klirinq

Hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesi

kitabın beynəlxalq standart nömrəsi
klirinq fəaliyyəti
OBASTAN VİKİ
Klirinq
Klirinq qiymətli kağızlar və törəmə maliyyə vasitələrinin qarşılıqlı hesablamalar sistemidir. Bir qayda olaraq ticarət meydançasında, birjanın hesablama palatası tərəfindən yaxud ixtisaslaşmiş klirinq təşkilatı tərəfindən yerinə yetirilir. Klirinq sistemi bağlanmış sazişlər üzrə netto-mövqeni hesablamaq imkanı verir. Fərz edək ki, broker günün birinci yarısında beş səhm alıb və dərhal ikisini satıb. Günün ikinci yarısında daha beşini alıb və üçünü satıb. Ticarət sessiyasının sonunda onun yekun mövqeyi beş səhmə bərabər olur. Klirinq nəticəsində razılaşmaların bir qismi bağlanır və brokerin yekun mövqeyi beş səhm alması ilə nəticələnir. O onların haqqını öz kontragenti olan ticarət palatasına ödəməlidir. Bununla belə, beş səhmi kimin isə alması üçün bu qiymətli kağızları ona kimin isə satması lazımdır. Və bu əks tərəf ticarət palatasına həmin beş səhmi verməlidir.
Klirinq evi

Digər lüğətlərdə