Klirinq

Clearing Öhdəliklərin qarşılıqlı əvəz edilməsi, ləğv edilməsi əsasında aparılan nağdsız hesablaşma sistemi. Bu zaman əmtəə və xidmətləri, qiymətli kağızları və s. aktivləri alan tərəf həmin məbləğ müqabilində satıcı tərəfin ona qarşı olan öhdəliyini ləğv edir. Beynəlxalq ticarət və ya maliyyə-kredit münasibətlərində dəyərin öhdəliklərin ləğvi ilə əvəz edilməsi, yaxud öhdəliklərin qarşılıqlı əvəz edilməsi əsasında hökumətlərarası razılaşmaya valyuta klirinqi deyilir.
Klauzula
Klirinq bankı
OBASTAN VİKİ
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Klirinq evi

Digər lüğətlərdə