarmağa başlandı. Bundan sonra Maniac adlı bir solist öz istəyi ilə qrupa girdi. Deathcrush adlı albomda vokalları o etdi ama bir müddət sonra bəzi anlaşılmazlıqlar nəticəsində Euronymous tərəfindən qrupdan çıxarıldı, eyni şəkildə yetərsiz olan Manheim qrupdan qovuldu.
Münhen
Münxen (alm. München‎) — Bavariya (almanca: Bayern) Federal Torpağının paytaxtıdır. Almaniyanın Berlin və Hamburqdan sonra üçüncü ən böyük şəhəridir. Əhalisi 1,3 milyondur. İzar çayı sahillərində, Alp dağlarının şimal yamaclarında yerləşir. Münxendə 1972-ci il Olimpiya Oyunları keçirilib. Münxen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münxen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münxen dünyada yaşayış üçün ən münasib şəhər seçilib. Münxen şəhərinin adına yazılı mənbələrdə ilk dəfə 1158-ci ildə rast gəlinir.
PubChem
PubChem kimyəvi molekulların cəmləşdirildiyi məlumat bazası. Sistem ABŞ Milli Səhiyyə Agentliyinin tabeliyində olan ABŞ Milli Tibb Kitabxanasının bir agentliyi olan Milli Biotexnologiya Mərkəzi tərəfindən idarə olunur. PubChem saytında yerləşdirilmiş məlumatları internet vasitəsilə əldə etmək mümkündür.
Üçbucaqda dörd mühüm nöqtə
Üçbucaq — müstəvinin bir düz xətt üzərində olmayan 3 nöqtəsini (üçbucağın təpələri) cüt-cüt birləşdirən 3 parçası (üçbucağın tərəfləri) ilə hüdüdlanmış hissəsinə deyilir. Üçbucağın təpələri adətən böyük latın hərfləri ilə (A, B, C), uyğun təpədəki bucaqların dərəcə ölçüsü yunan hərfləri (α,β,γ) ilə, uyğun təpənin qarşısındakı tərəfin uzunluğu isə əlyazma latın hərfləri ilə (a, b, c) işarə olunur. Evklid həndəsəsində hər bir üçbucaqla bağlı aşağıdakı dörd nöqtə var: 1) Medianların kəsişmə nöqtəsi; 2) Tənbölənlərin kəsişmə nöqtəsi; 3) Tərəflərin orta perpendikulyarlarının kəsişmə nöqtəsi; 4) Hündürlüklərin (və ya onların uzantılarının) kəsişmə nöqtəsi. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Fulhem FK
Fulhem FC – İngiltərə futbol klubu == Tarixi == 1879-cu ildə qurulmuşdur.[mənbə göstərin] Matçlarını 25.678 nəfərlik Crəvn Kottec stadionunda oynayan Fulhem ağ və qara rənglərinə sahibdir. 2007-2008 mövsümünü 17. pillədə tamamlamasına baxmayaraq 2008-2009 mövsümünü 7. pillədə tamamlayaraq tarixində ilk dəfə Avropa kuboklarında iştirak etmə haqqı qazandı. Avro Liqada 3.seçmə mərhələdən başladı və Litvanın Vetra klubunu hər iki matçda da 3:0 hesabı ilə məğlub edərək, ələməyi başardı. == Uğurları == UEFA Avropa Liqası finalçısı — 2009/2010 İngiltərə 2. divizyon çempionluğu – 1949, 2001 İngiltərə 2.
Münhen Olimpiadası
Münhen kafedralı
Münxen kafedralı (alm. Dom zu Unserer Lieben Frau‎ - Əziz Xanımın Kafedralı və ya alm. Münchner Dom‎) — Almaniyanın Münxen şəhərində yerləşən Roma Katolik kilsəsinin Münxen və Frayzinq Arxiyeparxiyasının baş kafedralı və onun arxiyepiskopunun iqamətgahıdır. Bu kilsə Bavariya paytaxtının simvolu hesab olunur. Rəsmi adı "Münchner Dom" (Münxen Kafedralı) adlandırılsa da, kilsəni yerli sakinlər "Frauenkirche" (Xanım kafedralı) adlandırırlar. Kafedral qəbristanlığında Münxen və Frayzinq arxiyepiskoplarının, həmçinin Vittelsbax sülaləsinin digər üzvlərinin məzarları var: IV Lüdviq, Müqəddəs Roma İmperatoru (hakimiyyətdə 1294–1347) V Lüdviq (hakimiyyətdə 1347–1361) II Stefan, (hakimiyyətdə 1347–1375) II İohann, (hakimiyyətdə 1375–1397) Ernest, (hakimiyyətdə 1397–1438) III Vilhelm, (hakimiyyətdə 1397–1435) Adolf, (hakimiyyətdə 1435–1441) Sigismund, (reg. 1460–1467) IV Albert, (hakimiyyətdə 1467-1508) IV Vilhelm, (reg.
Münhen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münhen qətliamı
Münhen qətliamı — 1972-ci ildə Qərbi Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı Qara sentyabr təşkilatının üzvləri tərəfindən törədilmiş terror aktı. İsrail Olimpiya Millisinin 11 üzvünün girov götürüldüyü hadisə, terrorçuların, girovların və bir polis əməkdaşının ölümü ilə nəticələnmişdir. Kirizisin başlamasından qısa müddət sonra onlar İsraildə həbs olunmuş 234 nəfərin və Qırmızı Ordu Fraksiyası banilərinin buraxılmasını tələb etmişdilər. Qara sentyabr üzvləri hücumun adını İDF tərəfindən boşaldılmağa məcbur edilmiş iki Fələstin kəndinin şəfərinə İqrit və Biram olaraq adlandırmışdır. Özünü sekulyar millətçi olaraq təqdim edən və hücumun əsas təşkilatçılarından olan Lutif Afif yəhudi və xristian köklərə sahib bir ailədə dünyaya gəlmişdir. Alman neo-nasistlərin terror aktının törədilməsində, terrorçulara lojistik dəstək verdikləri də məlumdur. Qərbi Almaniya polisi tərəfindən həyata keçirilən uğursuz girovların xilas edilməsi əməliyyatında Qara sentyabr təşkilatının səkkiz terrorçusundan beşi öldürüldü. Əməliyyat sırasında bir polis əməkdaşı da öldü. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XXXI Yay Olimpiya Oyunlarının açılışından iki gün əvvəl, Münhen Olimpiyadasında həlak olan israilli idmançıların xatirəsinin əziz tutulduğu rəsmən elan olunmuşdur. Altı günlük müharibənin üzərindən 5 il keçməsinə baxmayaraq İsrail və Ərəb ölkələri sürətlə silahlanmağa davam etmişdir.
Münhen sazişi
Münxen sazişi — İngiltərə, Fransa, İtaliya və Almaniya başçıları arasında (Hitler, Mussolini, Çemberlen və Daladye) Çexoslovakiyanın Südet bölgəsinin Almaniyaya verilməsini nəzərdə tutan 29-30 sentyabr 1938-ci il tarixli saziş. Münxen konfransı Qərbin liberal-demokrat dövlətlərinin təcavüzkarı "sakitləşdirmək", "şirnikləndirmək" və "qarışmamaq" siyasətlərinə parlaq nümunə idi. Münxen toplantısında dörd dövlət İngiltərə, Fransa, İtaliya və Almaniya təcavüzkarları "sakitləşdirmək" və Şərqə tərəf "şirnikləndirmək" mövqeyini tutdular. Onlar Çexoslovakiyanı parçalamaq qərarını qəbul etdilər, bu ölkənin rəyini soruşmadan, hətta onun nümayəndəsini belə konfransa dəvət etmədən Sudet vilayətini Almaniyaya güzəştə getmək sazişini imzaladılar. "Münxen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər.
Qliptotek (Münhen)
Münhen Qliptoteki (alm. Münchener Glyptothek‎) — Bavariya əyalətinə məxsus qədim roma-yunan dövrünə aid heykəllər kolleksiyası. Qliptotek Münhen muzeyi 1813-cü ildə yaradılmışdır. Muzeyin kolleksiyasına ellinizm dövrünə aid "sərxoş catir" , Artemida, Knidoslu Afrodita, Egin adasındakı Afay məbədinin frontal heykəl fiqurları — "eginetlər" və s. daxildirlər. Qliptotek binası Münhenin Köniqplas meydanında kral I Lüdviqin hələ xələf şahzadə olarkən göstərişi ilə 1815-ci ildə inşa edilmişdir. İnşaatın memarı Leo fon Klense binanı Karl fon Fişerin layihəsi əsasında antik üslubda tikmişdir. Muzey binasının interyeri daxili həyəti əhatə edən otuz düzbucaqlı və dairəvi zallardan ibarətdir. Binanın girişində on iki ionik sütun vardır. Binanın fəsadında Dedal, Prometey, Adrian, Perikl, Hefest, Fidiyaya aid heykəllər yerləşir.
Pyer Dühem
Pyer Dühem (fr. Pierre Maurice Marie Duhem; 10 iyun 1861[…], II arondisman – 14 sentyabr 1916[…]) — fransız fizik, riyaziyyatçı, filosof və elm tarixçisi. Paris Elmlər Akademiyasının üzvü (1913). == Həyatı == 10 iyun 1861-ci ildə Parisdə Flamandəsilli ailədə anadan olmuşdur. Orta təhsilini Stanislaus Kollecində, ali təhsilini 1882–1885-ci illlərdə Paris Ali Normal Məktəbində almışdır. Burada fizikanı öyrənmişdir. 1885-ci ildə onun termodinamik potensialanı dair elmi işi Marselen Bertlonun nəzəriyyəsini tənqid etdiyi üçün münsiflər heyəti tərəfindən rədd edilir. Buna görə də o, bütün həyatı boyu akademik və ideoloji rəqibi olan Marselin Berteloya qarşı çıxıb. Buna baxmayaraq Dühem ikinci elmi işi üzərində işləyir, bu dəfə riyazi bir mövzu seçir. Maqnetizmlə bağlı bu riyazi iş 1888-ci ildə qəbul edilir.
Bavariya-Münhen hersoqluğu
Bavariya-Münhen (alm. Bayern-München‎) 1392-1505-ci illərdə Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan hersoqluq idi. == Tarixi == Hersoqluq 1375-ci ildə Bavariya hersoqu Stefanın ölümündən sonra yaradılmışdı. Stefanın vəsiyyətinə görə oğulları Stefan, Fridrix və İohann dövləti birgə idarə etməliydilər. On yeddi ildən sonra qardaşlar miraslarını rəsmi şəkildə bölüşdürmək qərarına gəldilər və Bavariya-Münhen İohannın əlinə keçdi. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən Ştraubinq Bavariya-Münhenin əlinə keçdi. Hersoqluq, Bavariya hersoqu IV Albert tərəfindən Landsxut varislik müharibəsindən sonra Bavariya torpaqları yenidən birləşənədək hardasa 1 əsr mövcud olmuşdu.
Münhen Aviasiya qəzası
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi. Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı. Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi. Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu.
Münhen Coğrafiya Cəmiyyəti
Münxen Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft München‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Münxen şəhərində yerləşir. Cəmiyyətin əsası 1869-cu ildə Almaniyanın Münxen şəhərində qoyulmuşdur. Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
Münhen Texniki Universiteti
Münxen Texniki Universiteti (alm. Technische Universitat München‎) — Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münxen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Almaniyanın təhsil sistemində xüsusi mövqeyə malik ali məktəb Bavariyanın texniki sahə üzrə yeganə universitetidir. Münxen Texniki Universitetinin əsası 1868-ci ildə qoyulub. Həmin vaxt Bavariya kralı II Lüdviqin Politexnik Məktəbi adlı təhsil müəssisəsinin yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə adı rəsmi şəkildə dəyişdirilərək Bavariya Kral Texniki Ali Məktəbi, 1970-ci ildə isə universitet statusu qazanaraq Münxen Texniki Universiteti adlandırılıb. Burada 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin İkinci dünya müharibəsi onun planlarını yarıda qoyur.
Münhen muzeylərinin siyahısı
Antik toplusu — Staatliche Antikensammlungen